Ərdoğanın heykəli yandırıldı

221

Ankaranın NATO-ya üzv olmaq üçün müraciətinin təsdiqini gözləyən İsveçdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın heykəli yandırılıb. Elchi.az xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Şafak” nəşri məlumat yayıb.

Bildirilir ki, aksiya Stokholmun mərkəzində, İsveç parlamentinin binası qarşısında baş tutub. Yanğın zamanı şəhər polisi olub və heç bir tədbir görməyib.

PKK tərəfdarlarının da aksiyaya icazə verildiyini bildirən pankartla görüntüləndiyi qeyd edilir.

Havar Şəfiyeva