"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MÖVQE

Ermənilər bu dəvəti qəbul etmirlərsə…

02 Avqust 2023 - 23:42
in MÖVQE
FacebookVatsap

“Avronyus” (Euronews) Azərbaycan Prezidenti İlham Əliyevin Şuşada bu televiziya kanalına verdiyi müsahibəni yayımlayıb. “Avronyus”un nüfuzu, tamaşaçı, dinləyici və oxucu auditoriyası hər kəsə bəllidir. Sözügedən müsahibədə verilən suallar da, o suallara verilən sərrast cavablar da əhatəli, təsirli olub, konkret mövzular üzrə geniş mənzərə yaratmaq gücündədir.

Bunu da oxuyun

Avropada yeni təhlükəsizlik qalxanı: ABŞ-ın əvəzinə Fransa nüvə çətiri

Trampın İsrail xalqına seçki çağırışı: Netanyahuya səs verin

ABŞ, Ukrayna və Rusiya arasında danışıqlar üçün yeni məkan müəyyən edilib

Ona görə də heç təsadüfi deyil ki, Azərbaycan Prezidentinin müsahibəsi təhlil olunmaqda və tirajlanmaqdadır.

Bir çox güncəl məsələlərlə yanaşı, yaxın keçmişə və gələcəyə yönəlik suallara Prezidentin cavabları dünya nizamı, beynəlxalq hüquq, regional əməkdaşlıq, davamlı sülh və s. baxımından özəlliklə diqqətçəkicidir. İlham Əliyev Müzəffər Ali Baş Komandandır və müsahibə Zəfərin rəmzi olan əziz Şuşada verilib; bununla belə, qalib ölkənin Prezidenti məhz sülh, quruculuq, birgəyaşayış vurğusu ilə əsl qaliblərin yüksək ləyaqətini bir daha nümayiş etdirmiş oldu. Biz saxta “qalib”lərin uzun işğal illəri boyunca sərgilədiyi bədnam ədanı çox görmüşdük. Zatən işğalçı ləyaqətli ola bilməz. Qurtarıcı, qurucu, öz ərazi bütövlüyünü, suveren hüquqlarını bərpa etmiş liderin qüruru ədalətlə bir arada təcalla edir.

Azərbaycan Prezidentinin müsahibəsi işğalçı Ermənistanın Şəri, bizim Zəfər qazanmış ölkəmizin Xeyri, ədaləti təcəssüm etdirdiyini faktoloji olaraq nümayiş etdirir. Özünüz təsəvvür edin: 30 illik işğalın acı nəticələri, soyqırım aktları üzərindən sülh quruculuğu təklifi ilə çıxış etmək özü ərdəmliliyi, gələcəyə baxışı ifadə edir. Beynəlxalq aləm bu qüdsiyyətin, ləyaqətin və ərdəmin fərqində olmalıdlr. Dünya erməniliyinin, erməniyanlıların ədalətsiz çağırışları, revanşizm, ikilistandartlar, işğalçı ilə işğala məruz qalanı eyni tutmaq ədalətə, multikulturalizmə, birgəyaşayışa, dünya nizamına əsla xidmət edə bilməz!

“Azərbaycan 30 illik işğaldan əziyyət çəkmiş və ədaləti güc hesabına bərpa etmiş ölkə olaraq yeni sülh prosesinin müəllifi oldu. Bir milyon azərbaycanlı 30 il ərzində evindən məhrum olmuşdur, buna baxmayaraq biz qisası döyüş meydanında aldıq”.

Prezident önəmli görüşlərə, sülh üçün vasitəçilər mövzusuna da toxunub:

“Brüssel görüşləri Avropa İttifaqı Şurasının Prezidenti tərəfindən təşkil olunur. Həmin görüşlər çox həssas məsələlərə toxunmaq imkanını verir”.

Əlbəttə, sülhün prinsipial şərtləri var. Biz məhz ədalətli, qalıcı sülhdən danışırıq, “ötəri sülh”dən danışmırıq və belə variantları qətiyyən qəbul etmirik. Ədalətsiz “sülh”ə işğal illərində razı olmayan dövlət, Zəfərdən sonra, əlbəttə, ədaləti diktə edən tərəfdir və Ozan Arif demiş, “başqa yolu yox artıq”!

“Əgər biz Ermənistan tərəfindən konstruktiv yanaşma görsək və əgər onlar ərazi bütövlüyümüzü mübahisələndirən bütün iddialarını kənara qoysalar, onda tezliklə sülh variantını tapa bilərik”.

Son dönəmdə Qarabağın erməni əhalisinin aid olduqları ölkəyə – ədalətli Azərbaycan Respublikasına inteqrasiyası mövzusu da güncəldir. Müsahibədə bu güncəl mövzu da diqqətdən qıraqda qalmayıb. Prezident jurnalistin sualına cavabında dövlətimizin, xalqımızın ədalətli və ləyaqətli mövqeyini bir daha parlaq şəkildə şərh edib:

“Faktiki olaraq erməni əhalinin yaşadığı bir neçə kənddən keçən yeni Laçın yolunu tikməyə başlayanda xalqlar arasında təmaslar oldu. Yolun inşası ilə məşğul olan işçilərlə erməni icması arasında təmaslar qurulub və onlar demək olar dərhal dostlaşıblar. Əgər tikintinin birinci ayında rusiyalı sülhməramlılar hər iki tərəfin təhlükəsizliyini təmin edirdilərsə, sonradan onlar, sadəcə olaraq, çıxıb getdilər. Bu, onu göstərir ki, sadə insanların əksəriyyətinin ürəyində bu nifrət yoxdur”.

