"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home GÜNDƏM

Erməni generalın 4 il əsir saxladığı azərbaycanlı gənc kimdir?

09 Noyabr 2014 - 15:31
in GÜNDƏM
FacebookVatsap

Xankəndində kəlbəcərli girovlar üçün qondarma məhkəmə prosesi quran Ermənistan rəhbərliyi 71137_res_01Azərbaycanın işğal olunmuş ərazisindəki separatçı hərbi birləşmələrlə birgə genişmiqyaslı təlimlərə başlayıb. Dağlıq Qarabağdakı qondarma rejimə məxsus atsakhpress.am saytı təlimlərə çoxlu hərbi texnikanın, Ermənistan ordusunun da geniş heyətinin qatıldığını xəbər verib. 

Bunu da oxuyun

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib – FOTO

Ankara-İrəvan yaxınlaşması nə vəd edir? – “Stratfor”

Bişkekdə 28 May – Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil olunub

Təlimlərin məhz harada keçirildiyi haqda bilgi verilməsə də 10 gün çəkəcəyi bəyan olunub. Belə bir ərəfədə Ermənistan ordusu sıralarında Azərbaycana qarşı döyüşmüş generalın sensasion açıqlamaları düşmən ölkənin heç bir beynəlxalq qanunu tanımadığını çılpaqlığı ilə bir daha ortaya qoydu.

Qanunsuzluq və cinayətkarlıq o həddə çatıb ki, hətta erməni hüquq müdafiəçiləri belə azərbaycanlı yeniyetməni öz evində (!) əsir saxlamış generalı lənətləyib. Söhbət Xocalı soyqırımının təşkilatçısı və iştirakçılarından biri olan general Manvel Qriqoryandan gedir.

Həyasızlığı o həddə çatıb ki, Qarabağ müharibəsində əsir götürdükləri yüzlərlə azərbaycanlıdan birini 4 il evində qul kimi saxladığını açıqlayan erməni general, “Yerkrapa” yarımhərbi təşkilatının rəhbəri M.Qriqoryan hüquq müdafiəçilərinin ona ünvanlanan tənqidlərinə cavab verib.

Virtualaz.org saytı xəbər verir ki, general panorama.am saytına açıqlamasında azərbaycanlı əsiri evində saxlamasında “hər hansı problemin olmadığını” deyib. General M.Qriqoryanın evində azərbaycanlı əsir saxladığını açıqlaması Ermənistanda geniş diskussiyalara səbəb olmuşdu. Bəzi erməni hüquq müdafiəçiləri generalın hərəkətinin beynəlxalq konvensiyaların pozulması olduğunu deyərək onun məsuliyyətə cəlb olunmasını tələb etmişdi.

Qeyd edək ki, M.Qriqoryan “Azadlıq” radiosunun erməni xidmətinə müsahibəsində demişdi ki, Qarabağ müharibəsindən yüzlərlə azərbaycanlı əsirlə qayıdıb, onlardan birini, 15 yaşlı yeniyetməni iki il Qarabağda, iki il Ermənistanda evində saxlayıb. Qriqoryan əsirə “Simon” adını verib və deyib ki, sonradan onu Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə azad edib.

“Kimdir bu bəzi ”hüquq müdafiəçiləri”? Onlar müharibə görüblər? Bilirlər ki, əsir nədir? Yaxud onu ancaq kinoda görüblər? Bu adamlara məlumdurmu ki, azərbaycanlılar əsirlərlə necə davranıblar? Əgər bilmirlərsə, qoy gəlsinlər, maraqlansınlar, onlara nəsə danışaram. Bundan sonra onlar mənə təşəkkür edəcəklər ki, Simonu evimdə saxlamışam və Azərbaycana sağ-salamat göndərmişəm” – deyə Manvel Qriqoryan bildirib.

Erməni general deyib ki, müharibəyə yollananda onun və digərlərinin Cenevrə Konvensiyasını oxumağa vaxtları yox idi: “Nə Cenevrə Konvensiyası? Mən erməniyəm, xristianam, döyüş meydanında mənim üçün Cenevrə Konvensiyası vicdanım və etiqadım olub. Mən həmişə bunları rəhbər tutmuşam”.

Manvel Qriqoryanın evində saxladığı və o vaxt yeniyetmə olan “Simon”un kimliyi məlum deyil. Azərbaycan tərəfi hələlik erməni generalın bu hərbi cinayət etirafına rəsmən münasibət bildirməyib.

M.Qriqoryan Xocalıda soyqırımı həyata keçirənlərdən biridir və onun dəstəsi azərbaycanlı mülki şəxslərə qarşı xüsusi qəddarlığı ilə seçilib.

