Ərdoğan ABŞ-yə səfər edə bilər

🗓 29.05.2025 13:16 ✍️ "Elçi" qəzeti
Ərdoğan ABŞ-yə səfər edə bilər

Türkiyə xarici işlər naziri Hakan Fidan Prezident Rəcəb Tayyib Ərdoğanın ABŞ-yə səfər etməsi barədə danışıb.

Elchi.az xəbər verir ki, o, bu barədə “Milliyet” qəzetinə bildirib.

O qeyd edir ki, ABŞ Prezidenti Donald Trampın Türkiyəyə səfər etmək imkanı da var.

"Ərdoğan və Trampın səfər təqvimi üzərində iş davam edir. Prezidentimiz Vaşinqtona səfər edə bilər. Donald Trampın Türkiyəyə səfəri də mümkündür. Səfərdən əvvəl onlar Haaqada keçiriləcək NATO sammitində (24-25 iyun) görüşə bilərlər. Onlar tez-tez telefonla danışırlar, apardıqları danışıqlar son dərəcə məhsuldardır", - H.Fidan qeyd edib.

Qeyd edək ki, mayın 5-də Ərdoğan Trampla telefon danışığından sonra Ağ Ev rəhbərinin onu ABŞ-yə səfərə dəvət etdiyini bildirib. Belə bir səfərin tarixi hələ məlum deyil. Bununla belə, Türkiyə KİV-i səfərin iyun ayında baş tuta biləcəyini istisna etmir.

Bənzər yazılar