"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Ermənilər ümidlərini Ərdoğana bağlayıb – Bakıdakı diversantlar…

01 Aprel 2024 - 10:46
in SİYASƏT
#image_title

#image_title

FacebookVatsap

Politoloq: “Bu görüşün tarixi hadisəyə çevrilməsi Ermənistandan asılı olacaq”

Bunu da oxuyun

Milli Məclisdə İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunun açılış mərasimi keçirilib

Azərbaycan və Litva XİN rəhbərləri görüşdü – YENİLƏNDİ

Azərbaycan XİN rəhbəri: İran ətrafında vəziyyət sabitləşməyib

“Türkiyənin Ermənistan-Azərbaycan münasibətlərinə müsbət təsir göstərməsi üçün çox münasib məqamdır”. Bunu Ermənistan parlamentinin Müdafiə və təhlükəsizlik üzrə daimi komissiyasının sədri, hakim Mülki Müqavilə Partiyasından olan deputat Andranik Köçəryan deyib.

“Atılacaq addımlar təkcə bağlı sərhədlərin açılmasından ibarət olmamalıdır. Məsələn, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın xoş niyyəti olaraq Azərbaycanda olan əsirlərimiz Türkiyənin vasitəçiliyi ilə azad oluna bilər. Bu, həm də münasibətlərin normallaşması istiqamətində humanitar addımlardan biri sayılar”, – Köçəryan bildirib.

Hraparak

Andranik Köçəryan

Xatırladaq ki, bu ayın əvvəlində Antalyadakı Diplomatik Forumda Türkiyənin Ermənistanla münasibətlər üzrə xüsusi nümayəndəsi Sərdar Kılıç erməni həmkarı Ruben Rubinyana bu dəfə İrəvanda görüşməyi təklif edib və az sonra bu haqda razılıq əldə olunub. Kılıç “bu səfər tarixi hadisəyə çevriləcək” deyib.

Belə bir görüş gerçəkdən tarixi ola bilərmi? Həm də o anlamda ki, münasibətlərin normallaşmasını sürətləndirmək üçün Ankaranın həmin görüşədək daha bir neçə diversantın azad olunmasını Bakıdan xahiş etməsi mümkünmü?

Yada salaq ki, indiyədək onların bir qismi Ermənistana verilib. Lakin Avropa Parlamentinin tələbi ilə yox, Bakının xoş niyyəti əsasında. Davamı mümkünmü?

Deputat Sona Əliyeva: "Şagirdlər üçün xüsusi dərsliklər hazırlanır" -  AzEdu.az AZƏRBAYCAN TƏHSİL PORTALI

Sona Əliyeva

Sabiq deputat, siyasi təhlilçi Sona Əliyeva bu görüşün mümkün nəticələrinin Ermənistandan asılı olacağını qeyd etdi. Onun fikrincə, Türkiyənin Ermənistan üzrə xüsusi nümayəndəsi Serdar Kılıçla erməni həmkarı Ruben Rubinyan arasındakı görüş doğrudan da tarixi hadisəyə çevrilə bilər: “Ankara regionda əsas nizamlayıcı faktor olmaq şansını əldən buraxmaq istəmir. Ankara və Moskva arasındakı münasibətlər də buna imkan verir. Ola bilsin ki, Kılıçla Rubinyan arasındakı görüşdən sonra İrəvanla Bakı arasında imzalanacaq sülh sazişinin çərçivə sənədləri və ya yol xəritəsi ilə bağlı ilkin razılıq əldə olunsun. Cinayət törətmiş, suverenliyimizə təhdid yaratmış erməni əsirlərin indiki mərhələdə azad edilməsi isə inandırıcı görünmür. Ən azından, işğal altındakı kəndlərimiz Ermənistan ordusu tərəfindən boşaldılmalıdır. Bundan başqa, Türkiyə bir NATO ölkəsi olaraq bu danışıqlarda Qərbi təmsil edəcək. Əsas məqsəd Kremlin quyruğunu tapdamadan sülh prosesində irəliləyişlərə nail olmaqdır. Türkiyə və Ermənistan rəsmilərinin görüşündəki məsələlər çox güman ki, protokol xarakteri daşıyır və Bakı ilə öncədən razılaşdırılıb. İstənilən halda bu görüşün tarixi hadisəyə çevrilməsi Ermənistandan asılı olacaq. Üstəlik, 5 aprel görüşündən sonra İrəvanın hansı duruşu sərgiləyəcəyi bütün region ölkələri üçün maraqlıdır. İqtisadi dalana dirənən Ermənistan Türkiyə ilə münasibətləri düzəltmək üçün tələsir. Çünki bunu ondan tələb edən Qərbdir. Qərbdə yaxşı anlayırlar ki, Ankara ilə münasibətləri normallaşdırmadan əbədi sülhə və tərəqqiyə nail olmaq mümkün deyil”.

