"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Ermənistan olaylarında Rusiya-Qərb toqquşması – Bakı üçün yeni situasiya

01 Avqust 2016 - 17:01
in XƏBƏR LENTİ
FacebookVatsap
Ermənistan olaylarında Rusiya-Qərb toqquşması – Bakı üçün yeni situasiya

Qlobal güclərin region uğrunda rəqabəti sərtləşir; Düşmən ölkədə qarşıdurma şiddətlənir – hökumətin polis binasını təmizləmək cəhdi yeni qanların tökülməsinə gətirdi; radikalların həbsdəki lideri ultimatum verdi; İrəvandakı kritik proseslərin alt-qatında təkcə Qarabağ amili dayanmır; Azərbaycanın izləməli olduğu əsas hədəf… (Manşet)

Bunu da oxuyun

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

Ermənistanda iyulun 17-də silahlı müxalifətçilərin polis binasını ələ keçirməsi ilə başlanan proseslər, yəqin ki, tezliklə durulmayacaq. Ona görə ki, bu prosesdə üç mühüm faktor hərəkətverici qismində çıxış etməkdədir – hakimiyyət məsələsi, Qarabağ (güzəştlər) problemi və Rusiya ilə Qərbin bu ölkədə toqquşan maraqları.
 
İlk iki faktor haqda kifayət qədər yazılıb. Üçüncü amilə – Ermənistan uğrunda Kreml-Qərb mübarizəsinə gəlincə, əslində bir sıra analitiklər haqlıdır deyəndə ki, Güney Qafqazın açar ölkəsi elə Ermənistandır. O mənada ki, Ermənistanı Rusiya vassallığından çıxarmaq yetər ki, bütövlükdə region Moskvanın total asılılığı və diktəsindən qurtulsun və bölgədəki etnik-ərazi münaqişələri qısa zamanda öz həllini tapsın.
Bu arqumentin tərəfdarlarına görə, İrəvandakı son olaylarda Sərkisyan rejimi ilə bahəm, rəsmi Kremlin özü də maraqlı ola bilərdi. Çünki rəsmi İrəvan da, Kreml də Qarabağ məsələsində real irəliləyişin vaxtının çatdığının fərqindədir. Məsələ də ondadır ki, problemin hansısa formada həlli Rusiyaya sərf etmir (o halda Ermənistan şimal qonşumuzun nəzarətindən çıxacaq, ermənilərə daha Rusiya gərək olmayacaq), Sərkisyan hakimiyyətinə isə daxili təlatümlər vəd edir – əraziləri boşaltmalı olduğu üçün.
***
İşğalçı ölkədə baş verənlərə bu rakursdan baxılarsa, o zaman Rusiya-Qərb (ABŞ) maraqlarının toqquşmasını anlamaq asanlaşar. Diqqət edin, olaylara ABŞ və Avropa Birliyi kifayət qədər loyal münasibət sərgiləməkdədir. Qərb abstrakt şəkildə tərəfləri “problemi dinc yolla həll etməyə”, Sərkisyan iqtidarını “demokratik normalara əməl etməyə” çağırır.
Halbuki, söhbət tibb işçilərinin girov götürülməsi də daxil olmaqla, klassik terror aktından gedir. Görünür, qlobal siyasətdə “bizim və sizin terrorçular”, “yaxşı və pis terrorçular” təsnifatı hələ də qalır, çünki buna böyük güclərin siyasi ehtiyacı qalır. Necə deyərlər, hərənin öz terrorçusu.
Ermənistanda hakimiyyət uğrunda gedən savaşda bu amil Qərbin maraqlarını da ortaya qoymaqdadır. Aşkar şəkildə görünür ki, Qərb ən azından, olaylardan Rusiya amilini zəiflətməklə çıxmaq istəyir. Nəinki istəyir, həm də altdan-altdan buna çalışır. Rusiya da sözsüz ki, bunu bilir və ön tədbirlərini görür. Bu haqda az aşağıda.
