Ermənistan parlamentinin sədri Alen Simonyan Macarıstan parlamentinin sədr müavini İştvan Yakab ilə görüşüb.
Elchi.az xəbər verir ki, tərəflər ikitərəfli münasibətlərin inkişafı üçün böyük potensialın olduğunu bildiriblər.
Həmsöhbətlər Ermənistan-Avropa İttifaqı münasibətləri, Ermənistan və Azərbaycan arasında bərqərar olan sülh, eləcə də parlamentlərarası əlaqələrin aktivləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.





















