Ermənistan tərəfi cəbhə xəttində gedən döyüşlərdə ölən hərbçilərin bir qismini etiraf edib
AzVision.az xəbər verir ki, Qarabağ separatçılarının nümayəndəsi Senor Hasratyanın sözlərinə görə, aprelin 2-dən 5-dək təmas xəttində gedən döyüşlərdə 64 erməni hərbçi ölüb, 122 nəfər yaralanıb.
“14 tankımız və bir sıra zirehli texnikamız məhv edilib”,-deyə Hasratyan qeyd edib.
Qarabağ separatçılarının nümayəndəsi əlavə edib ki, Ermənistan üç gün ərzində cəsədlərin dəyişdirilməsi prosesində döyüş meydanında 21 hərbçinin cəsədini götürüb.