"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home Cebhe-banner

Erməni separatizminə aşiq olan BBC haqda SENSASİON FAKTLAR – Azərbaycan buna imkan verməyəcək…

04 Sentyabr 2023 - 18:22
in Cebhe-banner
FacebookVatsap

BBC-nin həm ingilisdilli, həm də azərbaycandilli bölməsi açıq şəkildə Qarabağdakı erməni separatizminə dəstək verir.
Böyük Britaniya separatizmdən əziyyət çəkən ölkələr sırasında öndə gedir.

Bunu da oxuyun

Erkən nikahlar sosial bəladır: Sosioloqdan ÇAĞIRIŞ

DSX: Gənc əsgərlərin andiçmə mərasimi keçirilib

“Biznes mühitinə kömək etməyin ən yaxşı yolu rəqabət mühiti yaratmaqdır” – Qüdrət Həsənquliyev

Təkcə bir faktı deyim ki, Böyük Britaniya İngiltərə, Şotlandiya, Şimali İrlandiya və Uelsdən ibarətdir. Bunlar fərqli xalqlardır və fərqli milli maraqlara malikdir. İngiltərə, Şotlandiya, Şimali İrlandiya və Uelsdə müxtəlif separatçı hərəkatlar var. Mən yalnız Şimali İrlandiya ilə bağlı bəzi faktları yada salacam.

İrlandiya adası XIII əsrdə ingilislər tərəfindən işğal edilib. Elə o vaxtdan da irlandların ingilis müstəmləkəsinə qarşı mübarizəsi başlayıb.

XX əsrin əvvəllərində Anqlo-İrland müharibəsi (1919-1921) oldu. Xalqın yaratdığı İrlandiya Respublikaçı Ordusu Britaniya İmperiyasına və İrlandiyadakı hərbi qüvvələrinə qarşı müharibəyə başladı. Nəticədə İrlandiya adası iki yerə bölündü. İrlandiya Respublikası müstəqil dövlətə çevrildi. Şimali İrlandiya isə Böyük Britaniyanın tərkibində qaldı.

Təbii ki, irland xalqı bu parçalanma ilə razılaşmadı. Şimali İrlandiyada İrlandiya Respublikası ilə birləşmək uğrunda mübarizəyə start verildi. Daha sonra bu, silahlı mübarizəyə döndü. İrlandiya Respublikaçı Ordusu (IRA) Böyük Britaniyaya qarşı terror aksiyalarına əl atdı.

IRA Britaniyanın yaratdığı beynəlxalq təzyiqlər və əks-təbliğat nəticəsində 2006-cı ildə öz fəaliyyətini rəsmən dayandırdı.
Müstəqil İrlandiya Respublikasında 5.1 milyon insan yaşayır. Böyük Britaniyanın tərkibində olan Şimali İrlandiyanın isə 1.9 milyon əhalisi var. İngilislər parçaladıqları irlandların birləşməsinə imkan vermirlər. Onu da qeyd edim ki, Böyük Britaniya Şimali İrlandiyanın İrlandiya Respublikasına birləşməsi uğrunda silahlı mübarizə aparan IRA-nı terrorçu təşkilat elan etmişdi. Deməli, ingilislər Şimali İrlandiyanın azadlığı uğrunda mübarizə aparan əlisilahlı mücahidləri terrorçu sayır. Ancaq Qarabağdakı silahlı dəstələri isə azadlıq mücahidi qismində təqdim edir.

Sirr deyil ki, Ermənistan mətbuatı hələ də “Dağlıq Qarabağ Müdafiə Ordusu” və ya “Artsax Müdafiə Nazirliyi” kimi ifadələrdən istifadə edir. 1992-ci ildə Şuşanın işğalı günündə rəsmən yarandığı elan olunan “Dağlıq Qarabağ Müdafiə Ordusu”nu yaradanlar sırasında məşhur erməni terror təşkilatı olan ASALA-nın əsasını qoyan Monte Melkonyanın olması da təsadüfi deyil.

Bəllidir ki, BBC Britaniya daxilində mövcud olan separatçı hərəkatlara qarşıdır və onlara qarşı ideoloji müharibə aparır. IRA-ya qarşı mübarizədə isə BBC xüsusi şöhrət qazanmışdı.

