"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Ermənilərdən sensasion etiraf – “Bizi atom bombası da xilas etməz…”

27 Sentyabr 2016 - 08:42
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Hörmüz boğazında tankerlərə hücumların sayı rekord həddə çatıb

AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

Böyük Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb

 Ermənilərdən sensasion etiraf - “Bizi atom bombası da xilas etməz...”“İsgəndər” raketləri düşmən ölkədə əminlik yaratmayıb; Rusiyanın bu jesti Ermənistanın ağzına verilən əmzik kimi qiymətləndirilir; erməni politoloq öz xalqını eyforiyaya uymamağa çağırır

Qarabağ problemi ətrafında siyasi-hərbi situasiya daha gərgin fazaya keçib. Bu da öncəliklə Kremlin Ermənistana “İsgəndər” tipli müasir raket kompleksləri ötürməsinə dair iddialarla bağlıdır. Doğrudur, həmin kompleksin Gümrüdəki 102 saylı Rusiya hərbi bazasına məxsusluğu da bildirilir, ancaq fakt ortalıqdadır – belə təhlükəli sistemlər işğalçı ölkənin ərazisindədir.
O üzdən də həmin sistemlərdən təcavüzkar ölkənin Azərbaycan əleyhinə istifadə edəcəyi, ən azından, guya Azərbaycan üçün müharibə variantına qarşı çəkindirici faktor ola biləcəyi barədə fikirlər səslənib. Hərçənd fərqli mövqedə olanlar da kifayət qədərdir.
Sonuncuların fikrincə, Azərbaycanı belə silahlarla öz ərazilərini güc yolu ilə azad eləməkdən daşındırmaq mümkün olmayacaq, ona görə ki, onun hərbi potensialı ümumən Ermənistandan üstündür və İrəvan yaxın perspektivdə bu üstünlüyü aradan qaldırmağa qadir deyil. Demək, “İsgəndər” məsələsi əslində yeni müharibə ehtimalını azaltmır, bəlkə də əksinə…
***
 
