"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Erməni-rus siçan-pişik oyunu…

12 Sentyabr 2023 - 18:42
in XƏBƏR LENTİ
FacebookVatsap

Ermənistanın Moskvadakı səfiri Vaqarşak Arutyunyan 3-4 gün əvvəl Rusiya XİN-ə çağırıldı və ona İrəvanın “bir sıra qeyr-dost addımları” ilə bağlı etiraz notası təqdim edildi. Moskvanı Ermənistanın Putinin həbsinə order verən Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsinin üzvlüyünə yol açan Roma Statutunun ratifikasiya prosesini başlatması, Baş nazir Nikol Paşinyanın xanımı Hanna Hakopyanın Kiyevə səfəri, prezident Zelenski ilə şəkil çəkdirməsi və “nasist rejimi”nə humanitar yardım aparması, ermənilərin ABŞ hərbçilərinin iştirakı ilə 11-20 sentyabrda hərbi təlimlər keçirmək planı, Ermənistan parlamentinin spikeri Alen Simonyanın RF XİN-in alkaş sözçüsü Mariya Zaxarovanı “hansısa katibə” adlandırması, ruspərəst bloger Badalyan və “Sputnik Ermənistan” radiosunun müxbiri Gevorkyanın İrəvanda saxlanması özündən çıxarıbmış. Moskva İrəvandan narazıdır, amma onu müttəfiqi saymaqda davam edir. RF XİN-in notasında belə deyilir.
Daha əvvəl Paşinyan Ermənistanda KTMT-nin hərbi təlimlərinin keçirilməsini “məqsədəuyğun” saymamışdı, La Repubblica qəzetinə müsahibəsində isə Ermənistanın təhlükəsizlik sferasında Rusiyadan tam asılılığını “strateji səhv” adlandırmışdı.
İndi ABŞ-da, Avropada, postsovet məkanında və həmçinin Azərbaycanda hamı arxasını Kremlə çevirən Paşinyanın Qərbə doğru tarixi sıçrayışından danışır. Azərbaycanda belə hesab edənlər də var ki, bu sıçrayışla Ermənistan avtokratik zonadan güclü və demokratik Qərbin qucağına düşəcək, Avropaya gedəcək, biz isə qalacağıq buralarda Rusiya ilə baş-başa və sonrasa Qərbin güclü dəstəyini alan revanşist haylarla qarşı-qarşıya…
Kremldə Putin başda olmaqla çoxları Paşinyanı və adamlarını sevmirlər. 2018-ci ildən bəri Rusiya-Ermənistan münasibətləri bu fonda inkişaf edir. Bu, yalnız fondur, vaxtaşırı rəngi tündləşir, amma həlledici deyil. Düzdür, Vladimir Solovyovdan tutmuş Marqarita Simonyana kimi bütün Kreml propaqandası Paşinyanı “düşmən”, “satqın”, “debil” elan edir, onu cəzalandırmağa çağırır, hətta “Gürcüstanı və Ermənistanı tapdalayıb İrana quru yolu açmaq”dan da danışırlar.
Amma Ermənistanda Qərbə doğru yürüşün yalnız görüntüsü var. Məsələ İrəvanın Moskvadan küsməsində, inciməsindədir ki, “strateji səhv” edib Ermənistanın təhlükəsizliyinə qarantiya durmur. Rusiya XİN-in iradları sadəcə bəhanələrdir, münasibətlərdə böhran yaradacaq ciddi səbəblər deyil. Məsələn, “EAGLE PARTNER 2023” Amerika-Ermənistan birgə hərbi təlimlərinin sentyabrda keçiriləcəyi əvvəldən bilinirdi. Bu, azsaylı kontingentlə sülhməramlı məşqdir, ABŞ-ın Ermənistanda tikdiyi bazada ilk dəfə deyil keçirilir və faktiki hərbi anlamı yoxdur. Və yaxud Hanna Hakopyanın Kiyevə səfəri rusları bir xeyli qıcıqlandırsa da, bu, humanitar ziyarət idi, hərçənd ki, bunu Moskvanı şıltaqcasına qısqandırmaq gedişi də saymaq olar. Roma Statutunun ratifikasiya prosesi davam edə bilər, amma Paşinyanın onu bitirməyəcəyi şübhəsizdir.
Əlbəttə, İrəvanın gediş və manevrlərində Ermənistanın Qərbə üz tutduğunu göstərən anti-Rusiya simptomları var. Amma bunlar daha çox simvolikdir, hər hansı siyasi anlamı yoxdur. Tərəflər bir-birilərinə qarşı gurultulu bəyanatlar verirlər, amma ruslarla ermənilərin bir-birilərindən uzaqlaşacaqlarından danışmaq hələ tezdir. Hər halda hələlik Ermənistan Qərbə getmir, bu istiqamətdə institusional irəliləyiş üçün hazırda heç bir zəmin və şərtlər yoxdur. Situasiya ərindən küsən gəlinin inciməsisayağıdır: Sən məni niyə 2020-ci ilin payızında tək qoydun, arxamda durmadın və s. və i.a. İncimək var, boşanmaq yox…
