“İranda etiraz aksiyaları davam edir. Avropada İran vətəndaşları İran səfirliyinin önünə gələrək keçirdiyi etiraz aksiyaları polis tərəfindən zorakılıqla qarşılanır. Fransa polisi bu ölkədə İran səfirliyinin qarşısında etirazlari dağıdır. Amma, Azərbaycanın Fransadakı səfirliyinə ermənilərin hücumunun qarşısı alınmayaraq, hücuma şərait yaradıldı”.
Elchi.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə FB hesabında qeyd edib:
“Fransa prezidenti Emmanuel Makaron BMT -də İran prezidenti İbrahim Rəisi ilə görüşərək ikitərəfli əməkdaşlıqdan danışaraq, Rəisini ölkəsinə dəvət etdi. Fransa və İranın əməkdaşlığı regionda anti-Azərbaycan siyasəti ilə nəticələnəcək. Məhz hər iki dövlət Ermənistana dəstək verir.
Son baş verən hadisələrdə Paris və Tehranın mövqeyi üst-üstə düşür. Hətta Ermənistana siyasi və digər istiqamətlərdə dəstək vermək üçün danışıqlar aparacaq.
Tehran və Parisin əməkdaşlığı Cənubi Qafqazda sülhə deyil, müharibə riskinin yüksəlməsinə xidmət edir. Halbuki, Cənubi Qafqazda baş verən geosiyasi reallıqlar Fransanın maraqlarına uyğundur. Çünki, Qərblə Şərqi birləşdirən Zəngəzur dəhlizindənn Fransa da istifadə edə bilər. Amma, Parisin anti-Türkiyə siyasəti və erməni lobbisinin təsiri ilə öz siyasətini İranla kordinasiyalı şəkildə həyata keçirir.
Bu siyasət köhnə status kovonu xatırladır və müsbət nəticə olmayacaq. Ermənistan bu prosesdə itirən tərəf olacaq”.
Yeganə