Ümumiyyətlə, Qərb ölkələrində separatizmlə bağlı son dərəcə ciddi problemlər var. Avropa İttifaqında 260-dan çox, ABŞ, Kanada və Meksikada onlarla separatçı təşkilat var.

Fikir vermisinizsə, heç bir Qərb ölkəsi Qərbdə olan separatçı təşkilatı müdafiə etmir. Niyə?

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi, əslən korsikalı olan Jozep Borel çıxışlarının birində bu suala belə cavab verir ki, Korsikada separatizmin qələbəsi Avropada “domino effekti” verəcək. Yəni bütün Avropa İttifaqı darmadağın olacaq.

Avropalılar özlərinə rəva görmədiklərini bizə rəva görürlər. Avropadan basa-basa gəlib Cənubi Qafqazda separatizmə, daha doğrusu, erməni separatizminə dəstək verirlər. Çünki Gürcüstanla bağlı vəziyyət fərqlidir. Orada Gürcüstandan ayrılmış Abxaziya və Cənubi Osetiya kimi separatçı bölgələrə qarşı çıxırlar. Gürcüstanın ərazi bütövlüyünü tanıdıqlarını bildirirlər.

Azərbaycanda isə vəziyyət xeyli fərqlidir. Rəsmən Azərbaycanın da ərazi bütövlüyünü tanıyırlar, o biri tərəfdən də erməni separatizminin ayaqda qalması üçün min bir fırıldağa əl atırlar…

Bir-iki kəlmə də BBC, “Azadlıq” və “Amerikanın səsi” haqqında deyim.

Azərbaycana bu tip radio yayınları lazım deyil!
Niyə lazım deyil? Çünki bu yayınlar bəlli ölkələrin dövlət maraqlarının təbliği ilə məşğuldur. Həmin ölkələrin maraqları ilə Azərbaycanın maraqları isə bir çox hallarda üst-üstə düşmür. Məsələn, BBC son yayımlarında erməni separatizminə dəstək verir. Ona görə də xarici ölkələrə məxsus bu kimi radio yayınlar Azərbaycanda qadağan olunmalıdır.

Bu sıraya Rusiyaya məxsus “Sputnik Azərbaycan” da salınmalıdır. Ümumiyyətlə, Azərbaycan ərazisində heç bir xarici dövlətin media orqanı mövcud olmamalıdır. Bu bizə lazım deyil.

Bizə lazım olan odur ki, Azərbaycan mediası daha çox müstəqil olsun. Yalnız və yalnız azad media Azərbaycan xalqının və dövlətinin maraqlarının keşiyində müsəlləh əsgər kimi dayana bilər. Bu, son dərəcə önəmli məsələdir. Çünki ölkəmiz fərqli dövlətlərin ideoloji basqısı altındadır. Azərbaycan heç bir halda yadelli ideoloji axınların poliqonuna çevrilə bilməz. Buna heç bir halda imkan vermək olmaz…


Elbəyi HƏSƏNLİ, SÜRİX

Previous Post

Erməni separatizminə aşiq olan BBC haqda SENSASİON FAKTLAR – Azərbaycan buna imkan verməyəcək…

Next Post

Polşa Rusiyadan qorxduğu üçün bu sahəyə  məhdudiyyət qoydu

Bənzər yazılar

Erkən nikahlar sosial bəladır: Sosioloqdan ÇAĞIRIŞ

Erkən nikahlar sosial bəladır: Sosioloqdan ÇAĞIRIŞ

22 Sentyabr 2026 - 13:39

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyi tərəfindən “Əvvəl bilik, sonra...

DSX: Gənc əsgərlərin andiçmə mərasimi keçirilib

DSX: Gənc əsgərlərin andiçmə mərasimi keçirilib

14 İyun 2026 - 15:30

Dövlət Sərhəd Xidmətinin (DSX) birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib. Bu barədə Elchi.az - a DSX-dən məlumat...

“Biznes mühitinə kömək etməyin ən yaxşı yolu rəqabət mühiti yaratmaqdır” – Qüdrət Həsənquliyev

“Biznes mühitinə kömək etməyin ən yaxşı yolu rəqabət mühiti yaratmaqdır” – Qüdrət Həsənquliyev

27 Aprel 2026 - 15:59

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında “Maliyyə icarəsi haqqında” qanun...