Özü də bu sensasion etiraf Xankəndində iki azərbaycanlıya qanunsuz olaraq “məhkəmə” qurulduğu günlərdə açıqlanıb. Əslində bununla erməni general özünü də, təmsil etdiyi cinayətkar dövləti də pis vəziyyətə salıb. Azərbaycan bu faktdan yararlanıb məsələnin araşdırılması üçün bütün imkanlarını səfərbər edə bilər.

Düzdür, erməni general vaxt və ya konkret şəxslə bağlı detallı danışmayıb. Ancaq hər halda, Qırmızı Xaça təhvil verilən girovdan söhbət gedir. Deməli, komitəyə rəsmi sorğu göndərib adıçəkilən generaldan təhvil alınan yeniyetmə haqqında bilgilər istəmək olar.

Ekspertlər hesab edir ki, faktlar, dəlil-sübutlar toplandıqdan sonra Azərbaycan general Qriqoryanla bağlı qiyabi məhkəmə prosesinə başlaya bilər. Özü də bu prosesin Xankəndindəki girovlarımızla bağlı keçirildiyi günlərdə başlaması əlavə təsir rıçaqları qazandırmış olar. Əsir saxlanmış həmin vətəndaşımızı da zərərçəkən qismində prosesə cəlb etmək, beynəlxalq təşkilatların, diplomatik korpusun iştirakı ilə məhkəmədə ermənilərin iç üzünü açan faktların açıqlanmasına nail olmaq, məsələni Haaqa Tribunalına qədər aparmaq olar.

Qeyd edək ki, Azərbaycanda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası fəaliyyət göstərir. Bu qurumun xətti ilə də xeyli bilgilər əldə etmək mümkündür. Təəssüf ki, qurumdan məsələyə münasibət öyrənmək mümkün olmadı.

Xatırladaq ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi Qrupu tərəfindən 2012-ci il ərzində keçirilmiş axtarış-araşdırma tədbirləri nəticəsində komissiyada itkin düşmüş şəxs kimi qeydiyyata alınmış şəxslərdən 38 nəfərin taleyinə aydınlıq gətirilib, onların adları itkinlərin siyahısından çıxarılıb. Həmin şəxslərdən 5 nəfərinin döyüşlərdən və mühasirələrdən sağ çıxdığı, 5 nəfərin döyüşlərdə həlak olduğu, meyitlərinin tanınaraq dəfn edildiyi, 26 nəfərin isə siyahılardan təkrar keçdiyi, 2 nəfərin isə münaqişə bölgəsində kənarda itkin düşdüyü müəyyən edilib.

Beləliklə, 1 avqust 2013-cü il tarixinə əsir, itkin düşmüş və girov götürülmüş şəxslərin sayı 4035 nəfər təşkil edib. Onlardan 3263 nəfər hərbçi, 771 nəfər mülki şəxslərdir. 3 nəfərin hərbçi və ya mülki olduğu məlum deyil.

Mülki şəxslərdən 46 nəfəri itkin düşərkən yetkinlik yaşına çatmamış uşaq (16 nəfər azyaşlı qız), 255 nəfər qadın, 353 nəfər yaşlı şəxsdir (154 nəfər qadın).

Əsir, itkin düşmüş 4035 nəfərdən 877 nəfərin əsir və girov götürülməsi barədə məlumatlar daxil olub, şahid ifadələri alınıb.

Münaqişə müddətində 1402 nəfər əsir və girovluqdan azad edilib. Onlardan 342 nəfər qadın, 1059 nəfər kişidir. Eyni zamanda 177 nəfər uşaq (64 nəfər azyaşlı qız), 289 nəfər yaşlı şəxsdir (112 nəfər yaşlı qadın).

Dövlət Komissiyasına daxil olmuş materialların təhlili zamanı 553 nəfərin əsir və girovluqda qətlə yetirildiyi və ya müxtəlif səbəblərdən vəfat etdiyi müəyyən edilib. Onlardan 104 nəfər qadın, 448 nəfər kişidir. 137 nəfərin yalnız adı məlumdur, 74 nəfər isə naməlum şəxslərdir. Erməni generalın məntiqindən çıxış etsək, deməli, əsir və girov azərbaycanlılardan hələ də sağ olanlar var.

BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirdi ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi nə saxlanılan şəxslər, nə də vaxtilə saxlanmış şəxslər barədə şəxsi məlumatı heç vaxt açıqlamır: “Çünki şəxsi məlumatlar konfidensial xarakterlidir. Beynəlxalq humanitar hüquqa görə, saxlanılmış şəxslər ictimai maraqdan qorunmalıdır və belə məlumatlar açıqlanmamalıdır”.

Bəs Beynəlxalq Qırmızı Xaç Komitəsi erməni generalın cinayətinə beynəlxalq hüquq çərçivəsində qiymət verilməsi, əsir saxlandığı deyilən şəxsin kimliyinin müəyyənləşdirilməsi, məsələnin hüquqi müstəvidə çözülməsi üçün Azərbaycanın rəsmi qurumları ilə əməkdaşlıq edə bilərmi?

İ.Hüseynova bildirdi ki, ümumiyyətlə, BQXK məhkəmələrdə iştirak etmir: “O ki qaldı saxlanılan şəxslər barədə məlumata, dövlət tərəfindən də saxlanılan şəxslərlə bağlı məlumatlar toplanır. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası var və həmin qurumun özünün də qeydiyyatı var, bütün məlumatlar orda da yığılır”.

İ.Hüseynova BQXK-dəki məlumatların Dövlət Komissiyasında da olub-olmamasından məlumatsız olduğunu vurğuladı: “Heç bizdə olan həmin məlumatların özü də mənim üçün əlçatan deyil. Çünki dediyim kimi, söhbət konfidensiallıqdan gedir”.

Komitənin təmsilçisi erməni generalın yeniyetmə əsirlə bağlı dedikləri barədə bunları da bildirdi: “Səhv etmirəmsə, həmin şəxsin adı heç yerdə yoxdur. Orda azərbaycanlı əsir haqqında heç bir şəxsi məlumat yoxdur. Yəni həmin məlumatda yeniyetməni edintifikasiya eləyəsi heç bir məlumat yoxdur”.

Erməni generalın açıqladığı bu məlumatları əsas götürüb Qırmızı Xaçın xətti ilə azad olunan əsir və girovların şəxsiyyətini araşdırmaq olmazmı?

İ.Hüseynova: “İndiyə qədər Qırmızı Xaç Komitəsinin xətti ilə 800 nəfərə yaxın şəxs əsirlikdən azad olunub. Amma bu 800 nəfər tərəflərdən hər ikisinə aiddir, yəni söhbət təkcə Azərbaycan tərəfindən getmir”.

Azərbaycan tərəfinin açıqlamasına görə, müharibədə 4035 nəfərdən artıq vətəndaşımız itkin düşüb. Erməni generalın açıqlamasından sonra düşmən əsirliyində yenə də sağ qalan insanların olması versiyası da gündəmə gəlir. Komitə bu istiqamətdə hərəkətə keçə bilərmi? Təşkilatın təmsilçisi qeyd etdi ki, erməni generalı ilə bağlı məlumata 90-cı illərin əvvəllərindən söhbət gedir və yaxın günlərin məsələsi deyil.

Yeri gəlmişkən, BQXK nümayəndələri Kəlbəcərdə girov götürülmüş, hazırda Xankəndində qondarma ittihamlarla günahlandırılan soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkiblər. İlahə Hüseynovanın məlumatına görə, sayca 6-cı olan başçəkmə noyabrın 5-də baş tutub. BQXK-nın nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlılara ailə məlumatları çatdırıb və onlardan da ailələri üçün məlumat alınıb. Ailələrə çatdırılan məlumatlar şəxsi olduğundan onlar barədə ictimaiyyətə açıqlama verilmir. Komitə rəsmisi qeyd edib ki, BQXK öz mandatına uyğun olaraq saxlanılan şəxslərlə görüşləri davam etdirəcək.

Rəsmi Bakı hələlik ciddi bir skandal mövzusu olan məsələyə, erməni generalın etirafına münasibət bildirməyə tələsmir. XİN-in mətbuat katibi vəzifəsini icra edən Hikmət Hacıyev bu məsələni şərh etmək istəmədi.

Respublika Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Siltanov da bu məsələyə şərh vermədi.

Amma inanırıq ki, müvafiq instansiyalar erməni cinayətlərindən biri ilə bağlı prosesin izinə düşüb düşmənin öyünərək açıqladığı fakta hətta beynəlxalq miqyasda diqqət cəlb edə biləcəklər.

Previous Post

Erməni generalın 4 il əsir saxladığı azərbaycanlı gənc kimdir?

Next Post

BAKIDA ŞOK OLAY: 2 dəqiqəyə 43500 manatı apardı

Bənzər yazılar

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib – FOTO

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib – FOTO

03 İyun 2026 - 12:14

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mərkəzi Bankın yeni inzibati binasının açılışında iştirak edib. Elchi.az xəbər verir ki, Mərkəzi Bankın sədri Taleh...

