"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

“Ermənistan öz yerini bilməli və əndazəsini aşmamalıdır” – Hikmət Hacıyev

17 Avqust 2020 - 21:38
in MANŞET
FacebookVatsap

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan Xarici İşlər Nazirliyinin Türkiyəyə qarşı ittihamlarla çıxış etməsi ilə bağlı müsahibə verib. Elchi.az  AZƏRTAC-a istinadən həmin müsahibəni təqdim edir.

Bunu da oxuyun

“Prezident qərar qəbul edəndə ölkənin maraqlarını nəzərə alır”-Qüdrət Həsənquliyev

Meşə yanğınları İndoneziyada kütləvi xəstəliyə səbəb olub

Makron BMT-də tribunaya yumruq vurdu: “Qəzzaya göz yummaq olmaz!”

– Ermənistan Xarici İşlər Nazirliyi Şərqi Aralıq dənizi ilə bağlı açıqlama verərək Türkiyəyə qarşı ittihamlarla çıxış edib. Bu barədə şərhinizi öyrənmək istərdik.

– Ermənistanın bölgədə sülh və təhlükəsizliyə ciddi təhdid törədən təcavüzkar siyasətinin nəticələrini aradan qaldırmaq əvəzinə, bu kimi cəfəng açıqlamalarla çıxış etməsi bir daha rəsmi Yerevanın əsl niyyətinin öz işğalçı siyasətini gizlətmək və digər ölkələrə qarşı yalan və saxta ittihamlar irəli sürmək olduğunu nümayiş etdirir.

Türkiyəyə qarşı ərazi iddialarını dövlət gerbində əks etdirən, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini 30 ilə yaxındır ki, hərbi işğal altında saxlayan Ermənistanın bu açıqlaması həm gülüncdür, həm də riyakarlığın son həddi və özünə aid olmayan məsələlərə müdaxilə cəhdidir. Ermənistanın Şərqi Aralıq dənizindəki vəziyyətdən qətiyyən xəbəri yoxdur və onun bəyanatının yeganə səbəbi mövzunun Türkiyəyə aid olmasıdır.

Ermənistan öz yerini bilməli və əndazəsini aşmamalıdır. Ermənistan rəhbərliyi başa düşməlidir ki, diplomatiya ciddi bir sahədir və burada boğazdan yuxarı, məsuliyyətsiz bəyanatlara yer yoxdur. Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən çox düzgün qeyd olunmuşdur ki, Ermənistan Sevan adlandırdığı, amma əsl tarixi adı Göyçə olan gölü Aralıq dənizi ilə qarışıq salmamalıdır.

Ermənistan rəsmilərinin bu günlərdə Sevr müqaviləsi ilə bağlı verdikləri bəyanatlar bir daha göstərir ki, bu ölkə keçmişin girovu olmaqdan qurtulmaq, əsassız nifrəti kənara qoymaq və qonşuları ilə sülh şəraitində yaşamağı öyrənmək iqtidarında deyil.

Qardaş Türkiyə beynəlxalq hüququn norma və prinsiplərini və öz milli maraqlarını rəhbər tutaraq, Şərqi Aralıq dənizində fəaliyyətini həyata keçirir. “Oruc Rəis” seysmik gəmisinin də təyinat məntəqəsinə yan alması qanunauyğun xarakter daşıyır. Biz Türkiyənin mövqeyini birmənalı dəstəkləyirik. Türkiyə beynəlxalq hüquqa uyğun olaraq bölgədə öz haqqını, maraqlarını və mənfəətini qoruyur.

Prezidentİlham Əliyevin vurğuladığı kimi, Azərbaycan və Türkiyə daim bir-birinin yanındadır. Dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın və bağlı olan ölkələr yoxdur.

Ermənistanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi təxribatlar zamanı qardaş Türkiyənin Azərbaycana verdiyi qəti dəstəyi, ölkəmizdə keçirilmiş birgə hərbi təlimləri, Türkiyənin Müdafiə naziri başda olmaqla ordu rəhbərliyinin ölkəmizə səfərini yüksək qiymətləndiririk.

– Azərbaycanın region dövlətləri ilə əlaqələrindən danışarkən Azərbaycan-Gürcüstan münasibətləri barədə fikirlərinizi bilmək istərdik.

– Azərbaycan ilə Gürcüstan arasında dostluq və strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Əlaqələrimiz mehriban qonşuluğun ən uğurlu modellərindən biridir və digər ölkələr üçün nümunə ola bilər. Hər iki ölkə ərazi bütövlüyünün pozulmasından əziyyət çəkir. Ölkələrimiz bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir.

Azərbaycan və Gürcüstan nəhəng enerji və nəqliyyat layihələrini birgə səylərlə uğurla icra ediblər. Biz növbəti uğur hekayəsi olan Cənub Qaz Dəhlizinin ilin sonuna qədər istismara veriləcəyini gözləyirik. Azərbaycan şirkətləri Gürcüstanda böyük vergi ödəyiciləridir. Şirkətlərimizin iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün bir sıra yeni təklifləri var.

Azərbaycan hakimiyyəti və Gürcüstanın hazırkı iqtidarı arasında etimada əsaslanan konstruktiv dialoq mövcuddur. Biz istənilən məsələni açıq surətdə və dostcasına müzakirə edirik. Bu əməkdaşlıq qarşılıqlı faydalı xarakter daşıyaraq xalqlarımızın və dövlətlərimizin maraqlarına xidmət edir. Bu günlərdə Ermənistana göndərilən silahların rəsmi Tbilisi tərəfindən ölkə ərazisindən tranzit kimi istifadə edilərək keçirilməsinə imkan verilməməsini yüksək dəyərləndiririk.

