"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Erməniləri təşvişə salan Mehri layihəsi – tarixi ərazimizlə bağlı ilginc faktlar

04 Fevral 2021 - 11:27
in CƏMİYYƏT, MANŞET
FacebookVatsap

Ermənistandakı narahatlıqlara və revanşist qüvvələrin etirazlarına baxmayaraq, bir çox ekspertlər hesab edirlər ki, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsini birləşdirəcək təqribən 44 km-lik Mehri dəhlizinin açılmasını əngəlləmək mümkün olmayacaq.

Bunu da oxuyun

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

FHN silsilə maarifləndirmə tədbirləri keçirdi – FOTO

Sabah 40 dərəcə isti olacaq

Düzdür, Ermənistanda hesab edirlər ki, baş nazir Nikol Paşinyan erməni xalqına xəyanət edib və Ermənistanı satıb. Hətta Mehrini Zəngəzur bölgəsindəki Şurnux kəndinin – hansı ki, orada artıq sərhəd dəqiqləşib və ərazi Azərbaycan sərhədçilərinin nəzarətindədir – taleyinin gözlədiyi haqda erməni müxalifətçilərin hay-küylü açıqlamaları da tirajlanır. Fevralın 3-də isə Ermənistan parlamentinin qarşısında keçirilən aksiyada Paşinyanın istefası tələb olunub. Bütün bu etirazlar isə Rusiyanın moderatorluğu ilə həyata keçirilən kommunikasiyaların açılması prosesinin qarşısını ala bilməyəcək, hər halda, gedişat bunu göstərir. 

Xatırladaq ki, 30 yanvarda, Moskvada Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinlərindən ibarət üçtərəfli işçi qrupun iclasında tərəflər ekspert alt qruplarının yaradılması barədə razılığa gəliblər. İşçi qrupun iclasının yekunu ilə bağlı tərəflər dəmir yolu, avtomobil və kombinə edilmiş daşınmalarla bağlı, təhlükəsizlik, sərhəd, gömrük, sanitariya, baytarlıq, fitosanitar və digər nəzarət növləri daxil olmaqla, nəqliyyatın təmin edilməsi məsələləri bağlı razılığa gəliblər. Tərəflər ekspert alt qruplarının formalaşdırılmasını 2 fevral 2021-ci ilə qədər tamamlamağa və ilk görüşlərini 5 fevral 2021-ci il tarixinədək keçirməyə razılaşıblar. Üçtərəfli İşçi Qrupunun növbəti iclasının Moskvada keçirilməsinə qərar verilib. Tarix həmsədrlər tərəfindən iş qaydasında razılaşdırılacaq. Xatırladaq ki, yanvarın 11-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşünün yekunları ilə bağlı baş nazirlərin müavinlərindən ibarət üçtərəfli İşçi Qrupun yaradılması qərara alınmışdı.

Reallıq budur ki, qələbədən sonra prosesləri Azərbaycan diktə edir və Naxçıvanla birbaşa əlaqənin yaradılması rəsmi Bakının prinsipial mövqeyinin məntiqi nəticəsidir. Heç şübhəsiz bu, Azərbaycan üçün önəmli məsələdir. Hətta 1999-cu ildə ermənilərin bu istiqamətdə anlaşmanı pozması və ölkə daxilində törədilmiş qanlı hadisələr nəticəsində prosesin uzadılmasına nail olması unudulmayıb. Bu mənada istisna deyil ki, Ermənistandakı bəzi dairələr və onların havadarları yenə də eyni ssenariləri reallaşdırmaqda maraqlıdırlar. Elə hökumət binasına basqın, Paşinyanın diplomatik pasportunun belə oğurlanması, parlament qarşısında “Vətəni xilas hərəkatı”nın aksiyası da bundan xəbər verir. Ermənistanın dalandan çıxarılmasına rəvac verəcək bir layihə olsa belə, bir sıra erməni ekspertlərin və revanşa meylli qüvvələrin Mehri dəhlizinin açılmasına qarşı çıxması anlaşılmazdır. Məntiqlə, “Vətəni xilas hərəkatı” adlı qurum Ermənistanı blokadadan çıxarmaq üçün ənənəvi iddialardan bir addım geriyə atan Paşinyanı müdafiə etməlidir, nəinki onun hakimiyyətdən getməsi tələbini qoymalıdır. Amma bütün bunlar ermənilərin öz işidir, Mehri dəhlizinin açılmasına kimsə əngəl ola bilməz, çünki bu, həm də Rusiya, Türkiyə və İranın da maraq dairəsində olan layihədir.

Erməniləri təşvişə salan Mehridir, Azərbaycanın tarixi ərazisi. Onlar düşünürlər ki, Azərbaycan sovetlərin xəritəsini ortaya qoymaqla da bu əraziyə sahiblənə bilər, Şurnux kəndi kimi.

