Bəstəkar-müğənni EMİN (Emin Ağalarov) sosial şəbəkədə yeni fotosu paylaşıb.
ANS PRESS-in məlumatına görə Emin öz rəsmi “İnstagram” səhifəsinə Amerikanın məşhur müğənnisi Enriki İqlesiasla çəkdiyi fotonu qoyub.
Məşhur azərbaycanlı fotonu “şoudan beş dəqiqə əvvəl” şərhi ilə paylaşıb.
Həmin foto qısa müddət ərzində EMİNi təqib edən izləyicilər tərəfindən çox sayda “like” toplayıb.
Qeyd edək ki, Enriki İqlesiasın dünən Mosvanın “Crocus City Hall” konsert zalında anşlaqla keçən möhtəşəm konserti olub. Emin Ağalarov da həmin konsertdə tamaşaçı kimi iştirak edib.