"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Ermənilərin təxribatına dair Bəyanat

16 Sentyabr 2022 - 21:34
in SİYASƏT
FacebookVatsap

Qərbi Azərbaycan İcması ermənilərin təxribatına dair Bəyanat yayıb.

Bunu da oxuyun

Türkiyə MN Azərbaycanı təbrik etdi – FOTO

Almaniya xarici işlər naziri Azərbaycana gəlir

Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının iclasında iştirak edib

Elchi.az sözügedən bəyanatı təqdim edir:

“Sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan Silahlı Qüvvələri beynəlxalq hüquq normalarını pozaraq Azərbaycana qarşı irimiqyaslı hərbi təxribatlara başlamaqla öz təcavüzkar niyyətini növbəti dəfə ortaya qoymuşdur.

30 il ərzində Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrini işğal altında saxlayan, nəhayət, qüdrətli ordumuz tərəfindən darmadağın edilərək 10 noyabr 2020-ci ildə kapitulyasiya sənədinə imza atmağa məcbur edilən Ermənistan son iki ildə bütün vasitələrdən istifadə edərək öz öhdəliklərini yerinə yetirməkdən yayınmış, hərbi güc toplayaraq yenidən Azərbaycan ərazilərini işğala cəhd göstərmişdir.

Özünün təcavüzkar işğalçılıq niyyətini Azərbaycanın Qarabağ bölgəsində hələ də yaşamaqda davam edən erməni millətindən olan 20-25 min nəfər əhalinin müdafiəsi pərdəsi altında həyata keçirən, insan hüquqlarından ağız dolusu dəm vuran Ermənistan dövləti yaddan çıxarmamalıdır ki, Qarabağ münaqişəsinin ilk mərhələsində – 1988-1991-ci illərdə Ermənistanın 22 rayonunun 300-ə yaxın yaşayış məntəqəsindən 300 min nəfərə yaxın azərbaycanlı əhali ermənilərə xas qəddarlıq və vəhşiliklə qovulmuşdur. Həm də bu aksiya Ermənistanın dövlət rəsmilərinin, partiya, hökumət və hüquq mühafizə orqanlarının rəhbərliyi və təşkilatçılığı altında həyata keçirilmişdir.

Ermənistan dövlətinə xatırladırıq ki, hazırda Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur ərazilərini atəşə tutduğu təkcə Qərbi Zəngəzur, Dərələyəz və Göyçə mahalları ərazisində 1988-ci ildə 105 xalis azərbaycanlı və 27 ermənilərlə qarışıq yaşayış məntəqəsi olmuşdur və 34 ildən bəri qaçqınlıq həyatı yaşayan bu insanlar öz doğma evlərinə, min illərdən bəri yaşadıqları ata-baba yurdlarına qayıtmağa tam hüquqludurlar və bu hüquq bütün beynəlxalq sənədlərdə təsbit olunmuşdur.

Lakin təəssüf ki, Ermənistan bütün bunları görməzlikdən gələrək, dünyanın diqqətini 30 il ərzində işğal altında saxladığı Azərbaycan torpaqlarında törətdiyi vəhşiliklərdən yayındırmağa çalışaraq özünün “yazıq millət” obrazını növbəti dəfə önə çəkməyə, dünya ictimaiyyətini aldatmağa çalışır. Bütün bunların arxasında isə Azərbaycanın regiona sülh gətirmək, regionun iqtisadi inkişafına, region xalqlarının əmin-amanlıq şəraitində yaşamasına nail olmaq təşəbbüslərini əngəlləmək cəhdləri durur.

Təcavüzkar Ermənistan anlamalıdır ki, Azərbaycan xalqı son 200 ildə erməni millətçiləri tərəfindən məruz qaldığı saysız-hesabsız deportasiya, soyqırımı, etnik təmizləmə aktlarından təngə gəlmiş və bütün bunlara son qoyulması üçün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında yenə də dəmir yumruq kimi birləşmişdir. Azərbaycana qarşı bir-birini əvəz edən təxribat əməllərinə görə tarixi məsuliyyət daşıyan Ermənistanın hərbi-siyasi rəhbərliyinin növbəti dəfə başını bu dəmir yumruğun altına soxması siyasi korluqdan və könüllü intihardan başqa bir şey deyil.

Qərbi Azərbaycan İcması olaraq belə hesab edirik ki, Ermənistan özünün təcavüzkar əməllərindən dərhal əl çəkməli, 10 noyabr Bəyannaməsinin bütün şərtlərinə əməl etməli, danışıq masası arxasına keçməli, Azərbaycanın irəli sürdüyü və Ermənistanın da qəbul etdiyi beş prinsipə uyğun olaraq Sülh sazişini imzalamalıdır”.

Previous Post

Ermənilərin təxribatına dair Bəyanat

Next Post

Ukrayna qəhrəmandır, Azərbaycan təcavüzkar?!

