Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinə Ankaranın Ukrayna üzrə istənilən formatda danışıqları qəbul etməyə hazır olduğunu bildirib, həmçinin enerji obyektlərinə və limanlarına hücumların dayandırılması ilə qismən atəşkəs ideyasını dəstəkləyib.
Elchi.az xəbər verir ki, bu barədə Türkiyə liderinin ofisi onun Türkmənistanda Rusiya prezidenti ilə görüşündən sonra məlumat yayıb.
“Prezidentimiz bəyan edib ki, Ukrayna-Rusiya müharibəsinin ədalətli və davamlı sülhlə başa çatması üçün səylər böyük əhəmiyyət kəsb edir. O, hər iki tərəf üçün praktiki əhəmiyyət kəsb edən sahələrdə irəliləyişə nail oluna biləcəyinə inanır. O, həmçinin enerji obyektlərinə və limanlara zərbələri məhdudlaşdıran məhdud atəşkəsin faydalı ola biləcəyini bəyan edib”, – ofisin bəyanatında deyilir.
Türkiyə lideri həmçinin ölkəsinin münaqişəyə son qoymağa yönəlmiş danışıqlar prosesini yaxından izlədiyinə işarə edərək, “bu proses çərçivəsində Türkiyənin bütün formatlarda danışıqları qəbul edə biləcəyini” bildirib.
Məryəm





















