Ermənilər balıq tutan Tərtər sakinini öldürdülər
Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində bir nəfər mülki şəxs ölüb
APA-nın məlumatına görə, Tərtər şəhər sakini Mübariz Əliyev Çaylı kəndi yaxınlığında Tərtər çayı sahilində balıq tutarkən Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən açdığı atəş nəticəsində öldürülüb.
Hadisə iyulun 18-də axşam saatlarında baş verib.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları meyitin hadisə yerindən çıxarılmasına çalışırlar.