Situasiya bu xüsusda bir elə mürəkkəb deyil: barrikadanın bir tərəfində Rusiyaya sadiq qüvvələrdisə (söhbət təkcə Sərkisyandan getmir, Moskva lazım gəlsə, onu başqa bir rusiyapərəstlə əvəzləyəcək), digər tərəfdə nə qədər qəribə də olsa radikalların timsalında qərbyönlü qüvvələr, bir də onları müdafiə edən qərbyönlü ictimai kəsim, qərbyönlü ekspertlər və qərbyönlü media qərar tutub.
***
Bu yerdə xatırladaq ki, polis binasını ələ keçirən silahlılar radikal müxalifət lideri, “Müəssislər Məclisi” təşkilatının sədri, “Şuşa” batalyonunun keçmiş komandiri Jirayr Səfilyanın adamlarıdır və onun azadlığa buraxılmasını, habelə Sərkisyanın istefasını tələb edirlər. Vurğulandığı kimi, bəzi müşahidəçilər baş verənləri hakim rejimin, hətta Moskvanın da cari maraqlarına cavab verən bir oyunu saysa da, əslində vəziyyət göründüyü kimi deyil.
Məsələn, tanınmış rusiyalı siyasi analitik Oleq Kuznetsova görə, bu olaylarda Ermənistanda bir qrup terrorçu başqa qrup terrorçudan hakimiyyəti almağa çalışır: “Ona görə də Ermənistanda heç bir ”tamaşadan” söhbət gedə bilməz. İrəvanda baş verənlər terror yönümlü cinayətlər toplusudur və bu hadisələri ayrı heç cür qəbul etmək olmaz. Bu ölkədə onun bütün ən yeni tarixi boyu hakimiyyət dəyişiklikləri terror yönümlü cinayətlər yolu ilə həyata keçib. Onlar üçün terrorizm – normal həyat və davranış tərzidir. Müasir Ermənistanda siyasətçilər hakimiyyəti ayrı cür bölüşməyi bacarmırlar”.
Ekspertin aşağıdakı fikri isə daha önəmli sayıla bilər. Sitat: “Jirayr Səfilyan keçmiş ABŞ xüsusi təyinatlısıdır, Qarabağ müharibəsi zamanı Monte Melkonyanın (başqa bir erməni hərbi canisi, Azərbaycan könüllüləri tərəfindən öldürülüb – red.) sağ əli, kəşfiyyat-diversiya fəaliyyəti üzrə təlimatçı olub”.
Yəni faktiki surətdə Səfilyan və onun silahlı tərəfdarları ABŞ-ın maraqlarının daşıyıcısı kimi çıxış edirlər. Bu radikal qrupu müdafiə edən siyasi partiyalar və ictimai xadimlər də, vurğulandığı kimi, büsbütün anti-Rusiya mövqeli qüvvələrdir. Diqqət edin, silahlı qruplaşmanın üzvü, “Müəssislər Məclisi” təşkilatının sədr müavini (Səfilyanın müavini) Varujan Avetisyan baş verən hadisələrdə Rusiyanı günahlandırıb. Onun fikrincə, mitinqin zorakılıqla dağıdılması Rusiyadan idarə olunub.
 
Avetisyan Ermənistanın indiki iqtidarını Rusiyanın inzibati əlavəsi adlandıraraq deyib: “Bu gün Serjin bandası deyil, Kremlin patronları xalq əleyhinə fəaliyyətdə iştirak ediblər. Güc strukturlarının köməyi ilə onlar xalqa atəş açıblar. Hər kəs anlamalıdır ki, bizim mübarizəmiz müstəmləkəçilik əleyhinə milli-azadlıq hərəkatıdır. Bizim polis alayının rəhbərlərinin qutularında Rusiya sənədləri, Rusiyanın kazak alaylarına məxsus sənədlər, hətta ordenlər var. Məgər biz bütün strateji obyektlərimizi Zimbabveyə, yoxsa Kolumbiyaya təslim etmişik? Yoxsa bizim sərhədləri İngiltərə qoruyur? Məgər bu yadelli müstəmləkə əleyhinə mübarizəyə başlamaq üçün kifayət deyil?”.
 
