2023-cü ildə dövlət büdcəsində nəzərdə tutulan müdafiə xərcləri 506 milyard dram təşkil edəcək. Bu da 2022-ci ilin xərclər indeksindən 35 faiz çoxdur.
Elchi.az-ın “Armenpress”i-ə istinadən məlumatına görə, bu barədə Ermənistan maliyyə naziri Tiqran Xaçatryan dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Nazir qeyd edib ki, müdafiə sektorunun xərcləri dövlət dövlət büdcəsinin 5 faizini təşkil edəcək. Onun sözlərinə görə, həmçinin sosial sektorun xərcləri də artacaq:
“2023-cü ildə sosial xərclər 648 milyard dram təşkil edəcək. Ötən illə müqayisədə artım 10 faizdir. Sosial xərclər dövlət büdcəsinin 7 faizini təşkil edir”-deyə Xaçatryan bildirib.
Yeganə