Ermənistanın istəyi heç vaxt sona keçə bilməz – Millət vəkilindən açıqlama

137

“Nato ilə Rusiyanın sərhədi Türkiyə Ermənistan sərhədidir. Qərb hansısa yönümlü siyasət aparsa da, Rusiya buna imkan verməz”-bu sözləri Elchi.az-a açıqlamasında Millət Vəkili, politoloq Arzu Nağıyev deyib.

O, həmçinin bildirir: “Ermənistan elə başa düşür ki, Rusiya – Ukrayna müharibəsində Rusiya zəifləyərək Qərb onu üstələyəcək, lakin Rusiya da öz addımlarını atır və başa düşür ki, o təslim olsa onun yerini qərb tutacaq. Buna görə də heç vaxt Erminstanın istəyi sona keçə bilməz. Eyni zamanda  Ermənistanın müdafiə nazirinin müavini Rusiya müdafiə nazirliyi ilə danışıqlar aparır. Bu məsələlər sadəcə olaraq siyasi addımlardır. Fransa nüfuz sahibi olmağa çalışır, ona görə də belə bir siyasətə əl atır. Azərbaycan da bütün bunları başa düşür, ona görə də şərti sərhədlərimizdə yerləşdirdiyi vizual kəşfiyyatdan ibarət müşahidə missiyasının da hərəkətləri daim nəzarət altında olacaqdır”.

Havar Şəfiyeva