Bəli, biz Qarabağın erməni əhalisinə normal, ləyaqətli yaşam təklif edirik. Biz onları təhlükəsizlik təminatı, təhsil, mədəniyyət, din, bələdiyyə və s., bir sözlə hüquqlarının təmin edilməsi yolu ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq normal yaşama dəvət edirik. Bu dəvəti qəbul etməmək nə anlama gələr? – bunu ermənilər özləri düşünməlidir.

Dövlətimiz var olsun!

Qənirə Paşayeva

Previous Post

Ermənilər bu dəvəti qəbul etmirlərsə…

Next Post

Qurban Qurbanov: “Böyük riskə getdik, alınmadı”

Bənzər yazılar

Avropada yeni təhlükəsizlik qalxanı: ABŞ-ın əvəzinə Fransa nüvə çətiri

Avropada yeni təhlükəsizlik qalxanı: ABŞ-ın əvəzinə Fransa nüvə çətiri

27 Oktyabr 2026 - 11:17

Fransa Prezidenti Emmanuel Makron tərəfindən təqdim edilən "qabaqlayıcı çəkindirmə" (forward deterrence) planı, Avropada ABŞ-dan asılılığı azaldan yeni bir nüvə təhlükəsizliyi...

Trampın İsrail xalqına seçki çağırışı: Netanyahuya səs verin

Trampın İsrail xalqına seçki çağırışı: Netanyahuya səs verin

26 Oktyabr 2026 - 10:27

ABŞ Prezidenti Donald Tramp, İsraildə 27 oktyabrda keçirilməsi planlaşdırılan seçkilər ərəfəsində İsrailin Baş naziri Binyamin Netanyahuya dəstəyini bir daha ifadə...

ABŞ, Ukrayna və Rusiya arasında danışıqlar üçün yeni məkan müəyyən edilib

ABŞ, Ukrayna və Rusiya arasında danışıqlar üçün yeni məkan müəyyən edilib

24 Oktyabr 2026 - 14:07

ABŞ, Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqların növbəti raundu yaxın bir neçə həftə ərzində Əbu-Dabi və ya İsveçrədə keçirilə...

Ukrayna: “Starlink” və “Starshield” rabitə sistemlərinin sürəti saatda 400 kilometri ötüb

Ukrayna: “Starlink” və “Starshield” rabitə sistemlərinin sürəti saatda 400 kilometri ötüb

24 Oktyabr 2026 - 12:11

Ukrayna Müdafiə Nazirliyi “Starlink” və “Starshield” peyk rabitə sistemlərinin saatda 400 kilometrdən artıq sürətlə hərəkət zamanı da sabit işlədiyini açıqlayıb....

Next Post
Qurban Qurbanov: “Böyük riskə getdik, alınmadı”

Qurban Qurbanov: “Böyük riskə getdik, alınmadı”

Qurban Qurbanov: “Böyük riskə getdik, alınmadı”

Qurban Qurbanov: “Böyük riskə getdik, alınmadı”

Son xəbərlər

Təhsil işçiləri metro və avtobuslardan 1 qəpiyə istifadə edəcəklər

Təhsil işçiləri metro və avtobuslardan 1 qəpiyə istifadə edəcəklər

02 Noyabr 2026 - 15:53
Tramp Vyetnamdakı qələbəsinə əmindir

Tramp Vyetnamdakı qələbəsinə əmindir

02 Noyabr 2026 - 15:44
“Sabah”ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?

“Sabah”ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?

02 Noyabr 2026 - 15:30
Keçən il 3 manat idi – Qiyməti kəskin düşdü

Keçən il 3 manat idi – Qiyməti kəskin düşdü

02 Noyabr 2026 - 15:16
Yeni Konstitusiya layihəsi bu ay dərc olunacaq – Paşinyan

Yeni Konstitusiya layihəsi bu ay dərc olunacaq – Paşinyan

02 Noyabr 2026 - 15:08
Bolqarıstanda yeni prezident seçildi

Bolqarıstanda yeni prezident seçildi

02 Noyabr 2026 - 15:00
25 gün meteor yağışı olacaq

25 gün meteor yağışı olacaq

02 Noyabr 2026 - 14:52
Qarabağda bir ayda 799 mina, 3 mindən çox sursat tapıldı

Qarabağda bir ayda 799 mina, 3 mindən çox sursat tapıldı

02 Noyabr 2026 - 14:43
Cinayət törətməkdə şübhəli bilinən 63 nəfər saxlanılıb

Cinayət törətməkdə şübhəli bilinən 63 nəfər saxlanılıb

02 Noyabr 2026 - 14:30
178 min mənzilə istilik veriləcək

178 min mənzilə istilik veriləcək

02 Noyabr 2026 - 14:14
Qaytarıla bilməyən kreditlər bağlanacaq

Qaytarıla bilməyən kreditlər bağlanacaq

02 Noyabr 2026 - 14:07
Kreml ABŞ seçkilərinə münasibət bildirib

Kreml ABŞ seçkilərinə münasibət bildirib

02 Noyabr 2026 - 14:00
Azərbaycan mətbuatından oğurlanan pullar

Azərbaycan mətbuatından oğurlanan pullar

02 Noyabr 2026 - 13:51
Noyabrda 11 gün iş olmayacaq

Noyabrda 11 gün iş olmayacaq

02 Noyabr 2026 - 13:42
Azərbaycanda 313 sürücü və daşıyıcı imtahan verəcək

Azərbaycanda 313 sürücü və daşıyıcı imtahan verəcək

02 Noyabr 2026 - 13:30
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.