“Ermənistanın ötən gün növbəti dəfə atşkəsi pozması və üç hərbiçimizin yaralanması göstərir ki, bu ölkə danışıqlarda real nəticələrdən çəkinir”.
Elchi.az xəbər verir ki, bu fikirləri MCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə FB hesabında qeyd edib:
“Əlverişli mühit gözləyərək, hücum etməyi planlaşdırırlar. Amma, baş verənlər Ermənistanın əleyhinə işləyir.
Ermənistan sülh danışıqlarından yayındıqca Avropa İttifaqı bu ölkəyə siyasi dəstək verməyəcək. Brüsselin formatı çərçivəsində dörd danışıqlar raundu olmuşdu. Faktiki rəsmi Yerevan bu formatdan imtina edib. Ermənistan tərəfi faktiki olaraq növbəti təxribatlara əl atmağı planlaşdırır. Qeyd edim ki, Rusiyanın vasitəçiliyi ilə sülh danışıqları başlamalı idi. Nikol Paşinyan bu danışıqlardan da imtina edib”.
Yeganə