“Erməni silahlılarının Qarabağda olması Azərbaycana sərf edir, çünki…”

102

“Qarabağda erməni silahlılarının olması və onların ordan çıxarılmaması faktı Azərbaycan üçün əlverişli vəziyyətdir”.

Bu fikirləri Elchi.az-a açıqlamasında BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov söyləyib.

Onun sözlərinə görə, hesab edək ki, erməni silahlıları ordan çıxarılıb və Qarabağdakı erməniləri ancaq rus sülhməramlı kontingenti qoruyur:

“Bu durumda Azərbaycanın həmin ərazilərə daxil olmaq üçün heç bir bəhanəsi olmayacaqdı. Amma indiki durumda Qarabağ ərazisində erməni qanunsuz silahlılarının olması, hansı ki bunu heç qanuni tərəfi də yoxdur, Azərbaycana hər an antiterror əməliyyatı keçirməyə bəhanə yaradır və bizim müdaxiləmizi haqlı edir.

Rus sülhməramlı kontingenti isə bu durumda neytral qalmağa borcludur. 10 noyabr müqaviləsinin şərtlərinə əsasən, əvvəla həmin silahlılar ərazidən çıxmalıdır, hərçənd ki, çıxarılma ifadəsini müqavilədə erməni tərəfi təmas xəttindən geri çəkilmə kimi də qələmə verir.

Azərbaycanın antiterror əməliyyatı keçirməsi isə müqavilə ilə rusların əl-qolunu bağlayır. Belə ki, müqavilədə bu durumda sülhməramlıların özlərini necə aparması barədə bənd yoxdur. Sülhməramlı ancaq iki ordunun arasında durmalı və atəşkəsi təmin etməlidir. Azərbaycanın müdaxiləsi durumunda onların müdaxilə hüququ yoxdur, əslində heç hərbi imkanı da yoxdur. Onlar yüngül silahlarla ehtiyac halında tam təchizatlı ordunun qarşısına çıxa bilməzlər. Azərbaycan zatən nöqtə əməliyyatlar keçirməklə düşməni zərərsizləşdirəcək”.

Yeganə