"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home HADİSƏ

“Emil 444”ü 6 nəfər öldürüb -Qəddar qətlin ilginc təfərrüatları

13 May 2019 - 13:19
in HADİSƏ
FacebookVatsap

Bakının Binəqədi rayonunda baş vermiş son illərin ən qəddar qətlinin təfərrüatları bəlli olub. “Emin 444″ ləqəbi ilə tanınan Masallı sakini, 1988-ci il təvəllüdlü Emin Ehtiram oğlu Səfərovun qətlində 1 nəfər deyil, 6 nəfər iştirak edib, qətldə bir neçə bıçaqdan istifadə olunması da bunu təsdiqləyən məqamlardandır.
Mərhumun xalası oğlu Royal Əkbərov “Yeni Müsavat” əməkdaşına bildirib ki, qətllə bağlı həbs olunan 1995-ci il təvəllüdlü Həsən Mərdan oğlu Tağıyev qanlı cinayətin iştirakçısı olsa da, onunla Emin Səfərov arasında əvvəllər hər hansı bir mübahisə olmayıb: “Həsən Tağıyev 6-cı mikrorayonda kikboksçu Zaur Əli oğlu Yusifovun adamı kimi tanınır. Onu ora-bura iş dalınca göndərirlər. Yəni bu cinayət Həsən Tağıyevin təşəbbüsü ilə törədilməyib. Cinayəti planlaşdıran, təşkilatçısı Zaur Yusifovdur, Eminin hadisədən əvvəl dəfələrlə mübahisəsi onunla olub. Səbəb də Zaurun kasıblara sələmə pul verib onları incitməsi idi”.
Royal Əkbərov deyir ki, hadisədən 10 gün əvvəl Emin Səfərovla Zaur Yusifov arasında sələm məsələsinə görə daha bir mübahisə olub: “Emin cinayət aləminin üzvü deyildi, sadəcə kasıb, imkansız adamların əzilməsinə dözmürdü, o, sözünü deyən idi. Onun üçün qarşısındakının kim olmasının fərqi yox idi. Haqq bildiyini deyərdi. Zaura da irad bildirirdi ki, sələm verib adamların telefonlarını belə əllərindən alırsan, belə işlər eləmə. Emin həbsdən 15 gün əvvəl çıxmışdı. Çıxandan 5 gün sonra yenə də Zaurla qarşılaşmışdı, mübahisələri olmuşdu. Zaur Yusifova irad bildirmişdi ki, ehtiyacı olan insanlara sələmə pul verib onları incitmə. Emin Zaura demişdi ki, kasıb uşaqlaırn telefonunu əllərindən alıb sələmə pul verirsən, onlar da mənim üstümə gəlirlər. Belə işlər görmə. Bu söhbətdən sonra Zaur evə gedib, qardaşı Hacı Zamiq Eminin üstünə ”Vinçestr” silahla gəlib. Zaurun qardaşı götürüb Eminin qardaşı Elçinə mesaj yazıb, ona deyib ki, biz Eminlə ölümə, qana gedirik. Bu söhbət hadisədən 10 gün əvvəl olub.
Söhbət orada bağlanıb. Bundan sonra Eminə xəbər çatıb ki, Zaur orda-burda onu öldürəcəyi ilə bağlı danışır. Deyir ki, pulum da, adamlarım da var, Emini ortadan götüzdürəcəyəm. Hadisə olan günü Emin dostları ilə 6-cı mikrorayonda parkın qabağında dayanıb. Evə də zəng edib ki, yemək hazırlayın, gəlirəm, çörək yeyim gedək dəniz kənarına. Övladı olmalı idi. Emin həbsdən 15 gün idi ki, çıxmışdı. Parka Zaurun atası Əli Yusifov gəlib. Əli Eminə deyib ki, gəl otur maşına, gedək Zaurla söhbət edək, sizi barışdırım. Bu söhbətlər qurtarsın. Emin də yaşlı adam olduğuna görə Əlinin sözünü yerə salmayıb, onun dediyini edib. Maşına minmək istəyən dostlarına da deyib ki, narahat olmayın, ağsaqqal adamdır, onunla gedirəm. Dostlarını zorla maşından düşürüb”.