“Dağlıq Qarabağ konflikti ilə bağlı indiki şərtlər fonunda ən pis ssenariyə hazır olmaq lazımdır, çünki münaqişə həll olunmayıb, tərəflər isə silahlanıb və bütün arsenalı istifadə etməyə hazırdır”. Musavat.com xəbər verir ki, bu barədə rusiyalı tanınmış analitik və publisist Andrey Piontkovski yeni müharibənin mümkünlüyü barədə erməni nəşrinə açıqlamasında bildirib. Onun fikrincə, savaş təhlükəsi realdır. 
“Məhz bu səbəbdən vasitəçilər özəl danışıqlar və görüşlər reallaşdırmağa çalışırlar ki, münaqişə tərəfləri arasında təmas ipləri qırılmasın. Ancaq konflikt çox mürəkkəbdir, ona çoxlu yan təsirli amillər var. Bütün bunlar da ixtilafın təzədən alovlanması riskini artırır. Necə ki, bunu apreldə gördük. Biz heç vaxt belə təhlükəni istisna edə bilmərik. Amma mən onu da qeyd eləmək istəyirəm ki, Moskva nə hərbi, nə də siyasi müstəvidə bu və ya digər tərəfin üstünlüyünə imkan verməz. Odur ki, hazırkı məqamda yeganə çıxış yolu – Moskvanın təsirini azaltmaqdır”, – deyə ekspert vurğulayıb.
Məsələ də ondadır ki, Rusiya amilinin təsiri olmasa, Azərbaycan qısa zamanda özünün hərbi, iqtisadi üstünlüyü, insani və başqa resursları sayəsində öz ərazilərini işğaldan azad edər. Bunu zatən, ciddi erməni təhlilçiləri də bilir və nəzərə alırlar. O sırada  “İsgəndər” operativ-taktiki raket kompleksləri də Ermənistan üçün xilas yolu deyil, sadəcə, Kremldən İrəvana Bakı əleyhinə bir müvəqqəti sakitləşdirici “həb”, aldatma “əmzik” olduğunun yaxşı fərqindədirlər – hərgah, həmin komplekslərin Ermənistana məxsusluğu bu günədək rəsmən öz təsdiqini tapmayıb. Bu üzdən məntiqini itirməyən erməni təhlilçilər öz xalqını eyforiyaya uymamağa səsləyir, xəbərdarlıqla çıxış edirlər.
***
Image result for israel rocket
“Biz düşünməməliyik ki, bu raketlər xarici qüvvələr üçün, düşmən dövlət Azərbaycandan ötrü gözlənilməz olub. Ən azı Azərbaycan üçün rəhbərlik səviyyəsində bu, yenilik olmayıb. Onlar əmin idilər ki, Ermənistanda belə silah var. Başqa yandan, ”İsgəndər”lərin əhəmiyyətini şişirtməyə də ehtiyac yoxdur”. Bu sözləri isə 1.in.am saytına açıqlamasında erməni politoloq Ayk Martirosyan deyib.
“Ermənistan nüvə silahı əldə eləməyib ki. Ermənistan əvvəlki Ermənistan olaraq qalır. Sadəcə, çox güclü raket sisteminə malik olub. Ancaq birincisi, bundan da vacibi odur ki, bu sistemin neçə raketi Ermənistanda ehtiyatdadır. İkincisi isə ”İsgəndər”in əhəmiyyəti uzağı vurmağındadır. Bu, bütöv bir şəhəri və ətraf rayonları məhv edən atom bombası deyil. Güclü silahdır, ancaq anlamaq lazımdır ki, bununla Bakını məhv etmək qeyri-mümkündür. Biz həmçinin başa düşməliyik ki, bu, bizim müharibə zamanı hər şeyi itirdikdən sonra istifadə edə biləcəyimiz son resursumuz olacaq – o da əgər Azərbaycanda həmin an eyni silahdan olmasa” – Martirosyan qeyd edib.
Image result for İsgəndər M ermənistan
Onun qənaətincə, Azərbaycan İrəvanı vurmayınca Ermənistan Bakıya zərbə endirməyəcək: “Ermənistan Dağlıq Qarabağdan Bakıya zərbə endirə bilər. Amma İrəvan da Naxçıvan tərəfdən Azərbaycanın hədəfindədir. Azərbaycan həmçinin başqa sistemlərdən zərbələr endirə bilər ki, bu da  ”İsgəndər” qədər dağıdıcı nəticələr törədəcək”.
Erməni politoloq habelə əmindir ki, “İsgəndər”lər Azərbaycan toplumunda heç bir çəkindirici ovqat doğurmayıb: “Əlbəttə ki, yox. Dolayı yolla Suriyanın da ”İsgəndər”i var. Rusiya ona dəstək verir. Hətta dənizdən bu raketlərin atılması kimi gözəl bir şou da gördük. Amma bu, heç kimi dayandıra bilmədi. Suriyada müharibə davam edir. Odur ki, “İsgəndər”lərə ümid eləməyə, özünü aldatmaqla məşğul olmağa, demək ki, bu silahlar çəkindirici mexanizmə malikdir, dəyməz. Hətta atom silahımız olsa belə, heç nə dəyişmir. Çünki onu yüz faiz biz istifadə etməyəcəyik”.
Bu xüsusda erməni ekspert Azərbaycanın hətta  “İsgəndər”in zərbəsinə hazır olduğunu deyir. “Onlar artıq hesablayıblar ki, bu zərbələrdən nə qədər itki olacaq. Ona görə ki, Bakıdan ötrü tarixi vəzifə Ermənistanı və erməni amilini regiondan çıxarmaqdır. Bizdən ötrü isə əsas sağ qalmaqdır” – deyə o əlavə edib.
Bu yerdə yada salaq ki, az öncə tanınmış erməni politoloqu Aleksandr İsgəndəryan da “İsgəndər” kompleksləri ilə Azərbaycanın qabağını almağın mümkünsüzlüyünü dilə  gətirmişdi. Sitat: “Apreldə təmas xəttindəki gərginliyi nəzərə alsaq, belə hadisələrin təkrarlanması tamamilə mümkündür. Demirəm ki, hökmən olacaq, amma ”İsgəndər”lər aprel olayları tipli hadisələri önləyəcək silahlar deyil. Apreldəki kimi analoji hadisələr başqa şeylərdən – neftin qiymətindən, Azərbaycanın müharibə hazırlığından, xüsusi hazırlıq keçmiş xüsusi təyinatlılardan asılı olacaq. Yoxsa ki, paradda bizə göstərilənlər bu qəbilədən eskalasiyaları önləyəcək vasitələr deyil”.
***
Şübhə yox ki, erməni hərbi-siyasi rəhbərliyi Azərbaycanın güclü raketdən müdafiə sisteminə malik olduğunun da fərqindədir. Konkret olaraq, “İsgəndər” qalmaqalından sonra bu sistem yüzdə-yüz İsraillə hərbi əməkdaşlıq hesabına daha da təkmilləşdiriləcək. Artıq gəlişmələr də var. İsrail mənbəyinin bildirdiyinə görə, Bakı “Dəmir günbəz”i “Sehrli çubuq” adlı daha etibarlı raketdən müdafiə sistemi ilə əvəzləmək üçün hazırda bu ölkə ilə əməkdaşlıq içindədir. “Sehrli çubuq” isə verilən məlumatlara görə, “İsgəndər” raketləri də daxil, operativ-taktiki raketləri belə havada ikən müəyyən edib məhv etmək qabiliyyətinə malikdir.
Previous Post