Həm Azərbaycan, həm də Gürcüstan hakimiyyəti münasibətlərin bundan sonra daha da dərinləşdirilməsi əzmindədir.

Previous Post

“Ermənistan öz yerini bilməli və əndazəsini aşmamalıdır” – Hikmət Hacıyev

Next Post

Müdafiə naziri: Azərbaycanlı adıyla qeydiyyatdan keçən çoxlu ermənilər var

Bənzər yazılar

“Prezident qərar qəbul edəndə ölkənin maraqlarını nəzərə alır”-Qüdrət Həsənquliyev

“Prezident qərar qəbul edəndə ölkənin maraqlarını nəzərə alır”-Qüdrət Həsənquliyev

23 Sentyabr 2026 - 17:03

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Elchi.az müsahibəni təqdim edir: -...

Meşə yanğınları İndoneziyada kütləvi xəstəliyə səbəb olub

Meşə yanğınları İndoneziyada kütləvi xəstəliyə səbəb olub

23 Sentyabr 2026 - 16:48

Avqust ayından bəri İndoneziyanın meşə və torpaq yanğınlarından zərər çəkmiş ərazilərində 175 000-ə yaxın kəskin tənəffüs yolu infeksiyası halı qeydə...

Makron BMT-də tribunaya yumruq vurdu: “Qəzzaya göz yummaq olmaz!”

Makron BMT-də tribunaya yumruq vurdu: “Qəzzaya göz yummaq olmaz!”

23 Sentyabr 2026 - 14:00

Fransa lideri Emmanuel Makron Nyu-Yorkda BMT Baş Assambleyasında Fələstindəki vəziyyətlə bağlı çıxışı zamanı yumruğu ilə tribunaya vurub. Elchi.az xəbər verir...

Zelenski: Rusiya müharibəni bitirməyə hazır deyil

Zelenski: Rusiya müharibəni bitirməyə hazır deyil

23 Sentyabr 2026 - 10:37

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Donald Trampın da iştirakı ilə Rusiya Prezidenti Vladimir Putinlə görüşməyə hazır olduğunu bəyan edib....

Next Post

Müdafiə naziri: Azərbaycanlı adıyla qeydiyyatdan keçən çoxlu ermənilər var

Müdafiə naziri: Azərbaycanlı adıyla qeydiyyatdan keçən çoxlu ermənilər var

Son xəbərlər

“Kaşif Kozinoğlu işi”ndə saxlanılanların sayı artıb

“Kaşif Kozinoğlu işi”ndə saxlanılanların sayı artıb

23 Sentyabr 2026 - 22:55
Suriya Prezidenti İsraillə sülhün şərtini açıqlayıb

Suriya Prezidenti İsraillə sülhün şərtini açıqlayıb

23 Sentyabr 2026 - 22:52
Türkiyə Başika-Zilkan bazasını İraqa təhvil verəcək

Türkiyə Başika-Zilkan bazasını İraqa təhvil verəcək

23 Sentyabr 2026 - 22:50
Ceyhun Bayramov və Co Vilson Azərbaycan-ABŞ münasibətlərini müzakirə ediblər

Ceyhun Bayramov və Co Vilson Azərbaycan-ABŞ münasibətlərini müzakirə ediblər

23 Sentyabr 2026 - 22:05
Özbəkistanda Azərbaycan dili kursları fəaliyyətə başlayacaq

Özbəkistanda Azərbaycan dili kursları fəaliyyətə başlayacaq

23 Sentyabr 2026 - 22:04
Qazaxda açıq ərazidə yanğın baş verib

Qazaxda açıq ərazidə yanğın baş verib

23 Sentyabr 2026 - 22:03
Rusiyadan Ermənistana yeni təzyiq kartı – miqrantların geri qaytarılması ehtimalı…

Rusiyadan Ermənistana yeni təzyiq kartı – miqrantların geri qaytarılması ehtimalı…

23 Sentyabr 2026 - 20:33
Şahin Mustafayev: Azərbaycan-Çin münasibətləri yüksək dinamika ilə inkişaf edir

Şahin Mustafayev: Azərbaycan-Çin münasibətləri yüksək dinamika ilə inkişaf edir

23 Sentyabr 2026 - 19:29
Ceyhun Bayramov Serbiyanın xarici işlər naziri ilə görüşüb

Ceyhun Bayramov Serbiyanın xarici işlər naziri ilə görüşüb

23 Sentyabr 2026 - 19:23
Səfir: Azərbaycanla Çin günəş və külək enerjisi sahəsində bir sıra layihələr üzrə əməkdaşlıq edir

Səfir: Azərbaycanla Çin günəş və külək enerjisi sahəsində bir sıra layihələr üzrə əməkdaşlıq edir

23 Sentyabr 2026 - 19:15
Mikayıl Cabbarov Osman Murat Karadenizlə əməkdaşlıq perspektivlərini müzakirə edib

Mikayıl Cabbarov Osman Murat Karadenizlə əməkdaşlıq perspektivlərini müzakirə edib

23 Sentyabr 2026 - 19:05
Azərbaycan domenlərinə qarşı hücumlar oldu

Azərbaycan domenlərinə qarşı hücumlar oldu

23 Sentyabr 2026 - 18:57
Pezeşkian: İran nüvə enerjisi inkişaf etdirmək niyyətindədir

Pezeşkian: İran nüvə enerjisi inkişaf etdirmək niyyətindədir

23 Sentyabr 2026 - 18:50
Türkiyənin Koç Universitetinin professoru BDU-da məruzə edib

Türkiyənin Koç Universitetinin professoru BDU-da məruzə edib

23 Sentyabr 2026 - 18:38
Qyökereş “Arsenal”dan ayrılmaq istəyir

Qyökereş “Arsenal”dan ayrılmaq istəyir

23 Sentyabr 2026 - 18:25
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.