Bunu da oxuyun

Bakıda məktəbli qətlə yetirilib, sinif yoldaşı tutulub

Siyəzəndə narkotiklə bağlı 14 nəfər saxlanılıb

Azad edilmiş ərazilərdə daha 285 mina, 838 PHS aşkarlanıb

Zaur Yusifov.jpg (72 KB)

Royal Əkbərov deyir ki, Zaur Yusifov əvvəllər adam bıçaqladığına görə həbsdə olub: “Eminin ağlına belə gəlməyib ki, belə iş tutarlar, ağsaqqal adamı qabağa verib belə bir cinayət törədərlər. Bu adamlar əvvəlcədən cinayəti planlaşdırıblar. Parkın qabağına Əli Yusifov yox, elə həmin Həsən, başqa biri cavan adam gəlib Emini çağırsaydı, Emin ora tək getməzdi. Zaur da, qardaşı Zamiq də Eminin xasiyyətini bilirdilər. Onun böyük-kiçik yeri bildiyindən xəbərdar idilər. Ona görə də ağsaqqallarını qabağa veriblər. Emini aldadıb evlərinin qabağına aparıblar ki, desinlər ki, guya Emin onların üstünə gəlib, bunlar da özlərini belə müdafiə ediblər. Eminin parkın yanında dayanıb dostları ilə söhbət etdiyi yerdə onlara Əli Yusifovun yaxınlaşmasını təsdiq edən kamera görüntülərini çıxarıb baxsınlar. Bu cinayət əvvəldən planlı şəkildə törədilib”.
R.Əkbərov deyir ki, Emin Səfərov Əli Yusifovla onların qapısının qarşısına çatanda orada 5-6 nəfərin dayandığını görüb: “Zaur, Zamiq və başqaları miniblər maşına, trosu atıblar Eminin boynuna, onu boğublar. Soldan qoluna bıçaqla vurublar. Buna baxmayaraq Emin maşından düşə bilib. Onlara qışqırıb deyirmiş ki, kişisizsə, tək-tək gəlin. Əliyə də deyib sənin ağsaqqal olmağına inandım. Onun bədənində müxtəlif bıçaqların izləri var. Ona 41 yox, 78 bıçaq vurublar. Boğazında trosun izi də qalıb. Zaur, qardaşı Zamiq, bacısı uşaqları, Həsən, ataları Əli Yusifov və başqa şəxs olub orada. Əli Yusifovun əlinə də bıçaqla  2-3 yara vurublar, bunu da iz azdırmaq üçün ediblər. Hadisənin şahidləri də var. Tutulan yalnız Həsən Tağıyevdir, faktiki isə Emini qrup şəklində öldürüblər.  Bu işi əvvəldən planlaşdırıblar. Emini 6 nəfər öldürüb, 1 nəfər tutulub”.

Emil 444 ile ilgili görsel sonucu

Royal Əkbərov deyir ki, Emin Səfərovun ailəsi bu cinayətin ədalətli və obyektiv araşdırılmasını tələb edir: “Cinayəti törədən digər 5 nəfərin də istintaqa cəlb edilməsini istəyirik”. 
Qeyd edək ki, mayın 10-da Bakının Binəqədi rayonunda son illərin ən qəddar qətllərindən biri törədilib. 6-cı mikrorayon ərazisində yerləşən İsrafil Həşimov küçəsində Masallı sakini, 1988-ci il təvəllüdlü Emin Ehtiram oğlu Səfərov öldürülüb. Hadisə yerinə gələn hüquq-mühafizə orqanları əməkdaşları Emin Səfərovun qan gölməçəsinin içində meyitini aşkar ediblər. 61 yaşlı Əli Məhəmməd oğlu Yusifov çoxsaylı bıçaq xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. İlkin araşdırmalar zamanı məlum olub ki, mübahisə zəminində bir neçə nəfər arasında dava olub. Həmin vaxt  Əli Yusifov tərəfləri ayırmağa çalışıb və o da, Emin Səfərov kimi bıçaq xəsarətlərinə məruz qalıb. Hətta ən təcrübəli kriminalistlər Emin Səfərovun qətlindəki qəddarlığın dərəcəsinə təəccüb ediblər. Qanlı hadisə ilə əlaqəli Naxçıvanın Şərur rayonunda anadan olmuş, paytaxtın Binəqədi rayonu, Həmzə Babaşov küçəsində kirayədə yaşayan, 1995-ci il təvəllüdlü Həsən Mərdan oğlu Tağıyevi saxlayıblar. Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsənin 120-ci – qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.

Previous Post

“Emil 444”ü 6 nəfər öldürüb -Qəddar qətlin ilginc təfərrüatları

Next Post

Kəlbəcərin kəndindəki kətə festivalına 12 min erməni toplaşdı…-VİDEO

Bənzər yazılar

Bakıda məktəbli qətlə yetirilib, sinif yoldaşı tutulub

Bakıda məktəbli qətlə yetirilib, sinif yoldaşı tutulub

05 Oktyabr 2026 - 17:56

Bakıda qətl hadisəsi baş verib. Elchi.az-ın xəbərinə görə, hadisə Nizami rayonu ərazisində yerləşən məktəbin yaxınlığında baş verib.   Məlumata görə,...

Siyəzəndə narkotiklə bağlı 14 nəfər saxlanılıb

Siyəzəndə narkotiklə bağlı 14 nəfər saxlanılıb

05 Oktyabr 2026 - 16:38

Siyəzəndə 6 kiloqram narkotik vasitə aşkarlanıb. Elchi.az DİN-ə istinadən xəbər verir ki, Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin...

Azad edilmiş ərazilərdə daha 285 mina, 838 PHS aşkarlanıb

Azad edilmiş ərazilərdə daha 285 mina, 838 PHS aşkarlanıb

05 Oktyabr 2026 - 14:48

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (28.09.2026-04.10.2026) məlumat açıqlanıb. Azərbaycan Respublikasının...

Qanunsuz saxlanılan silah-sursat aşkarlanıb

Qanunsuz saxlanılan silah-sursat aşkarlanıb

05 Oktyabr 2026 - 10:32

Oktyabrın 3-də və 4-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 tüfəng, 1 patron darağı və 279 ədəd müxtəlif...

Next Post
Kəlbəcərin kəndindəki kətə festivalına  12 min erməni  toplaşdı…-VİDEO

Kəlbəcərin kəndindəki kətə festivalına 12 min erməni toplaşdı...-VİDEO

Kəlbəcərin kəndindəki kətə festivalına  12 min erməni  toplaşdı…-VİDEO

Kəlbəcərin kəndindəki kətə festivalına 12 min erməni toplaşdı...-VİDEO

Son xəbərlər

Zelenski: Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarının da olduğu Türkiyə gəmisini dronla vurub

Zelenski: Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarının da olduğu Türkiyə gəmisini dronla vurub

05 Oktyabr 2026 - 20:03
AMADA “Zirə”nin aşağı yaş qruplarından ibarət komandaları üçün seminar keçirib

AMADA “Zirə”nin aşağı yaş qruplarından ibarət komandaları üçün seminar keçirib

05 Oktyabr 2026 - 19:54
İsrailin 27 diplomatı Böyük Britaniyadan çıxarıla bilər

İsrailin 27 diplomatı Böyük Britaniyadan çıxarıla bilər

05 Oktyabr 2026 - 19:53
ISNA: Hörmüz boğazında LPG daşıyan gəmi hücuma məruz qalıb

ISNA: Hörmüz boğazında LPG daşıyan gəmi hücuma məruz qalıb

05 Oktyabr 2026 - 19:48
Prezidentin sosial şəbəkə hesablarında Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışından paylaşım edilib

Prezidentin sosial şəbəkə hesablarında Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışından paylaşım edilib

05 Oktyabr 2026 - 19:23
Türkiyə tarixində bir ilk: Ardanın qiyməti rekord həddə çatdı

Türkiyə tarixində bir ilk: Ardanın qiyməti rekord həddə çatdı

05 Oktyabr 2026 - 19:17
AAYDA: Məmmədli qəsəbəsində yolun bərpası üçün öncə su problemi həll olunmalıdır

AAYDA: Məmmədli qəsəbəsində yolun bərpası üçün öncə su problemi həll olunmalıdır

05 Oktyabr 2026 - 19:08
Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri görüşüb

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri görüşüb

05 Oktyabr 2026 - 18:57
Ceyhun Bayramov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Ceyhun Bayramov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

05 Oktyabr 2026 - 18:45
ƏƏSMN: Prezidentin yeni Fərmanı övladlığagötürmə prosesinin daha əlçatan olmasına imkan yaradır

ƏƏSMN: Prezidentin yeni Fərmanı övladlığagötürmə prosesinin daha əlçatan olmasına imkan yaradır

05 Oktyabr 2026 - 18:37
Hikmət Hacıyev Ukrayna Ombudsmanı ilə görüşüb, humanitar məsələlər müzakirə olunub

Hikmət Hacıyev Ukrayna Ombudsmanı ilə görüşüb, humanitar məsələlər müzakirə olunub

05 Oktyabr 2026 - 18:23
Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

05 Oktyabr 2026 - 18:11
Bakıda məktəbli qətlə yetirilib, sinif yoldaşı tutulub

Bakıda məktəbli qətlə yetirilib, sinif yoldaşı tutulub

05 Oktyabr 2026 - 17:56
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib – YENİLƏNİB

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib – YENİLƏNİB

05 Oktyabr 2026 - 17:49
Azərbaycan hərbçiləri Pakistanda təlimlərdə iştirak edib

Azərbaycan hərbçiləri Pakistanda təlimlərdə iştirak edib

05 Oktyabr 2026 - 17:38
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.