Erməni nazir Tehranda: 3 milyardlıq “hədəf”

60

Ermənistan və İran iki ölkə arasında illik ticarət dövriyyəsini 3 milyard dollara qaldırmalıdır.
Elchi.az xəbər verir ki, bu fikirləri Tehranda səfərdə olan Ermənistan maliyyə naziri Tiqran Xaçatryan və iranlı həmkarı Ehsan Xanduzi bölüşüb.
Hər iki nazir ikitərəfli ticarətin həcminin beş milyon tona çatdırılmasının, eləcə də iki tərəf arasında maliyyə, bank, ticarət və gömrük əlaqələrinin genişləndirilməsi və asanlaşdırılmasının vacibliyini vurğulayıblar.
“Prezident İbrahim Rəisinin hökuməti Qafqaz regionu ilə bağlı çox ciddi siyasət yürüdür və ümid edirəm ki, iki ölkə liderlərinin (Paşinyan və Rəisinin 1 noyabrda görüşü – red.) görüşündə qarşıya qoyulan 3 milyard dollarlıq hədəfə nail olunacaq”, – iranlı nazir bildirib. .
Qeyd edilib ki, 2021-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 25% artıb, bu il isə 40% artacağı gözlənilir.