Öz növbəsində Qarabağ müharibəsi iştirakçısı, Ermənistanın regional problemlər üzrə mərkəzinin eksperti, Səfilyan tərəfdarfı Sarkis Atspanyan da Rusiyanı ittiham edib: “Fikirləşirəm ki, bütün bunların arxasında Rusiya dayanır. Bu hadisələrlə Azərbaycana silah tədarük edən Rusiya əslində özünü faş edir”.
 
***
Bundan əlavə, həbs edilənlərdən daha biri – Armen Martirosyan silahlılara ilk gündən siyasi dəstək verən “İrs” Partiyasının sədr müavinidir. Bu partiya və onun sədri Raffi Ovanisyan isə qatı anti-Rusiyaçı, qərbçi kimi tanınır. Martirosyan həm də silahlı qrupa dəstək aksiyalarının keçirilməsi üçün yaradılmış Əlaqələndirmə Şurasının üzvüdür. Onun vəkilinin sözlərinə görə, sədr müavini kütləvi iğtişaşlara çağırış ittihamı ilə saxlanılıb və bu ittihamla o, 4 ildən 10 ilədək azadlıqdan məhrum oluna bilər.
“Ermənistan hakimiyyəti İrəvanda polis polkunun binasını nəzarətdə saxlayan ”Sasun cəngavərləri” silahlı qrupunun üzvlərini bir-bir “ovlamaq” üçün Rusiyadan snayperlər gətirib”. Bunu da Sərkisyan rejiminə qarşı duran və prosesdə Rusiya amilini faş eləməyə çalışan müxalifət nümayəndələri bəyan eləməkdədirlər. Bildirilir ki, polkun ətrafındakı binaların damında mövqe tutmuş snayperləri görənlər var. İyulun 29-da İrəvanın “Azadlıq” meydanında keçirilən növbəti mitinq zamanı Armen Martirosyan Rusiyadan gətirilən snayperlər haqda danışmışdı…
 
***
Göründüyü kimi, İrəvandakı proseslər özündə təkcə Qarabağ amilini ehtiva eləmir və daha geniş kontekstdə analiz tələb edir. Söhbət həm də region uğrunda Qərb-Rusiya rəqabətinin sərtləşməsindən getdiyindən, təbii ki, Azərbaycan da bu prosesləri diqqətlə izləməli və özü üçün ən dürüst nəticəni çıxarmalıdır. Bizim üçün baş hədəf – işğalçı ölkənin Rusiyanı buraxıb Qərb timsalında daha güclü müttəfiq qazanmasına, Qarabağ məsələsində daha uğurlu mövqeyə çıxmasına imkan verməmək olmalıdır.
Qəzet çapa gedərkən İrəvanda hökumət qüvvələri ilə radikal müxalifət qüvvələri və onları dəstəkləyən etirazçılar arasında gərginlik davam edirdi. Ölkədə dünən də həbslər aparılıb – həm də İrəvanla yanaşı, müxtəlif bölgələrdə.
 
Bununla belə, silahlılar iyulun 17-də ələ keçirdikləri polis binasına hələ də nəzarəti əldə saxlayırlar. Lakin dünən onlar girov saxladıqları üç tibb personalından ikisini azad ediblər. Səfilyan isə türmədən ultimativ şəkildə bəyan edib ki, o, Sərkisyanla görüşməyincə bina azad edilməyəcək.
Bu fonda Sərkisyanın etirazları yatırtmaq üçün Qarabağdakı qoşunları İrəvana yeritdiyi haqda məlumatlar yayılıb. Bu barədə Ermənistan parlamenti bəyanat yayıb. Məlumatda İrəvanda polis bölməsinin azad edilməsi üçün planlaşdırılan əməliyyatda Qarabağdan gətirilən qoşunların iştirak etdiyi barədə iddialar yer alıb.
 
