Erməni bloger: “Ruben Vardanyan, bu cür blokada var, bəs niyə arıqlamamısan?” – VİDEO

8

“Ruben Vardanyan, bu cür blokadada niyə arıqlamamısan?”.

Elchi.az xəbər verir ki, erməni bloger, jurnalist Roman Baqdasaryan Ruben Vardanyanın “işindən” danışıb.

“Ruben Ermənistanın pullarını xərcləyir. O, kiməsə havayı çörək verən deyil. Vardanyan uğursuz adamdır.

Ruben, sən ki, “krutoy” adamsan, dirçəlt Qarabağı, yoluna qoy hər şeyi. Nədir, bacarmırsan?

Onda yığ şələ-küləni, rədd ol get Rusiyaya. Sən xeyirsiz adamsan. 6 aydır Qarabağdasan, heç nə etməmisən. Bütün günü yeyib, içib, Xankəndidə kabinetdə oturursan. Qarabağın bircə sakini deyə bilməz ki, sən nəsə bir iş görmüsən. Altı ayda qışqırıb, bağırmaqdan başqa heç nə etməmisən. Budurmu sənin işin?

Axırıncı sualıma cavab ver. Bu cür blokadadır, bəs sən niyə arıqlamırsan?”, – deyə Baqdasaryan bildirib.(konkret.az)