Əhəd Məmmədli:

Əhəd Məmmədlin

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədlinin bu mövzuda fikirləri bir qədər fərqlidir:“Bu görüş baş tutsa belə, düşünmürəm ki, tarixi olacaq, çünki görüşən tərəflərin siyasi statusları o deyil. Yəni xüsusi nümayəndələrin bir-biri ilə görüşü dövlət başçıları səviyyəsində deyil ki, onu bir tarixi görüş də adlandıraq. Lakin diplomatik münasibətləri olmayan Türkiyə və Ermənistanın hansısa səviyyədə yaxınlaşmasında bu cür görüşlər rol oynaya bilər. O ki qaldı diversantların azad edilməsi məsələsinə, Türkiyə bunu onsuz da Azərbaycanla razılaşdırılmış vəziyyətdə həll edir. Türkiyə tərəfi dəfələrlə müxtəlif səviyyələrdə bəyan edib ki, Ermənistanla münasibətlərin yaxşılaşdırılması Azərbaycanla münasibətlərdən keçir. Bununla Ankara İrəvana mesaj verir ki, əgər mənimlə barışmaq istəyirsənsə, ilk öncə Bakı ilə barış. Bu yöndə Türkiyənin siyasəti dəyişilməz olaraq qalır. Ona görə mən sakitəm, çünki Türkiyə, ələlxüsus da Ərdoğan Türkiyəsi Azərbaycanın razılığı olmadan Ermənistan tərəfə heç yarımaddım da belə atmaz. 1990-lar artıq geridə qalıb, indi 2020-lərdir və Türkiyə də əvvəlkindən daha güclüdür, qərarlarını da müstəqil verir. Ən əsas da Azərbaycanın arxasında dağ kimi durur”.

Niyaməddin Orduxanlı

Ədalət, Hüquq, Demokratiya Partiyasının sədr müavini, politoloq Niyaməddin Orduxanlı isə indiki vaxtda Türkiyənin Ermənistanla əlaqələr qurmasını erkən sayır:“Türkiyənin prezidenti, hörmətli Ərdoğan açıq şəkildə mövqeyini ortaya qoyub ki, Azərbaycan Türkiyə üçün qırmızı xətdir, keçilməz xətdir. Bunu bütün Qərb, Fransa, Amerika və bütün erməniləri müdafiə edən qüvvələr bilir. Türkiyə məhz 32 ildir Azərbaycanın torpaqlarının işğalı səbəbi ilə Ermənistanla sərhədlərini bağlı saxlayır. Torpaqlarımız işğaldan azad olunandan sonra da Ərdoğan bəyan etdi ki, ermənilər xəstə təfəkkürlərindən və ərazi iddialarından imtina edəcəyi təqdirdə, normal münasibətlər, siyasi, iqtisadi, ticari əlaqələr qurula bilər. Sərhədlər açıla bilər. Bu gün Türkiyə öz ardıcıl mövqeyində qalmalıdır. Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanmayana qədər heç bir əlaqə qurulmamalıdır. Bu, Azərbaycanın dövlət maraqlarıdır. Paşinyan hakimiyyəti bu haqda düşünməlidir. Yanlış davranışları ilə xüsusən Fransanın, Qərbin boş vədlərinə inanmamalıdırlar. Fikirləşməlidirlər ki, 30 il Rusiya pulsuz silahlandırdı, nəticədə nə baş verdi? 44 günlük müharibədə böyük itkilər verərək məğlub oldular. Revanşist düşüncələrdən əl çəkməlidirlər. Türkiyənin səmimi çağrışlarına qoşulub, Qafqazda sülhün təminatını əldə etməlidirlər. Bunun ən yaxşı yolu Türkiyənin vasitəçiliyindən istifadə etməkdir. Alternativ yol Ermənistanın böyük itkilərinə səbəb olacaq. Seçim özlərinindir”.

Previous Post

Ermənilər ümidlərini Ərdoğana bağlayıb – Bakıdakı diversantlar…

Next Post

ABŞ və İsrail arasında Rəfəhdə keçiriləcək virtual görüşün vaxtı məlum olub

Bənzər yazılar

Milli Məclisdə İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunun açılış mərasimi keçirilib

Milli Məclisdə İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunun açılış mərasimi keçirilib

25 Noyabr 2026 - 16:37

Milli Məclisdə “Azərbaycan-Özbəkistan əbədi dostluq və müttəfiqlik münasibətlərinin parlament ölçüsü: əməkdaşlıq istiqamətləri və gələcək perspektivlər” mövzusuna həsr olunmuş İkinci Azərbaycan-Özbəkistan...