İsrail aviasiyası Tehranda “Bəsic” bölmələrinə zərbələr endirib

İsrail aviasiyası Tehranda “Bəsic” bölmələrinə zərbələr endirib

17 Mart 2026 - 20:13

İsrail Müdafiə Ordusu Tehranda "Bəsic" bölmələrinə zərbələr endirdiyini elan edib. Elchi.az  xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun sosial...

Next Post
Polşa Rusiyadan qorxduğu üçün bu sahəyə   məhdudiyyət qoydu

Polşa Rusiyadan qorxduğu üçün bu sahəyə  məhdudiyyət qoydu

Polşa Rusiyadan qorxduğu üçün bu sahəyə   məhdudiyyət qoydu

Polşa Rusiyadan qorxduğu üçün bu sahəyə  məhdudiyyət qoydu

Son xəbərlər

“Arzuxan bəy deputat olduğuna görə istintaqa təzyiq göstərilməməlidir” – Qüdrət Həsənquliyev

“Arzuxan bəy deputat olduğuna görə istintaqa təzyiq göstərilməməlidir” – Qüdrət Həsənquliyev

25 Oktyabr 2026 - 16:04
Qubadlı azadlığın və quruculuğun yeni dövrünü yaşayır

Qubadlı azadlığın və quruculuğun yeni dövrünü yaşayır

25 Oktyabr 2026 - 12:03
İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib

İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib

25 Oktyabr 2026 - 11:11
Azərbaycanın bir sıra rayonlarına qar yağıb, güclü yağışlar davam edir – Faktiki hava

Azərbaycanın bir sıra rayonlarına qar yağıb, güclü yağışlar davam edir – Faktiki hava

25 Oktyabr 2026 - 11:09
Alimlər insan bədənində ağciyər xərçənginə qarşı gizli mexanizm kəşf ediblər

Alimlər insan bədənində ağciyər xərçənginə qarşı gizli mexanizm kəşf ediblər

25 Oktyabr 2026 - 11:07
Barselonada iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb

Barselonada iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb

25 Oktyabr 2026 - 11:05
Pərvin Şakirqızı ilə “Rəsmilərin mövqeyi”: Sülh, regional güc balansı, Ermənistanın planları və Azərbaycanın təhlükəsizliyi

Pərvin Şakirqızı ilə “Rəsmilərin mövqeyi”: Sülh, regional güc balansı, Ermənistanın planları və Azərbaycanın təhlükəsizliyi

25 Oktyabr 2026 - 00:49
Çempionlar Liqası: “Judo Club 2012” növbəti mərhələdə

Çempionlar Liqası: “Judo Club 2012” növbəti mərhələdə

24 Oktyabr 2026 - 15:49
Azərbaycan şahmatçıları Avropa Kubokunda 2 medal qazandılar

Azərbaycan şahmatçıları Avropa Kubokunda 2 medal qazandılar

24 Oktyabr 2026 - 15:47
Niyaməddin Orduxanlı: “Azərbaycanın əzəli torpaqları zorla erməniləşdirilib” – VİDEO

Niyaməddin Orduxanlı: “Azərbaycanın əzəli torpaqları zorla erməniləşdirilib” – VİDEO

24 Oktyabr 2026 - 15:35
“Yaşıl enerji dəhlizi”nə investisiyalar 22,1 mlrd. avro həcmində qiymətləndirilib

“Yaşıl enerji dəhlizi”nə investisiyalar 22,1 mlrd. avro həcmində qiymətləndirilib

24 Oktyabr 2026 - 14:50
Sabah leysan olacaq, şimşək çaxacaq – XƏBƏRDARLIQ

Sabah leysan olacaq, şimşək çaxacaq – XƏBƏRDARLIQ

24 Oktyabr 2026 - 14:48
ABŞ, Ukrayna və Rusiya arasında danışıqlar üçün yeni məkan müəyyən edilib

ABŞ, Ukrayna və Rusiya arasında danışıqlar üçün yeni məkan müəyyən edilib

24 Oktyabr 2026 - 14:07
İnfantino və AFFA rəhbərliyi Hövsan Yarış Kompleksini ziyarət ediblər

İnfantino və AFFA rəhbərliyi Hövsan Yarış Kompleksini ziyarət ediblər

24 Oktyabr 2026 - 13:43
Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib

Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib

24 Oktyabr 2026 - 13:34
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.