Ermənistan Müdafiə Nazirliyində külli miqdarda mənimsəmə faktı ilə bağlı araşdırma aparılır.
“Sputnik Armenia” xəbər verir ki, Milli Təhlükəsizlik Xidməti Nazirliyin qəbul komissiyasının sədri Armen Arutunyan Müdafiə Nazirliyi ilə yerli şirkətlərdən biri arasında imzalanmış müqaviləyə uyğun olmayan əmlakı qəbul edib.
Belə ki, Nazirlik tədarükçü şirkətə Çexiya istehsalı olan artilleriya mərmiləri üçün 523 milyon 89 min dram (1 milyon 83 min dollar) məbləğində vəsait ödəsə də, həmin mərmilərin kifayət qədər yüksək taktiki-texniki xarakteristikaya malik olmadığını üzə çıxıb.
Armen Arutunyan tutulub.
Faktla bağlı araşdırma aparılır.
O, Ermənistan ordusunun Raket və Artilleriya Qoşunlarının keçmiş rəisi olub.
SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir
İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirməsi ilə bağlı iddiaları təkzib edib və bildirib ki, zədələr ABŞ-nin "Patriot" hava hücumundan...





















Son şərhlər