Rusiya Prezidenti Vladimir Putinin səfəri ərəfəsində erməni qərbpərəstlər, daha doğrusu Nikol Paşinyanın əlaltıları arasında sözlə ifadə olunmayan isteriya yaranıb. Hər yerdə və bacardıqca tez-tez Putini etiraz aksiyaları ilə qarşılamağa, rus mədəniyyətinə aid heykəlləri dağıtmağa dair fikirlər səsləndirirlər. “KTMT düşməndir” başlığı ilə materiallar yayırlar.
Elchi.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
“Aksiyaya çağırış edənlər noyabrın 23-də Azadlıq meydanına toplaşacaqlarını qeyd edirlər. Paşinyan tərəfdarları KTMT üzvlərini, xüsusilə də Putini İrəvanda etirazlarla qarşılamağı erməni xalıq üçün ləyaqət məsələsi hesab edirlər”, – məlumatda deyilir.
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
İran, İsrailin hücumu halında Dimonadakı nüvə tədqiqat mərkəzini vura bilər. Elchi.az xəbər verir ki, bu barədə İranın dövlət telekanalı "Press...