"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Elxan Mehdiyev NATO tədbirinin Ermənistanda keçirilməsinə imkan vermədi

24 Noyabr 2015 - 10:59
in XƏBƏR LENTİ
FacebookVatsap
Azərbaycanlı politoloq NATO tədbirinin Ermənistanda keçirilməsinə imkan vermədi

Elxan Mehdiyevdən Brüsseldə qəti mövqe: “Mənim və mənimlə bərabər yüz minlərlə insanın həyatını məhv etmiş Ermənistanın siyasi rəhbərliyində oturan qatilləri və hərbi cinayətkarları görmək üçün İrəvana getməyəcəyəm”

Bunu da oxuyun

“Starlink”in fəaliyyətdə olan peyklərinin sayı 11,1 mini ötüb

Zəlzələlərin sürətli müəyyənləşdirilməsi sistemlərinin təkmilləşdirilməsi müzakirə edilib

Səudiyyə Ərəbistanında hücumlardan sonra “Şərq-Qərb” neft kəmərinin işi dayandırılıb

 
Atlantik Əməkdaşlıq Assosiasiyasının (ATA-Atlantic Treaty Association) Brüsseldə keçirilən builki iclası da qalmaqallı keçib. Bu barədə toplantının iştirakçısı, konfliktoloq Elxan Mehdiyev “Yeni Müsavat”a açıqlamasında bildirib. 
Belə ki, Ermənistan Atlantik Şurasının  Baş Məclisinin İrəvanda keçirilməsi təklifi gündəliyə salınıbmış. Bu da qalmaqalla müşayiət olunan müzakirələrə səbəb olub. E.Mehdiyevin sözlərinə görə, iki il öncə, 2013-cü ildə də 2015-ci ilin toplantısı üçün belə bir təklif edilibmiş. O zaman Azərbaycan və Türkiyə  nümayəndə heyətinin etirazı, üstəlik, şuranın dəstəyi ilə təklif rədd edilib.
E.Mehdiyev qeyd etdi ki, budəfəki iclasda da eyni cəhdlər olub. Noyabrın 18-də bu məsələ qoyulduqda, erməni tərəfi qeyd edib ki, guya 2015-ci il “həssas il” olduğundan həmin təklif rədd edilib. Üstəlik, ümidlə bildiriblər ki, bu dəfə onların təklifi müsbət qarşılanacaq. Guya ki, NATO-dakı strukturlar da artıq bu təklifin lehinədirlər. Erməni tərəfi öz növbəsində Azərbaycan nümayəndə heyətinə hər cür təhlükəsizlik təminatı verildiyini, istədiyi mövzuda çıxış etmək, dialoq aparmaq və sairlə bağlı şərait yaradılacağını da vəd edib. Bununla da hiyləgər gedişlərlə Qərb dünyasına xoş gələn mövzulardan söz açıb istəyinə nail olmaq istəyirmiş.
Lakin 2013-cü ildə olduğu kimi, bu dəfə də Azərbaycanı təmsil edən Elxan Mehdiyev erməni nümayəndə heyətinin arzusunu ürəyində qoyub. Belə ki, o, tədbirdə etiraz olaraq iki dəfə çıxış edib. Əslən işğal altındakı Qubadlı rayonundan olan politoloqun təsirli çıxışı düşmən ölkə təmsilçilərinin təklifinin reallaşmasına imkan verməyib. E.Mehdiyev deyib ki, “mənim  və mənimlə bərabər yüz minlərlə insanın həyatını məhv etmiş Ermənistanın siyasi rəhbərliyində oturan qatilləri və hərbi cinayətkarları görmək üçün İrəvana getməyəcəyəm”.
Daha sonra o, iştirakçılara müraciət edib: “Son 22 il göstərdi ki, erməni tərəfi dinc yolla torpaqlardan çıxmaq istəmir, əksinə, Azərbaycanın işğal altındakı ərazilərini qanunsuz olaraq məskunlaşdırır, kəndlər salır və işğal edilmiş əraziləri tamamilə Ermənistan ərazisi olaraq vahid xəritədə göstərir. Bu baxımdan, İrəvanda keçiriləcək hər hansı bu cür nüfuzlu toplantı oradakı siyasi və hərbi rəhbərliyə sakitcə dəstək mənası verəcək. ATA-nın bu işə getməsi onun və NATO-nun rəhbər tutduğu dəyərlərə tam ziddir və mən gözləmirəm ki, ATA bu işə qərar versin”.
Fakt qarşısında qalan qurum Azərbaycan nümayəndəsinin çıxışının ardınca qərarını verib. Belə ki, Azərbaycan Atlantik Assosiasiyasının ATA-dakı nüfuzu və dəstəyi sayəsində erməni tərəfinin təklifi yenidən rədd edilib. E.Mehdiyevin dediyinə görə, erməni nümayəndəsinin uzun-uzadı yenidən çərənləməsi heç bir dəstək tapmadıqda o, “bir nəfərin bütöv təşkilatın işini pozması və blok etməsi nə qədər qaydalara uyğundur” deyə, qurumu şantaja başlayıb. Lakin E.Mehdiyev deyir ki, bu, əslində bir nəfərin yox, böyük çoxluğun iradəsi əsasında qəbul etdiyi ədalətli qərar idi.
Elxan Mehdiyev deyir ki, erməni tərəf yenidən NATO Parlament Assambleyasının və başqa beynəlxalq tədbirlərin İrəvanda keçirildiyini əsas gətirib qurumun qərarına təkrar etiraz edib. Odur ki, bizim beynəlxalq təşkilatlardakı nümayəndə heyətlərimizin də davamlı şəkildə aktiv fəaliyyət göstərməsinə, ermənilərin arzularını ürəyində qoymasına ehtiyac var: “Gərək hər yerdə Azərbaycan nümayəndə heyəti bu tədbirlərin İrəvanda keçirilməsinə qarşı çıxsın. Bu etirazı, sadəcə, toplantı zamanı söyləməyin heç bir faydası yoxdur. Bu işi öncədən dostlar və tərəfdarlar arasında aparmaq, sonra isə hərəkətə keçmək lazımdır. Belə etməklə ermənilər izolə olunur və beynəlxalq birlik də onların cinayətlərindən xəbərdar olur, nəticədə Azərbaycan dəstəklənir”. E.Mehdiyev onu da bildirdi ki, o, əslində böyük bir iş gördüyünü düşünmür, sadəcə, vətəndaşlıq borcunu yerinə yetirib: “Mən demirəm ki, gedib bir kəndi azad etmişəm, ancaq bu da mənim bacardığım davadır və düşmənin siyasi izolyasiyasıdır”.
Yeri gəlmişkən, sözügedən təşkilata (AƏA-ya) NATO ölkələri və tərəfdaş ölkələrin atlantik şuraları daxildir. Atlantik şuralar generallar, admirallar, keçmiş səfirlər, siyasətçilər və alimlərdən ibarət olur. İldə bir dəfə qurumun Baş Məclisi və Şura iclası keçirilir. Şura həmişə Brusseldə, Baş Məclis isə əsasən, NATO ölkələrində keçirilir. Azərbaycan Atlantik Assosiasiyası AƏA-nın 1997-ci ildən üzvüdür. ATA Baş Məclisinin iclasında ənənəvi olaraq tədbir keçirilən dövlətin baş naziri və ya prezidenti, NATO baş katibi və ya müavini iştirak və çıxış edir.
AƏA-nın siyasəti NATO-nun siyasətini aparmaq və NATO-nun gündəmində olan məsələləri müzakirə etmək, NATO və tərəfdaş ölkələrdə qeyri-rəsmi NATO təşkilatı kimi çıxış etməkdir.
Previous Post