Sabiq deputat Alqış Musayev:

Alqış Musayev: “Ermənilərin bəhs etdiyi, həm də qorxduqları Bakı-Naxçıvan şose yolu Heydər Əliyevin proyekti idi”

Mehri mövzusunda bölgəni çox yaxşı tanıyan, əslən Qərbi Azərbaycandan olan sabiq millət vəkili Alqış Musayevlə danışdıq. Zəngəzur mahalının Mehri rayonunun Nüvədi kəndində anadan olmuş və 1991-ci ildə ailəsi ilə birlikdə Azərbaycan Respublikasına köçmək məcburiyyətində qalan A.Musayev əvvəlcə bildirdi ki, Mehrinin geosiyasi müzakirələrdə xüsusi çəkisi və yeri vardır: “Bu rayon təkcə Ermənistanın yox, bütövlükdə bölgənin maraq dairəsindədər. Vaxtilə Zəngəzur hansı niyyətlə Ermənistana verilibsə, Mehri də bir inzibati-ərazi vahidi kimi həmin niyyətin davamı olaraq yaradılıb. Və nəticədə sovetlər dönəmi Naxçıvanla Bakının, hazırda isə Bakının Naxçıvanla və Türkiyə ilə əlaqəsi məhdudlaşıb. Zori Balayan Mehrini ”Azərbaycan dövlətçiliyinin kürəyinə sancılmış xəncər” adlandırırdı. Yeri gəlmişkən, oxucular üçün maraqlı olar, indi Xankəndində büstü qoyulan Nijde 1918-ci illərdə Mehridə saysız-hesabsız qətllər törədib. Azərbaycan kəndlərini dağıdıb, o cümlədən bizim kəndimizi – Nüvədini talan edib, yandırıb. Mehri dəmir yol stansiyası Azərbaycan Dəmir Yol İdarəsinə tabe idi və onun mülkiyyəti hesab olunurdu. Onun bir rəisi vardı – Jora Hayrapetyan. Arvadı isə Mehridə bütün ermənilərin “bizm Ofiq” dediyi bir qadın idi. Onların Emma adlı qızları da vardı, o da anası kimi çox fəal idi və bir neçə dəfə partiyaya daxil olmaq istəmişdi. Hər dəfə də mənim atam, o zaman Mehri rayon partiya komitəsinin 2-ci katibi olan Həsən Musayev Emmanın partiyaya qəbul olunmağına imkan vermirdi. Sonralar, hamı kimi, 1988-89-cu illərdə Qafandan deportasiya edilən, uzun illər “Sovet Ermənistanı” qəzetinin xüsusi müxbiri olmuş Abdulla İbrahimov yazırdı ki, mən Həsən müəllimdən bunun səbəbini soruşdum. Həsən müəllim dedi ki, Emmanın anası Ofiq Nijdenin nikahdankənar qızıdır, atası isə “Qrunk” təşkilatının üzvüdür, tez-tez Xankəndinə (Stepanakertə) gedib-gəlir…”

A.Musayev olduqca maraqlı tarixi hadisələri xatırlatdı: “Ermənilərin bəhs etdiyi, həm də qorxduqları Bakı-Naxçıvan şose yolu Heydər Əliyevin proyekti idi. Həmin yolun tikintisi birbaşa Moskvanın nəzarəti altında idi. Ölkənin tikinti-quraşdırma, körpü salmağa, yol ötürücüləri qurmağa dair ən müasir avadanlıqları bu proyektin reallaşmasına səfərbər edilmişdi. Yolun bütün xərclərini SSRİ Müdafiə Nazirliyi maliyyələşdirirdi. Burada bir incəlik var. Yolun adı hərbi strateji xarakterli ola da, mahiyyətcə siyasi idi, Bakı-Naxçıvan yolu idi. Bu yolun çəkilişi ilə bağlı müzakirələr 79-cu ilin sonlarından başlayaraq start götürmüşdü. Axı Moskvanın ciddi nəzarəti altında Heydər Əliyev ”mən Naxçıvana Mehridən yeni yol çəkirəm” düşüncəsini açıq-aşkar həyata keçirə bilməzdi. Ona görə bu yol Müdafiə Nazirliyinin layihəsi kimi Siyasi Büroda təsdiq edilmişdi”.

