“Ermənistan BUNUNLA razı deyilsə, müharibəyə hazırlansın!”-Politoloq

70

“Ermənistan imza atdığı 10 noyabr müqaviləsinin şərti olan Naxçıvanla əlaqəyə dair bəndi yerinə yetirməkdən boyun qaçırırsa, Azərbaycan niyə Laçın yolunun açıq qalmasına dair bəndə əməl etməlidir?”.

Bu fikirləri Elchi.az-a açıqlamasında BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov söyləyib.

“Bu müqavilədə Ermənistana məgər hansısa üstünlük verən hüquq verilib ki, o, istədiyini edə bilər, amma Azərbaycan mütləq öz imzasına əməl etməlidir?.

Xatırlatmaq lazımdır ki, bu, əksinədir və Azərbaycan Ermənistanı bu müqaviləyə imza atmağa müharibə yolu ilə məcbur edib. Ermənistanın üzərinə məcburi şərtlər qoyub.
Azərbaycan tez-tez xatırlatmalıdır ki, bir anlaşmanın müddətini bir sonrakı müharibənin başlanğıcı müəyyən edər. Ermənistan müqavilə şərtlərinə əməl etməsə, anlamalıdır ki, Azərbaycan növbəti müharibə etmək hüququnu özündə saxlayır və bu dəfə daha ağır şərtlər daxilində onu yeni müqavilə imzalamağa məcbur edəcək.

Bu, dünya ictimaiyyətinin diqqətinə çatdırılmalıdır. Öz imzasına hörmət etməyən, bundan boyun qaçıran dövlətin necə cəzalandırıldığını dəfələrlə görmüşük. Tarixdə heç kim məğlub olanın sonradan şərtlər irəli sürməsinə şahid olmayıb. Ermənistan bu müqavilə ilə razı deyilsə, onda yeni müharibəyə hazırlansın, amma nəticələrinin də nə olacağını əvvəlcədən hesab etsin”.

Yeganə