Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 20-si gecə saatlarında Basarkeçər rayonunun Günəşli və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf, Kəlbəcər rayonunun Zəylik və Mollabayramlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan fasilələrlə atəşə tutub.
Elchi.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bundan əlavə Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində bölmələrimizə təminat daşıyan 1 ədəd “Kamaz” markalı avtomobil də Ermənistan hərbi bölmələri tərəfindən atəşə məruz qalıb.
Texnikaya zərər dəysə də şəxsi heyət arasında xəsarət alan olmayıb.
Pezeşkianın BMT-də çıxışı zamanı Azərbaycan nümayəndə heyətinin zalda olmamasına dair məlumalar həqiqəti əks etdirmir
Sosial şəbəkələrdə İran Prezidenti Məsud Pezeşkianın BMT Baş Assambleyasındakı çıxışı zamanı bir sıra ölkələrin nümayəndələrinin, o cümlədən Azərbaycan nümayəndə heyətinin...





















Son şərhlər