“Zori Balayan Mehrini ”Azərbaycan dövlətçiliyinin kürəyinə sancılmış xəncər” adlandırırdı” 

A.Musayev qeyd etdi ki, Bakıdan Naxçıvana çəkilən yolun Nüvədiyə qədər hissəsi təxminən 430 km-dən dən bir qədər artıq idi: “Nüvədiyə yol çəkiləndə Heydər Əliyev Moskvada idi. O zaman belə bir əhvalat da olmuşdu. Yolun Zəngilanla Nüvədini birləşdirən hissəsində ləngimə vardı. Səhv etmirəmsə, 1983-1984-cü illər idi. Bakıdan yol tikinti idarəsinin nümayəndəsi Nüvədiyə gəlmişdi. Uşaqlıq yaddaşım məni aldatmırsa, o şəxs bizim sabiq baş nazirin müavini Abid Şərifov idi. Nüvədililər Abid müəllimi çox narazılıqla qarşıladılar. O da yadımdadır ki, kəndimizin Məscid düzü deyilən yerindən bir az aşağıda, əmimgilin evinin qarşısında Abid müəllim ”Villis”dən düşüb, yamac səmtə qalxaraq “sizi and verirəm Həzrət Abbasın kəsik qollarına, imkan verin, bir-iki kəlmə də mən danışım” dedi. Ondan sonra sakitlik yarandı. Abid Şərifov dedi ki, sizin narahatlığınızı rəhbərliyə çatdıracağam. Abid müəllimin kəndə gəlişi və nüvədililərin etirazı nəticəsiz qalmadı. Zəngilandan Nüvədiyə geniş asfalt yol çəkildi. Və həmin yol Nüvədi üçün 1988-91-ci illərdə həyati əhəmiyyət kəsb edirdi”. Eks-deputat xatırlatdı ki, o zaman Naxçıvan tərəfdən yolun ancaq Mehrinin Aldərə kəndinə qədər hissəsini çəkmək mümkün oldu: “Haradasa 20 km məsafə qalmışdı ki, ermənilər müxtəlif bəhanələrlə bu yolu tamamlamağa imkan vermədilər. Çünki ermənilər bu yolun nə demək olduğunu hamıdan əvvəl dərk etmişdilər. Atam danışırdı ki, Ermənistan Mərkəzi Komitəsinin ideoloji məsələlər üzrə katibi Dallakyan təbliğat aparırmiş ki, buna imkan vermək olmaz, bu yolun çəkilişi nəticəsində Mehridə yüzlərlə hektar meyvə bağı tələf olacaq. Əlbəttə ki, meyvə bağları bəhanə idi. Digər tərəfdən, deyirdilər ki, Bakı-Naxçıvan yolu artıq Mincivan, Qafan, Maralzəmi, Lehvaz və Meğridən keçir. Qalan 20-25- km-lik Nüvədi-Aldərə yolunu çəkməyə ehtiyac yoxdur. Əsas məqsəd isə Bakı-Naxçıvan yolunu əngəlləmək idi. Təəssüf ki, o zaman ermənilər buna nail ola bildilər”.

Sabiq deputat hesab edir ki, Mehri yolu məsələsində güzəştə getmək olmaz: “Əlbəttə ki, yarımçıq qalmış yolun çəkilişinə nail olmaq vacibdir. Bu daha çox siyasi marşrutdur. Mövzu ehtimal ki, danışıqlar prosesində müzakirəyə çıxarılır. Amma nə vaxt və hansı qərarlar veriləcək, demək çətindir. Cünki danışıqların bir çox hissəsi və detalları konfedensialdır. Biz məntiq olaraq mühakimə edirik. Əslində elə bu cür də olmalıdır. Nəzərə alaq ki, Ermənistan böyük bir məğlubiyyət yeyib. Bu məğlubiyyəti erməni cəmiyyətinə həzm etdirmək xeyli vaxt tələb edir. Yəqin hələ ki göstəri xarakteri daşıyan dirənişlər olacaq. Amma bir müddətdən sonra irəlidə Ermənistanın razılaşmaqdan başqa yolu qalmır”.

Tarixə ekskurs edək: Mehri – Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Zəngəzur mahalı ərazisində rayondur. Müxtəlif mənbələrdə Meğri, Mığrı, Mehli kimi də yazılır. 1929-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi Levon Mirzoyan tərəfindən Mehri şəhəri Ermənistana bağışlanıb. Mehri Azərbaycanı Naxçıvanla birləşdirən yeganə dəhliz idi. Ermənistan Respublikasında Mehri 1930-cu il sentyabrın 9-da yaradılıb. Ərazisi 664 kv km-dir. Rayon mərkəzi Mehri şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 264 km-dir. Mığrı mahalı Çar Rusiyası dövründə Gəncə (Yelizavetpol) quberniyasına daxil olub. Tarixi ədalət bərpa olunmalıdır. Biz hələ tarixi Azərbaycan torpaqlarının hamısını – İrəvan  daxil olmaqla – tələbini qoymuruq, sadəcə, Sovet Azərbaycanının xəritəsinə daxil olan, ancaq sonradan qoparılmış ərazimizi geri istəyirik. Ən azı indiki halda ictimai rəy bunu deyir…

Previous Post

Erməniləri təşvişə salan Mehri layihəsi – tarixi ərazimizlə bağlı ilginc faktlar

Next Post

Ermənistan hökuməti Laçından çıxan ermənilərə “qapını göstərir”

Bənzər yazılar

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

08 Avqust 2026 - 13:49

Cari il üçün təsdiq olunmuş fəaliyyət planına əsasən, Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərin nəzdində fəaliyyət göstərən hərbi attaşeləri və hərbi...