Ən son məlumata görə, hökumət qüvvələri polis binasını silahlı qrupdan təmizləmək üçün əməliyyat həyata keçirib. Alayın ərazisində partlayış səsləri eşidilib. Silahlı qrupun 2 üzvünün yaralandığı, 2-sinin isə təslim olduğu deyilir. Lakin binanın silahlılardan tam təmizlənməsi barədə rəsmi məlumat yox idi… 
Previous Post

Ermənistan olaylarında Rusiya-Qərb toqquşması – Bakı üçün yeni situasiya

Next Post

Suriyada Rusiya helikopteri vuruldu – Ölənlər var (YENİLƏNİB VİDEO)

Bənzər yazılar

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

12 Oktyabr 2026 - 23:40

İran həm diplomatiya, həm də ölkəni müdafiə etmək üçün hazırdır. Elchi.az ISNA-ya istinadən xəbər verir ki, bu barədə İran xarici...

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

12 Oktyabr 2026 - 23:38

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfərinə dair videoçarx paylaşılıb. Elchi.az paylaşımı...

UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

12 Oktyabr 2026 - 23:35

Bazar günü Hörmüz boğazından keçən tanker atəşə tutulub. Elchi.az xəbər verir ki, bu barədə bazar ertəsi Böyük Britaniya Hərbi Dəniz...

İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib

İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib

12 Oktyabr 2026 - 23:31

İran Xarici İşlər Nazirliyi (XİN) Böyük Britaniyanın Tehrana qarşı ittihamlarını pisləyib. Elchi.az IRIB-yə istinadən xəbər verir ki, bu barədə İran...

Next Post

Suriyada Rusiya helikopteri vuruldu - Ölənlər var (YENİLƏNİB VİDEO)

Suriyada Rusiya helikopteri vuruldu - Ölənlər var (YENİLƏNİB VİDEO)

Son xəbərlər

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

12 Oktyabr 2026 - 23:40
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

12 Oktyabr 2026 - 23:38
UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

12 Oktyabr 2026 - 23:35
İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib

İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib

12 Oktyabr 2026 - 23:31
“Liverpul”un sabiq baş məşqçisi Arne Slot UEFA-da yeni vəzifəyə təyin edilib

“Liverpul”un sabiq baş məşqçisi Arne Slot UEFA-da yeni vəzifəyə təyin edilib

12 Oktyabr 2026 - 22:54
İran səfiri Böyük Britaniya XİN-in iddiasını rədd edib

İran səfiri Böyük Britaniya XİN-in iddiasını rədd edib

12 Oktyabr 2026 - 22:53
Bəhreynin “Gulf Air” şirkəti Ər-Riyada uçuşları dayandırıb

Bəhreynin “Gulf Air” şirkəti Ər-Riyada uçuşları dayandırıb

12 Oktyabr 2026 - 22:00
Sabah Nizami rayonunun bəzi ərazilərində qaz olmayacaq

Sabah Nizami rayonunun bəzi ərazilərində qaz olmayacaq

12 Oktyabr 2026 - 21:58
Masazırda avtomobilləri yandıran şəxslər həbs edilib

Masazırda avtomobilləri yandıran şəxslər həbs edilib

12 Oktyabr 2026 - 21:57
Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb

Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb

12 Oktyabr 2026 - 21:05
Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü açıqlanıb

Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü açıqlanıb

12 Oktyabr 2026 - 20:59
“Dövlətimizi sevməyən qüvvələr məqsədlərinə çata bilməyəcəklər”

“Dövlətimizi sevməyən qüvvələr məqsədlərinə çata bilməyəcəklər”

12 Oktyabr 2026 - 20:44
Əli Əsədov Mərakeşin hökumət başçısı təyin olunması münasibətilə Fatimə Əl-Mənsurini təbrik edib

Əli Əsədov Mərakeşin hökumət başçısı təyin olunması münasibətilə Fatimə Əl-Mənsurini təbrik edib

12 Oktyabr 2026 - 20:41
Media və Yayım Şurası: Vahid məktəbli forması qərarını qərəzli şəkildə siyasiləşdirmə cəhdləri müşahidə olunur

Media və Yayım Şurası: Vahid məktəbli forması qərarını qərəzli şəkildə siyasiləşdirmə cəhdləri müşahidə olunur

12 Oktyabr 2026 - 20:39
Böyük Britaniya İrana qarşı sanksiyalar elan edib

Böyük Britaniya İrana qarşı sanksiyalar elan edib

12 Oktyabr 2026 - 20:35
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.