Xəbər verdiyimiz kimi, Ermənistan parlamentinin sədri Alen Simonyan bu gün əməliyyat olunub. Onun əlində problem olduğu üçün ikiqat əməliyyat olunub.
Elchi.az-ın Hraparak.am-a istinadən məlumatına görə, əməliyyat zamanı ciddi fəsadlar yaranıb və həkimlər xəstənin vəziyyətini stabilləşdirmək üçün xeyli səy göstəriblər.
Əməliyyatdan çıxandan sonra Simonyanın vəziyyəti yenidən pisləşib və narkozun mənfi təsirlərini azaltmaq üçün onu yatırtmalı olublar.
Hazırda Alen Simonyanın səhhətinin vəziyyəti qənaətbəxşdir, o, həkimlərin nəzarəti altındadır.
Yeganə
Həmçinin oxuyun: