"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home HADİSƏ

“Emin 444”ün qətlinə görə dünya çempionu tutuldu – “78 bıçaq vurublar”

16 May 2019 - 09:52
in HADİSƏ, MANŞET
FacebookVatsap

Binəqədi rayonunda törədilən, son illərin ən qəddar cinayət əməli ilə bağlı hüquq-mühafizə orqanları araşdırmaları davam etdirirlər. İstintaq-əməliyyat tədbirləri nəticəsində “Emin 444” ləqəbi ilə tanınan Masallı sakini, 1988-ci il təvəllüdlü Emin Ehtiram oğlu Səfərovun qətlində adı sifarişçi kimi keçən kikboks üzrə dünya çempionu Zaur Yusifov mayın 14-də həbs olunub.

Bunu da oxuyun

“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun” – Qüdrət Həsənquliyev

Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun”-Qüdrət Həsənquliyev

Elchi.az  xəbər verir ki, bu haqda “Yeni Müsavat”a daxil olan məlumatı Binəqədi Rayon Prokurorluğundan təsdiqləyiblər. Bildiriblər ki, hazırda qətllə bağlı istintaq davam edir. Qəddar qətldə iştirak etmiş şəxslərin dairəsinin müəyyən olunması və hər bir iştirakçının istintaqa cəlb edilməsi üçün intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Öldürülən Emil Səfərovun anası Məlahət Səfərova qətllə bağlı açıqlama verib, baş prokuror Zakir Qaralova müraciət ünvanlayıb: “Mənim oğluma qarşı cinayətin təşkilatçısı Zaur Yusifovun atasıdır. Oğlumun qətlinin planını Zaur Yusifov cızıb, atası Əli Yusifov oğlumun aldadılaraq onların qapısına aparılmasını təşkil edib. Zaurun bacısı oğlu Vüqar, Zaurun qardaşı Zamin cinayətin iştirakçılarıdır. Bunun şahidləri də var. Oğluma 78 bıçaq vurublar”.

Məlahət Səfərova deyir ki, oğlunun qətlindən əvvəl oğlu Emin Səfərovla Zaur Yusifovun arasında mübahisə olub: “Hadisədən bir neçə saat əvvəl Zaur oğlum Emillə mübahisə edib. Emil ona deyib ki, sələm məsələsini yığışdır. Camaatı incitməyin. Bundan bir neçə saat sonra Zaurun atası Əli oğlumun yanına gəlib. Həmin vaxt oğlum dostları ilə 6-cı mikrorayonda parkın qarşısında olub. Əli oğluma deyib ki, Emin, gəl gedək əmi-bala söhbət edək. Bunun şahidləri Eminin dostlarıdır. Onlar maşına minib birgə getmək istəyiblər. Əli Yusifov deyib ki, siz maşından düşün. Orada kamera var. Şahidlər gedib ifadə də veriblər. Bu gün Əli Yusifov ortalıqda gəzir. Bu adam oğluma qarşı cinayətin birbaşa təşkilatçısı, iştirakçısıdır. Zakir Qaralovdan xahiş edirəm, bu işi nəzarətə götürsün”.

Məlahət Yusifova deyir ki, Həsən Tağıyev Yusifovların işlərini görən adamdır: “Həsən bədbəxt adamdır. Onu məcbur ediblər, cinayəti boynuna götürüb. Həsən Zaur Yusifovdan asılı adamdır. Zaur onu məcbur edib və o da bu cinayəti boynuna götürüb. Amma bir balaca araşdırma apardılar, gördülər ki, Həsən, sadəcə, iştirakçıdır. O,  boynuna alıb ki, Zamin Eminin maşınında arxa oturacağa əyləşdi. İpi Emilin boynuna atıb. Bundan sonra atası Əli Emilin üzünə sillə vurub. Zaur bıçaqla vurmağa başlayıb. Emin maşından düşmək üçün cəhd göstərirmiş. Zaur başlayıb daha tez-tez vurmağa. Bundan sonra Zaur Həsənə də qışqırıb ki, sən də vur. O da bıçaqla vurmağa başlayıb. Həsən Zaurun uşaqlarını məktəbə aparan, həyətində yer belləyən adam idi. O deyib ki, Emini bıçaqlayandan sonra maşından düşürüblər. Yerdə olanda da Həsənə deyiblər ki, sən də vur. Bundan sonra da məcbur ediblər ki, 102-yə zəng vur, biz səni həbsdən qurtaracağıq. Həsən deyib ki, Zaur üstünə qışqırandan sonra Emilin ayağına və qoluna bir neçə bıçaq vurub. Həsənin bu ifadəsindən başqa şahidləri də var ki, cinayətdə Əli Yusifovun, Zamin Yusifovun, bacısı oğlu Vüqarın iştirak etdiyini – cinayəti əvvəldən axıra qədər görüblər. Xahiş edirəm ki, cinayət işini baş prokuror Zakir Qaralov şəxsi nəzarətinə götürsün. Əli Yusifov, onun qızının oğlu Vüqar, digər oğlu Zamin Yusifov cinayətin iştirakçılarıdır. Bu adamların həbsini tələb edirəm”.

