“Bildiyimiz kimi Erməni lobbiləri illər keçsə də öz mənfur əməllərindın əl çəkmirlər. Onlar hər vasitə ilə türkləri, azərbaycanlıları pisləşməyə çalışır” – bu sözləri Elchi.az-a açıqlamasında Prof.Dr. Mustafa ILICALI deyib.
O, həmçinin qeyd edib:
“Belə bir soyqurumu səhv məlumatlarla deyil, arxivlərə baxaraq, araşdırılıb üzə ortaya çıxartmaq lazımdır. Türkiyə Cümhuriyyəti bu mənada davamlı olaraq açıqlamalar edir. Ermənistan bir tərəfdən münasibətləri düzəltməyə çalışmalı ikən əksinə hərəkət edir.l
Lobbilərin törətdiyi bu hərəkətlərin qarşısını Ermənistan dövləti tərəfindən alınmalıdır. Dövlət də onlara bu addım atmağa fürsət verir. Azərbaycan Türkiyə həmişə qardaş olub, bir birinə dayaq olub və bu belə də davam edəcək. Tək millət iki dövlət olaraq bizə qarşı törədilən hər hansı bir mənfur hərəkətin cavabını ən ağır şəkildə verəcəyik”.
Havar Şəfiyeva