FHN silsilə maarifləndirmə tədbirləri keçirdi – FOTO

FHN silsilə maarifləndirmə tədbirləri keçirdi – FOTO

08 Avqust 2026 - 13:25

Fövqəladə Hallar Nazirliyinin (FHN) aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib. Elchi.az...

Sabah 40 dərəcə isti olacaq

Sabah 40 dərəcə isti olacaq

08 Avqust 2026 - 12:19

Bakıda və Abşeron yarımadasında avqustun 9-da hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən...

Gənclər üçün “Fövqəladə Hallar Könüllüləri” proqramına qəbul başladı

Gənclər üçün “Fövqəladə Hallar Könüllüləri” proqramına qəbul başladı

08 Avqust 2026 - 10:55

Fövqəladə Hallar Nazirliyi (FHN) gəncləri fövqəladə hallarda kömək etmək üçün könüllü proqramına çağırır. Elchi.az xəbər verir ki, təhsilindən asılı olmayaraq...

Next Post
Ermənistan hökuməti Laçından çıxan ermənilərə “qapını göstərir”

Ermənistan hökuməti Laçından çıxan ermənilərə “qapını göstərir”

Ermənistan hökuməti Laçından çıxan ermənilərə “qapını göstərir”

Ermənistan hökuməti Laçından çıxan ermənilərə “qapını göstərir”

Son xəbərlər

Peru Meksika ilə diplomatik münasibətləri bərpa edir

Peru Meksika ilə diplomatik münasibətləri bərpa edir

08 Avqust 2026 - 14:29
Taksidən pul və bank kartları oğurlayan şəxs saxlanıldı

Taksidən pul və bank kartları oğurlayan şəxs saxlanıldı

08 Avqust 2026 - 14:09
Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

08 Avqust 2026 - 13:49
FHN silsilə maarifləndirmə tədbirləri keçirdi – FOTO

FHN silsilə maarifləndirmə tədbirləri keçirdi – FOTO

08 Avqust 2026 - 13:25
Prezident İlham Əliyevlə Paşinyan iqtisadi və ticari əlaqələrin inkişafını sülhün faydalarının təzahürü kimi qiymətləndirib

Prezident İlham Əliyevlə Paşinyan iqtisadi və ticari əlaqələrin inkişafını sülhün faydalarının təzahürü kimi qiymətləndirib

08 Avqust 2026 - 12:48
Nikol Paşinyan Prezident İlham Əliyevə zəng etdi

Nikol Paşinyan Prezident İlham Əliyevə zəng etdi

08 Avqust 2026 - 12:45
Pirşağıda dənizdə batan 16 yaşlı yeniyetmənin meyiti tapıldı

Pirşağıda dənizdə batan 16 yaşlı yeniyetmənin meyiti tapıldı

08 Avqust 2026 - 12:34
Sabah 40 dərəcə isti olacaq

Sabah 40 dərəcə isti olacaq

08 Avqust 2026 - 12:19
Türkiyədə 18 saatlıq müzakirədən sonra PKK ilə bağlı qanun təsdiqləndi

Türkiyədə 18 saatlıq müzakirədən sonra PKK ilə bağlı qanun təsdiqləndi

08 Avqust 2026 - 11:58
Sumqayıtda sexdə yanğın oldu – VİDEO

Sumqayıtda sexdə yanğın oldu – VİDEO

08 Avqust 2026 - 11:42
Polis 65 kiloqramdan çox narkotik vasitəni müsadirə etdi

Polis 65 kiloqramdan çox narkotik vasitəni müsadirə etdi

08 Avqust 2026 - 11:24
Gənclər üçün “Fövqəladə Hallar Könüllüləri” proqramına qəbul başladı

Gənclər üçün “Fövqəladə Hallar Könüllüləri” proqramına qəbul başladı

08 Avqust 2026 - 10:55
Ukrayna Krasnodar və Samarada neft emalı zavodlarını vurdu

Ukrayna Krasnodar və Samarada neft emalı zavodlarını vurdu

08 Avqust 2026 - 10:39
Paşinyan: Ermənistanla Azərbaycan arasında münaqişə səhifəsi bağlanıb, sülh bərqərar olub

Paşinyan: Ermənistanla Azərbaycan arasında münaqişə səhifəsi bağlanıb, sülh bərqərar olub

08 Avqust 2026 - 10:21
Dünya bazarlarında neft bahalaşıb

Dünya bazarlarında neft bahalaşıb

08 Avqust 2026 - 10:09
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.