Bütünlükdə Kreml yalnız Ermənistanda deyil, bütün postsovet məkanında baş verənləri qısqanır və nəzarət edə bilmədikdə hikkələnir. Əslində, Moskva ilə İrəvan arasında siyasi baxımdan kritik çəkişmə yoxdir. Ermənistan KTMT-də qalır, Avrasiya İqtisadi İttifaqının üzvüdür, ikitərəfli formatda hərbi-siyasi əlaqələri davam edir, Rusiyanın Gümrüdəki hərbi bazası öz işindədir, Ermənistanın İran və Türkiyə ilə sərhədləri FSB-nin nəzarəti altındadır, iqtisadiyyatı Rusiyadan asılıdır və Ermənistan RF-yə qarşı sanksiya rejimindən yaxşıca qazanır. İrəvan Moskvaya qarşı bəyanatlar verə bilər, amma real addımlar atmaz…
Həmişə olduğu kimi regionda müxtəlif ölkələrin prioritetlərinə uyğun oyunlar davam edir, hər ölkə öz maraqlarına uyğun böyük oyun sxemi qurmağa çalışır. Bakı üçün başlıcası Qarabağa tam nəzarət və Zəngəzur dəhlizi, İrəvan üçün təhlükəsizlik məsələsidir. İkinci Qarabağ savaşından sonra ekzistensial böhrana girən Ermənistan ordan çıxış üçün vurnuxur, amma hələlik üfüqdə heç nə görə bilmir. Qərbə boylanmaq olar, amma rus qandalı ilə o tərəfə sürünə də bilməzsən…
Moskva üçün əsas məsələ regionda iştirakını saxlamaqdır ki, Cənubi Qafqazın kommunikasilarına, məsələn, Zəngəzur dəhlizinə nəzarət edə bilsin. Azərbaycan bu məsələdə Rusiyanın işini çətinə salıb. Bakı Laçın dəhlizində sərhəd-keçid məntəqəsini (SKM) qurub, ermənilərə də Zəngəzur dəhlizində belə addım atmağa fürsət açıb. Bundan sonra Rusiya oyundankənar qalır. Bununla bağlıdır ki, kommunikasiyalar üzrə danışıqlar dalana girib və çıxa bilmir. Yaranmış vəziyyət Bakıya sərf etdiyi üçün o, passiv oyunçu kimi prosesi müşahidə edir ki, Rusiya yaranmış situasiyada hansı addımları atacaq.
Rusiya ”sülhməramlı” kontingenti (RSK) Qarabağda, separatçılar da nəzarəti altındadır. Yəni, Moskvanın dərdi hazırda Qarabağla bağlı deyil. Rusiyanın İrəvanı anti-Moskva davranışlarda, Qərbə yaxınlaşmaqda ittiham etməsi dekorasiyadır ki, arxasında siçan-pişik oyunu oynanılır, bir-birini sancır və cırmaqlaşırlar. Hazırda gedən oyunda əsas süjet və ya başlıca ixtilaf Moskva ilə İrəvanın kommunikasiyalarla bağlı anlaşa və ya Putinin Paşinyandan istədiyini ala bilməməsidir…
Paşinyan və komandasının Moskvanın Qarabağı Azərbaycana “verməkdə” suçlaması və Lavrovun buna cavab olaraq G20 sammitində sonra keçirilən mətbuat konfransında Paşinyanı Praqa sammitində “o vaxtkı Dağlıq Qarabağ vilayətinin Azərbaycanın tərkib hissəsi olduğu əks olunan sənədi imzalamaqda” suçlaması, Putinin isə çərşənbə axşamı Vladivostokda keçirilən Şərq İqtisadi Forumunun plenar iclasındakı açıqlaması da bu cırmaqlaşma seriyasındandır. “Ermənistan rəhbərliyi mahiyyətcə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıyıb… Praqa bəyanatında bu, sadəcə, kağız üzərində əksini tapıb. İndi prezident Əliyev mənə deyir: “Axı siz bilirsiniz ki, Ermənistan Qarabağın bizim olduğunu tanıyıb, Qarabağın statusu məsələsi artıq gündəmdə yoxdur, o həll olunub”. Ermənistan rəhbərliyi açıq şəkildə bildirib ki, Azərbaycan SSR-in 1991-ci ilə qədərki ərazisini tanıyır və Qarabağın özünün də daxil olduğu rəqəmi açıqlayıb. Bu, bizim qərarımız deyil, Ermənistan rəhbərliyinin qərarıdır .Azərbaycanda deyirlər ki, əgər Rusiya kömək etmək istəyirsə, Qarabağla bağlı bütün məsələlər Bakı ilə ikitərəfli əsasda həll olunmalıdır…” – RF prezidenti deyib…
Havadan bəzi burunlara “barıt qoxusu” gəlsə də, müharibə olmayacaq, heç eskalasiya da gözlənilmir. Bu, kimsənin marağında deyil, eləcə birləşib Paşinyanı devirmək istəyən də yoxdur. Bir həftə və ya bir aydan sonra Putin və Paşinyan Kremldə qol-boyun şəkil də çəkdirə bilərlər…

