Ərdoğan: "Türkiyə artıq İsraillə fəal ticarət əlaqələri saxlamır"

🗓 24.04.2024 20:00 ✍️ "Elçi" qəzeti
Ərdoğan: "Türkiyə artıq İsraillə fəal ticarət əlaqələri saxlamır"
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Almaniya prezidenti Frank-Valter Ştaynmayerlə keçirdiyi mətbuat konfransında bildirib ki, Ankara artıq İsraillə fəal ticarət əlaqələri saxlamır. Elchi.az bu barədə Trthaber.com-a istinadən xəbər verir. Ərdoğan əlavə edib ki, Qəzzada 40 mindən çox insanın ölümünə və 75 mindən çox insanın yaralanmasına görə məsuliyyət daşıyan İsraillə ticarət əlaqələrini saxlamaq mümkün deyil. Xatırladaq ki, Türkiyənin Ticarət Nazirliyi aprelin 9-da İsrailə qarşı ticarət sanksiyaları tətbiq edərək, 54 məhsul qrupu və 1019 məhsulu məhdudlaşdırıb. Yeganə

Bənzər yazılar