Ərdoğan NATO ilə taxıl müqaviləsini müzakirə edəcək

100

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyası çərçivəsində NATO-nun baş katibi Yens Stoltenberqlə taxıl müqaviləsini və Ukraynadakı vəziyyəti müzakirə edəcək. Elchi.az bu barədə Türkiyə prezident administrasiyasındakı mənbəyə istinadən xəbər verir.

“Cənab Prezident Nyu Yorkdakı Türk Evində NATO-nun baş katibi Yens Stoltenberqi qəbul edəcək. Hazırkı gündəm müzakirə olunacaq, bura , Ukraynadakı vəziyyət, Qara dəniz taxıl təşəbbüsü və təbii ki, Türkiyə ilə NATO arasında əməkdaşlıq aiddir ”, – deyə Ərdoğanın ofisindən bildiriblər.

Bundan əvvəl Ərdoğanın Rusiya prezidenti Vladimir Putinlə yeni söhbət planlaşdırdığı məlum olub. Qeyd edilir ki, Ərdoğan ABŞ-dan qayıdandan sonra danışıqların baş tutması ehtimalı yüksəkdir və o, BMT-nin baş katibi Antonio Quterreş və digər liderlərlə taxıl sazişinin bərpası ilə bağlı konkret təklifləri müzakirə edəcək.

Havar Şəfiyeva