Ankara-İrəvan yaxınlaşması nə vəd edir? – “Stratfor”

Ankara-İrəvan yaxınlaşması nə vəd edir? – “Stratfor”

02 İyun 2026 - 15:30

Ermənistan-Türkiyə münasibətlərində istiləşmə Ankaranın regional təsirini gücləndirə və eyni zamanda İrəvanın Rusiyadan asılılığını qismən azalda bilər, lakin bu proses Moskvanın...

Bişkekdə 28 May – Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil olunub

Bişkekdə 28 May – Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil olunub

28 May 2026 - 12:21

Azərbaycanın Qırğız Respublikasındakı Səfirliyi tərəfindən Bişkek şəhərinin “Hyatt Regency” mehmanxanasında 28 May–Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul təşkil etmişdir. Ziyafətdə...

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 28 May – Müstəqillik Günü ilə bağlı paylaşım edilib

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 28 May – Müstəqillik Günü ilə bağlı paylaşım edilib

28 May 2026 - 01:39

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 28 May - Azərbaycanın Müstəqillik Günü ilə bağlı paylaşım edilib. Elchi.az paylaşımı təqdim edir:...

Next Post

BAKIDA ŞOK OLAY: 2 dəqiqəyə 43500 manatı apardı

BAKIDA ŞOK OLAY: 2 dəqiqəyə 43500 manatı apardı

Son xəbərlər

BŞTİ: Sabah bəzi məktəblərdə tədris distant olacaq – SİYAHI

BŞTİ: Sabah bəzi məktəblərdə tədris distant olacaq – SİYAHI

04 İyun 2026 - 19:02
Ceyhun Bayramov Braziliyanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib

Ceyhun Bayramov Braziliyanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib

04 İyun 2026 - 18:56
Leonid Kuçma İlham Əliyevi təbrik etdi

Leonid Kuçma İlham Əliyevi təbrik etdi

04 İyun 2026 - 18:47
Qətər Əmiri İlham Əliyevə təbrik məktubu ünvanladı

Qətər Əmiri İlham Əliyevə təbrik məktubu ünvanladı

04 İyun 2026 - 18:35
Voleybol millimiz Avropa Liqası öncəsi məşqdə – FOTOLAR

Voleybol millimiz Avropa Liqası öncəsi məşqdə – FOTOLAR

04 İyun 2026 - 18:23
Xorvatiyada təyyarə qəzaya uğrayıb: Həlak olanlar var

Xorvatiyada təyyarə qəzaya uğrayıb: Həlak olanlar var

04 İyun 2026 - 18:14
“Qəbələ” kapitanı ilə yolları ayırdı

“Qəbələ” kapitanı ilə yolları ayırdı

04 İyun 2026 - 18:00
“Karvan-Yevlax” legioneri ilə vidalaşdı

“Karvan-Yevlax” legioneri ilə vidalaşdı

04 İyun 2026 - 17:49
Rusiyadan yeni təklif: Azərbaycan istəsə, biz hazırıq

Rusiyadan yeni təklif: Azərbaycan istəsə, biz hazırıq

04 İyun 2026 - 17:35
İran XİN: ABŞ-la razılaşma mətninin üzərində işlər hələ də davam edir

İran XİN: ABŞ-la razılaşma mətninin üzərində işlər hələ də davam edir

04 İyun 2026 - 17:28
Ukraynada yenidən nüvə silahı iddiası: “Biz bunu edə bilərik”

Ukraynada yenidən nüvə silahı iddiası: “Biz bunu edə bilərik”

04 İyun 2026 - 17:20
Anar Əliyev BƏT-in Baş direktoru ilə görüşüb

Anar Əliyev BƏT-in Baş direktoru ilə görüşüb

04 İyun 2026 - 17:11
Ötən ay Bakı Limanında 812 min tondan çox yük aşırılıb

Ötən ay Bakı Limanında 812 min tondan çox yük aşırılıb

04 İyun 2026 - 16:56
“Bayer”də yeni baş məşqçi

“Bayer”də yeni baş məşqçi

04 İyun 2026 - 16:48
Bakıda TDT-yə üzv ölkələrin mərkəzi banklarının Şurasının növbəti toplantısı keçirilir

Bakıda TDT-yə üzv ölkələrin mərkəzi banklarının Şurasının növbəti toplantısı keçirilir

04 İyun 2026 - 16:40
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.