Ermənilərdən sensasion etiraf – “Bizi atom bombası da xilas etməz…”

Next Post

`Günəşli`də güclü yanğın – 69 işçi təxliyyə olunub

Bənzər yazılar

Hörmüz boğazında tankerlərə hücumların sayı rekord həddə çatıb

Hörmüz boğazında tankerlərə hücumların sayı rekord həddə çatıb

07 Oktyabr 2026 - 21:26

Ötən həftə Hörmüz boğazından keçən tankerlərə edilən hücumların sayı İranla müharibə başlayandan bəri ən yüksək səviyyəyə çatıb. Elchi.az  "Reuters" agentliyinə...

AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

07 Oktyabr 2026 - 20:22

  Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var. Elchi.az  "Haber Global"a istinadən xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət...

Böyük Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb

Böyük Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb

07 Oktyabr 2026 - 20:18

Britaniya kral ailəsinin həkim-terapevti Hanna Terri Böyük Britaniyanın şərqindəki Norfolk qraflığında yerləşən Sandrinqem malikanəsinin kənarındakı evində ölü tapılıb. Elchi.az "The...

“Yandex” axtarış sisteminin Azərbaycandakı payı 8 dəfə azalıb

“Yandex” axtarış sisteminin Azərbaycandakı payı 8 dəfə azalıb

07 Oktyabr 2026 - 20:12

Bu ilin sentyabr ayında Azərbaycanda bütün platformalarda (kompüter, mobil cihazlar və planşetlərdə) "Google" axtarış sisteminin bazar payı 97,35 % təşkil...

Next Post

`Günəşli`də güclü yanğın - 69 işçi təxliyyə olunub

`Günəşli`də güclü yanğın - 69 işçi təxliyyə olunub

Son xəbərlər

İran səfiri etirazlarla bağlı dezinformasiyaya görə Fransa XİN-ə çağırılıb

İran səfiri etirazlarla bağlı dezinformasiyaya görə Fransa XİN-ə çağırılıb

07 Oktyabr 2026 - 21:30
Hörmüz boğazında tankerlərə hücumların sayı rekord həddə çatıb

Hörmüz boğazında tankerlərə hücumların sayı rekord həddə çatıb

07 Oktyabr 2026 - 21:26
AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

07 Oktyabr 2026 - 20:22
Böyük Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb

Böyük Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb

07 Oktyabr 2026 - 20:18
“Yandex” axtarış sisteminin Azərbaycandakı payı 8 dəfə azalıb

“Yandex” axtarış sisteminin Azərbaycandakı payı 8 dəfə azalıb

07 Oktyabr 2026 - 20:12
DÇ: Azərbaycan cüdoçusu Zelim Tçkayev finalda məğlub olub

DÇ: Azərbaycan cüdoçusu Zelim Tçkayev finalda məğlub olub

07 Oktyabr 2026 - 19:28
AQTA “Piano Hall” şadlıq evində nöqsanlar aşkarladı

AQTA “Piano Hall” şadlıq evində nöqsanlar aşkarladı

07 Oktyabr 2026 - 19:20
Ceyhun Bayramov Türkmənistanda Orta Dəhlizin artan rolundan danışdı

Ceyhun Bayramov Türkmənistanda Orta Dəhlizin artan rolundan danışdı

07 Oktyabr 2026 - 19:12
Azərbaycan cüdoçusu Ömər Rəcəbli dünya üçüncüsü olub

Azərbaycan cüdoçusu Ömər Rəcəbli dünya üçüncüsü olub

07 Oktyabr 2026 - 18:56
Azərbaycanın C6-nın möhkəmlənməsinə fəal töhfə verməyə hazır olduğu bir daha təsdiqlənib – FOTO

Azərbaycanın C6-nın möhkəmlənməsinə fəal töhfə verməyə hazır olduğu bir daha təsdiqlənib – FOTO

07 Oktyabr 2026 - 18:47
BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

07 Oktyabr 2026 - 18:33
Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

07 Oktyabr 2026 - 18:25
Lavrov: Alyaskada Ukrayna üzrə danışıqlarla bağlı Rusiyanın vicdanı təmizdir

Lavrov: Alyaskada Ukrayna üzrə danışıqlarla bağlı Rusiyanın vicdanı təmizdir

07 Oktyabr 2026 - 18:16
Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb

Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb

07 Oktyabr 2026 - 17:59
Fransanı şərab böhranı gözləyir

Fransanı şərab böhranı gözləyir

07 Oktyabr 2026 - 17:46
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.