Azərbaycan və Litva XİN rəhbərləri görüşdü – YENİLƏNDİ

Azərbaycan və Litva XİN rəhbərləri görüşdü – YENİLƏNDİ

25 Noyabr 2026 - 16:06

Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan litvalı həmkarı Kestutis Budris ilə görüşüb. Bu barədə Elchi.az-a...

Azərbaycan XİN rəhbəri: İran ətrafında vəziyyət sabitləşməyib

Azərbaycan XİN rəhbəri: İran ətrafında vəziyyət sabitləşməyib

25 Noyabr 2026 - 13:51

Azərbaycan və Litva XİN rəhbərləri daha geniş coğrafiyada olan prosesləri müzakirə edib. Elchi.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər...

Ceyhun Bayramov: Bu gün Azərbaycan-Litva münasibətləri üçün tarixi gündür

Ceyhun Bayramov: Bu gün Azərbaycan-Litva münasibətləri üçün tarixi gündür

25 Noyabr 2026 - 13:18

Bu gün iki ölkənin münasibətlərində növbəti tarixi gündür. Elchi.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Litvanın...

Next Post
ABŞ və İsrail arasında Rəfəhdə keçiriləcək virtual görüşün vaxtı məlum olub

ABŞ və İsrail arasında Rəfəhdə keçiriləcək virtual görüşün vaxtı məlum olub

ABŞ və İsrail arasında Rəfəhdə keçiriləcək virtual görüşün vaxtı məlum olub

ABŞ və İsrail arasında Rəfəhdə keçiriləcək virtual görüşün vaxtı məlum olub

Son xəbərlər

İsrail ordusu Qəzzada HƏMAS-ın daxili təhlükəsizlik aparatının yeni rəhbərini öldürüb

İsrail ordusu Qəzzada HƏMAS-ın daxili təhlükəsizlik aparatının yeni rəhbərini öldürüb

25 Noyabr 2026 - 20:05
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

25 Noyabr 2026 - 20:03
İran ordusu: Hörmüz boğazında neft tankeri dəniz minasına çırpılaraq alışıb

İran ordusu: Hörmüz boğazında neft tankeri dəniz minasına çırpılaraq alışıb

25 Noyabr 2026 - 20:00
Kəraçidə tikilməkdə olan binanın çökməsi nəticəsində üç nəfər ölüb

Kəraçidə tikilməkdə olan binanın çökməsi nəticəsində üç nəfər ölüb

25 Noyabr 2026 - 19:57
Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq

Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq

25 Noyabr 2026 - 19:29
Xalq artisti Elmira Şabanova vəfat edib

Xalq artisti Elmira Şabanova vəfat edib

25 Noyabr 2026 - 19:20
Mbappe Ronaldonu geridə qoydu

Mbappe Ronaldonu geridə qoydu

25 Noyabr 2026 - 19:13
Parisdəki kütləvi etirazlar turizm sektoruna 1,5 milyard avro ziyan vurub

Parisdəki kütləvi etirazlar turizm sektoruna 1,5 milyard avro ziyan vurub

25 Noyabr 2026 - 19:00
İdman yarışlarının maliyyələşdirilməsi ilə bağlı yeni qərar

İdman yarışlarının maliyyələşdirilməsi ilə bağlı yeni qərar

25 Noyabr 2026 - 18:55
Bakıda 28 istiqamətdə sıxlıq var

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 - 18:43
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb

Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb

25 Noyabr 2026 - 18:35
Böyük Britaniya dron təhlükəsinə görə döyüş təyyarələrini qorunan anqarlara yerləşdirir

Böyük Britaniya dron təhlükəsinə görə döyüş təyyarələrini qorunan anqarlara yerləşdirir

25 Noyabr 2026 - 18:28
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib

Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib

25 Noyabr 2026 - 18:19
Almaniyada erməni ailəsinin beş üzvünün meyiti aşkarlanıb

Almaniyada erməni ailəsinin beş üzvünün meyiti aşkarlanıb

25 Noyabr 2026 - 18:11
“Air Arabia”nın təyyarəsi sərnişinin ölümü səbəbindən təcili eniş edib

“Air Arabia”nın təyyarəsi sərnişinin ölümü səbəbindən təcili eniş edib

25 Noyabr 2026 - 17:59
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.