Bunu da oxuyun

AEBA: PUA Kursk AES-in soyutma qülləsini vurub

Agentlik direktoru: Bəzi hallarda nəticələri yüksək olan müəllimlər çox az dərs saatı ilə təmin olunurlar

Yardımlıda açıq ərazidə yanğın baş verib

Qəzənfər Həmidoğlu

Previous Post

Erməni-rus siçan-pişik oyunu…

Next Post

Afinada atışmada 6 türk öldürüldü

Bənzər yazılar

AEBA: PUA Kursk AES-in soyutma qülləsini vurub

AEBA: PUA Kursk AES-in soyutma qülləsini vurub

18 Sentyabr 2026 - 23:30

Rusiyadakı Kursk atom elektrik stansiyasının (AES) fəaliyyətdə olan enerji blokunun soyutma qülləsinə sebtyabrın 17-si səhər saatlarında PUA zərbəsi endirilib. Bu...

Agentlik direktoru: Bəzi hallarda nəticələri yüksək olan müəllimlər çox az dərs saatı ilə təmin olunurlar

Agentlik direktoru: Bəzi hallarda nəticələri yüksək olan müəllimlər çox az dərs saatı ilə təmin olunurlar

18 Sentyabr 2026 - 23:28

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov tam ştatlı müəllimlərin seçim prosesi məsələsinə aydınlıq gətirib. Elchi.az...

Yardımlıda açıq ərazidə yanğın baş verib

Yardımlıda açıq ərazidə yanğın baş verib

18 Sentyabr 2026 - 23:25

Yardımlı rayonu, Eçara kəndində açıq ərazidə yanğın baş verib. Bu barədə Elchi.az - a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib....

