Ermənistan İraq yezidlərinə 50 min dollar dəyərində humanitar yardım göndərir

🗓 16.08.2014 09:07 ✍️ "Elçi" qəzeti
Ermənistan hökuməti “İslam Dövləti” qüvvələri tərəfindən təqib olunan İraq yezidlərinə 50 min dollaree83d03a5228d5530bbf8d46fd9f3fb6 dəyərində humanitar yardım göndərməyi qərara alıb.
 

APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu addımı hökumət  Ermənistanda yaşayan yezid icmasının kollektiv müraciətinə cavab olaraq atmağa qərara alıb.

 “Hazırda yardımın çatdırılması istiqamətində danışıqlar aparılır, yükün çatdırılması ilə bağlı ciddi çətinliklərin olduğunu nəzərə alaraq, yardım, böyük ehtimalla, beynəlxalq təşkilat vasitəsi ilə yola salınacaq”, deyə Ermənistan XİN mətbuat katibi Tiqran Balayan bildirib.

 Qeyd edək ki, avqustun 14-də Ermənistanda yüzlərlə yezid BMT-nin İrəvandakı nümayəndəliyi qarşısında mitinq keçirərək İraqın şimalındakı həmvətənlərinin müdafiə məqsədilə silahla təmin olunmasını tələb ediblər. Aksiya iştirakçıları hesab edirlər ki, yardım İraq hakimiyyətinə yox,  birbaşa yezidlərə çatdırılmalıdır. Onlar həmçinin yezidlərin soyqırımının qarşısının alınması və onların təhlükəsizliyinin təmin olunması məqsədilə İraqın şimalına sülhməramlıların təcili göndərilməsini tələb ediblər.

Bənzər yazılar