Bakıda keçiriləcək ilk Avropa Oyunlarına 25 erməni idmançı qatılacaq. Bunu Ermənistan Milli Olimpia Komitəsinin baş katibi Qraçya Rostomyan bildirib. Onun sözlərinə görə, erməni idmançıların ilk qrupu Bakıya iyunun 10-da yola düşəcək:
`Azərbaycana yola düşəcək nümayəndə heyətinə mən başçılıq edəcəm. Maliyyə problemlərini Erməni MOK-un prezidenti Qaqik Tsarukyan öz üzərinə götürüb`.
Qeyd edək ki, erməni idmançılar taekvando, atıcılıq, sambo, cüdo, boks və yunan-roma güləşində özlərini sınayacaqlar.