Yaşar Gülər: Şəhid və qazilərimizin göstərdiyi misilsiz səylər Türkiyə və Azərbaycanın ən möhkəm təminatıdır

Yaşar Gülər: Şəhid və qazilərimizin göstərdiyi misilsiz səylər Türkiyə və Azərbaycanın ən möhkəm təminatıdır

18 Sentyabr 2026 - 23:22

Ölkəmizin və can Azərbaycanımızın müstəqilliyi, millətimizin birliyi və dövlətlərimizin gələcəyi naminə şəhid və qazilərimizin göstərdiyi misilsiz səylər bu gün birlikdə...

Next Post
Afinada atışmada 6 türk öldürüldü

Afinada atışmada 6 türk öldürüldü

AKP-nin İdarə Heyəti toplandı

AKP-nin İdarə Heyəti toplandı

Son xəbərlər

Tarixi zəfərimizin rəmzi – Suverenlik Günu

Tarixi zəfərimizin rəmzi – Suverenlik Günu

20 Sentyabr 2026 - 13:00
Lamin Yamal İspaniya La Liqasında 50 məhsuldar ötürmə ilə rekorda imza atıb

Lamin Yamal İspaniya La Liqasında 50 məhsuldar ötürmə ilə rekorda imza atıb

20 Sentyabr 2026 - 12:55
Macarıstanın “Pakş” AES-in gücü nasazlıq səbəbindən azaldılıb

Macarıstanın “Pakş” AES-in gücü nasazlıq səbəbindən azaldılıb

20 Sentyabr 2026 - 12:54
Braziliyalı hücumçu Rafinya “Barselona”nın tarixinə düşüb

Braziliyalı hücumçu Rafinya “Barselona”nın tarixinə düşüb

20 Sentyabr 2026 - 12:51
Pakistan XİN Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib

Pakistan XİN Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib

20 Sentyabr 2026 - 12:49
Çin şirkəti “Kinetica-1” daşıyıcı raketinin 16-cı buraxılışını başa çatdırıb

Çin şirkəti “Kinetica-1” daşıyıcı raketinin 16-cı buraxılışını başa çatdırıb

20 Sentyabr 2026 - 12:43
Bakıda yağış yağacaq, bəzi rayonlara dolu düşəcək

Bakıda yağış yağacaq, bəzi rayonlara dolu düşəcək

20 Sentyabr 2026 - 12:41
Azərbaycan XİN: Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb

Azərbaycan XİN: Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb

20 Sentyabr 2026 - 10:38
Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 18 nəfər xəsarət alıb

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 18 nəfər xəsarət alıb

20 Sentyabr 2026 - 10:37
“Yuventus”un qapıçısı Kamil Qrabara diz zədəsi ilə üzləşib

“Yuventus”un qapıçısı Kamil Qrabara diz zədəsi ilə üzləşib

20 Sentyabr 2026 - 10:35
“Haber Global”: Antiterror əməliyyatı ilə Azərbaycan Ordusu daha bir parlaq zəfərə imza atıb

“Haber Global”: Antiterror əməliyyatı ilə Azərbaycan Ordusu daha bir parlaq zəfərə imza atıb

20 Sentyabr 2026 - 10:33
Prezidentin sosial media hesablarında 20 Sentyabr – Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Prezidentin sosial media hesablarında 20 Sentyabr – Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19 Sentyabr 2026 - 18:11
Hava ilə bağlı xəbərdarlıq: Şimşək çaxacaq, dolu düşəcək

Göygölə dolu düşüb – FAKTİKİ HAVA

19 Sentyabr 2026 - 17:30
FHN DYMX növbəti “açıq qapı günü” tədbiri keçirib – VİDEO

Bakıda yaşayış binasında yanğın olub

19 Sentyabr 2026 - 16:53
Danimarka Trampın Qrenlandiya ilə bağlı elan etdiyi razılaşmanı alqışlayıb

Danimarka Trampın Qrenlandiya ilə bağlı elan etdiyi razılaşmanı alqışlayıb

19 Sentyabr 2026 - 16:25
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.