Qeyd edək ki, mərhum Emin Səfərovun xalası oğlu Royal Əkbərov da bildirib ki, qətllə bağlı həbs olunan 1995-ci il təvəllüdlü Həsən Tağıyev qanlı cinayətin iştirakçısı olsa da, onunla Emin Səfərov arasında əvvəllər hər hansı bir mübahisə olmayıb: “Həsən Tağıyev 6-cı mikrorayonda kikboksçu Zaur Yusifovun adamı kimi tanınır. Onu ora-bura iş dalınca göndərirlər. Yəni bu cinayət Həsən Tağıyevin təşəbbüsü ilə törədilməyib. Cinayəti planlaşdıran, təşkilatçısı Zaur Yusifovdur, Eminin hadisədən əvvəl dəfələrlə mübahisəsi onunla olub. Səbəb də Zaurun kasıblara sələmə pul verib onları incitməsi idi”.

Qeyd edək ki, mayın 10-da Bakının Binəqədi rayonunda son illərin ən qəddar qətllərindən biri törədilib. 6-cı mikrorayon ərazisində yerləşən İsrafil Həşimov küçəsində Masallı sakini, 1988-ci il təvəllüdlü Emin Ehtiram oğlu Səfərov öldürülüb. Hadisə yerinə gələn hüquq-mühafizə orqanları əməkdaşları Emin Səfərovun qan gölməçəsinin içində meyitini aşkar ediblər. Meyitdən bir qədər aralıda  Həsən Tağıyev bıçaq dizinin üstündə yerdə oturubmuş. Hadisənin digər iştirakçıları isə orada olmayıblar. Hadisədən sonra Zaur Yusifovun atası Əli Yusifov Kliniki Tibbi Mərkəzə  müraciət edib. Onun qolunda bıçaq yarası olub. Mərhum Emin Səfərovun yaxınları deyir ki, Əli Yusifovun qoluna yetirilən bıçaq xəsarətləri cinayətin izinin itirilməsinə xidmət edir.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci – qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb, istintaq davam edir.

Previous Post

“Emin 444”ün qətlinə görə dünya çempionu tutuldu – “78 bıçaq vurublar”

Next Post

Baş nazir orta ixtisas təhsili ilə bağlı qərar imzaladı

Bənzər yazılar

“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun”-Qüdrət Həsənquliyev

“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun” – Qüdrət Həsənquliyev

09 Oktyabr 2026 - 21:28

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Elchi.az müsahibəni təqdim edir: -...

Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

09 Oktyabr 2026 - 20:13

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı-Moskva-Bakı istiqamətində bir sıra reysləri müvəqqəti dayandırıb. Elchi.az bu barədə AZAL-a istinadən xəbər verir. Məlumata...

“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun”-Qüdrət Həsənquliyev

“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun”-Qüdrət Həsənquliyev

09 Oktyabr 2026 - 18:07

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Elchi.az müsahibəni təqdim edir: -...

Ceyranbatan qəsəbəsində yaşayış binasında yanğın baş verib

Ceyranbatan qəsəbəsində yaşayış binasında yanğın baş verib

09 Oktyabr 2026 - 17:48

Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən...

Next Post
Baş nazir orta ixtisas təhsili ilə bağlı qərar imzaladı

Baş nazir orta ixtisas təhsili ilə bağlı qərar imzaladı

Baş nazir orta ixtisas təhsili ilə bağlı qərar imzaladı

Baş nazir orta ixtisas təhsili ilə bağlı qərar imzaladı

Son xəbərlər

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

09 Oktyabr 2026 - 23:48
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

09 Oktyabr 2026 - 23:20
Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

09 Oktyabr 2026 - 23:11
Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

09 Oktyabr 2026 - 23:07
İran Hörmüz boğazından kənarda tankerlərə hücumları genişləndirib

İran Hörmüz boğazından kənarda tankerlərə hücumları genişləndirib

09 Oktyabr 2026 - 23:01
Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşüb

Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşüb

09 Oktyabr 2026 - 22:59
“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun”-Qüdrət Həsənquliyev

“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun” – Qüdrət Həsənquliyev

09 Oktyabr 2026 - 21:28
Netanyahu Tramp administrasiyasının BCM-ə qarşı sanksiyalar tətbiq etmək qərarını dəstəkləyib

Netanyahu Tramp administrasiyasının BCM-ə qarşı sanksiyalar tətbiq etmək qərarını dəstəkləyib

09 Oktyabr 2026 - 20:26
ABŞ Prezidenti dizel yanacağının qiymətlərinin kəskin şəkildə aşağı düşəcəyini bəyan edib

ABŞ Prezidenti dizel yanacağının qiymətlərinin kəskin şəkildə aşağı düşəcəyini bəyan edib

09 Oktyabr 2026 - 20:22
Çində mədənlərdə baş vermiş ağır qəzalarla əlaqədar 41 nəfər azadlıqdan məhrum edilib

Çində mədənlərdə baş vermiş ağır qəzalarla əlaqədar 41 nəfər azadlıqdan məhrum edilib

09 Oktyabr 2026 - 20:20
Ukraynanın 4 vətəndaşı Vyanada casusluq şübhəsi ilə saxlanılıb

Ukraynanın 4 vətəndaşı Vyanada casusluq şübhəsi ilə saxlanılıb

09 Oktyabr 2026 - 20:17
Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

09 Oktyabr 2026 - 20:13
Azərbaycanda 9 ayda doğulan uşaqların sayı açıqlandı

Azərbaycanda 9 ayda doğulan uşaqların sayı açıqlandı

09 Oktyabr 2026 - 19:26
Dünyanın ən bahalı 10 futbolçusu açıqlandı

Dünyanın ən bahalı 10 futbolçusu açıqlandı

09 Oktyabr 2026 - 19:12
11 uşaqda allergiya: TƏBİB araşdırmalara başladı

11 uşaqda allergiya: TƏBİB araşdırmalara başladı

09 Oktyabr 2026 - 19:04
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.