Bənzər yazılar

Türkiyə MN Azərbaycanı təbrik etdi – FOTO

Türkiyə MN Azərbaycanı təbrik etdi – FOTO

17 Noyabr 2026 - 13:30

Türkiyə Müdafiə Nazirliyi Azərbaycan xalqını Milli Dirçəliş Günü münasibətilə təbrik edib. Elchi.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin...

Almaniya xarici işlər naziri Azərbaycana gəlir

Almaniya xarici işlər naziri Azərbaycana gəlir

17 Noyabr 2026 - 12:27

Almaniya xarici işlər naziri Yohann Vadeful bu gün Azərbaycana, sabah isə Ermənistana səfər edəcək. Elchi.az xəbər verir ki, bu barədə...

Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının iclasında iştirak edib

Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının iclasında iştirak edib

17 Noyabr 2026 - 12:00

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 14-15-də Argentina Respublikasının Buenos-Ayres şəhərində keçirilən Beynəlxalq Prokurorlar Assosiasiyasının...

Türkiyə Müdafiə Nazirliyi Milli Dirçəliş Günü münasibətilə Azərbaycanı təbrik edib

Türkiyə Müdafiə Nazirliyi Milli Dirçəliş Günü münasibətilə Azərbaycanı təbrik edib

17 Noyabr 2026 - 11:53

Türkiyə Müdafiə Nazirliyi Azərbaycan xalqını Milli Dirçəliş Günü münasibətilə təbrik edib. Elchi.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin “X”...

Next Post
Ukrayna qəhrəmandır, Azərbaycan təcavüzkar?!

Ukrayna qəhrəmandır, Azərbaycan təcavüzkar?!

Ukrayna qəhrəmandır, Azərbaycan təcavüzkar?!

Ukrayna qəhrəmandır, Azərbaycan təcavüzkar?!

Son xəbərlər

Çıxarışı olmayan evlərə qaz verilməyəcək?

Çıxarışı olmayan evlərə qaz verilməyəcək?

17 Noyabr 2026 - 13:42
Türkiyə MN Azərbaycanı təbrik etdi – FOTO

Türkiyə MN Azərbaycanı təbrik etdi – FOTO

17 Noyabr 2026 - 13:30
Azərbaycanda “Rəqəmsal sahil idarəetməsi” informasiya sistemi yaradılacaq

Azərbaycanda “Rəqəmsal sahil idarəetməsi” informasiya sistemi yaradılacaq

17 Noyabr 2026 - 13:16
FHN Ucarda kompleks mülki müdafiə təlimi keçirib – VİDEO

FHN Ucarda kompleks mülki müdafiə təlimi keçirib – VİDEO

17 Noyabr 2026 - 13:08
Amerikalıların ərzaq ehtiyatı toplamağına ehtiyac yoxdur – Vens

Amerikalıların ərzaq ehtiyatı toplamağına ehtiyac yoxdur – Vens

17 Noyabr 2026 - 13:00
Həcc ziyarətinin qiyməti artacaq

Həcc ziyarətinin qiyməti artacaq

17 Noyabr 2026 - 12:53
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb

Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb

17 Noyabr 2026 - 12:46
Azərbaycanda siqaret bahalaşacaq

Azərbaycanda siqaret bahalaşacaq

17 Noyabr 2026 - 12:38
Almaniya xarici işlər naziri Azərbaycana gəlir

Almaniya xarici işlər naziri Azərbaycana gəlir

17 Noyabr 2026 - 12:27
Sabah Bakıya yağış yağacaq

Sabahın hava proqnozu açıqlanıb

17 Noyabr 2026 - 12:20
Regionda Rusiya həyəcanı! Yaponiya və Cənubi Koreya qırıcı təyyarələrini havaya qaldırdı

Regionda Rusiya həyəcanı! Yaponiya və Cənubi Koreya qırıcı təyyarələrini havaya qaldırdı

17 Noyabr 2026 - 12:08
Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının iclasında iştirak edib

Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının iclasında iştirak edib

17 Noyabr 2026 - 12:00
Türkiyə Müdafiə Nazirliyi Milli Dirçəliş Günü münasibətilə Azərbaycanı təbrik edib

Türkiyə Müdafiə Nazirliyi Milli Dirçəliş Günü münasibətilə Azərbaycanı təbrik edib

17 Noyabr 2026 - 11:53
Səfir: Böyük Britaniya-Azərbaycan Strateji Tərəfdaşlıq Bəyannaməsi real faydalar vəd edir

Səfir: Böyük Britaniya-Azərbaycan Strateji Tərəfdaşlıq Bəyannaməsi real faydalar vəd edir

17 Noyabr 2026 - 11:49
İrandan Azərbaycana 50 kq narkotik keçirilməsinin qarşısı alınıb – FOTO

İrandan Azərbaycana 50 kq narkotik keçirilməsinin qarşısı alınıb – FOTO

17 Noyabr 2026 - 11:41
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.