Elxan Mehdiyev NATO tədbirinin Ermənistanda keçirilməsinə imkan vermədi

Next Post

Kredit bataqlığında boğulan jurnalistlər…

Bənzər yazılar

“Starlink”in fəaliyyətdə olan peyklərinin sayı 11,1 mini ötüb

“Starlink”in fəaliyyətdə olan peyklərinin sayı 11,1 mini ötüb

13 Sentyabr 2026 - 11:00

Amerikanın qlobal internet əhatə dairəsinə malik "Starlink" orbital qruplaşmasında fəaliyyət göstərən peyklərin sayı 11,1 mini ötüb. Elchi.az xəbər verir ki,...

Zəlzələlərin sürətli müəyyənləşdirilməsi sistemlərinin təkmilləşdirilməsi müzakirə edilib

Zəlzələlərin sürətli müəyyənləşdirilməsi sistemlərinin təkmilləşdirilməsi müzakirə edilib

11 Sentyabr 2026 - 23:26

Avropa Seysmoloji Komissiyasının (ESC) 40-cı Baş Assambleyası çərçivəsində Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) Baş Assambleyasının iclası keçirilib. Bu barədə Elchi.az...

Səudiyyə Ərəbistanında hücumlardan sonra “Şərq-Qərb” neft kəmərinin işi dayandırılıb

Səudiyyə Ərəbistanında hücumlardan sonra “Şərq-Qərb” neft kəmərinin işi dayandırılıb

11 Sentyabr 2026 - 23:22

Sentyabrın 10-da səhər saatlarında baş verən bir neçə hücumdan sonra "Şərq-Qərb" neft kəmərinin Ər-Riyad və Mədinə ərazisindəki işi ehtiyat tədbiri...

Rusiyada yük maşını ilə mikroavtobus toqquşub, 10-dan çox insan ölüb

Rusiyada yük maşını ilə mikroavtobus toqquşub, 10-dan çox insan ölüb

11 Sentyabr 2026 - 23:20

Rusiyanın Arxangelsk vilayətinin Xolmoqor rayonunda avtobusla yük avtomobilinin toqquşması nəticəsində 12 nəfər ölüb. Bu barədə Elchi.az  "İzvestiya"ya istinadən xəbər verir....

Next Post

Kredit bataqlığında boğulan jurnalistlər...

Kredit bataqlığında boğulan jurnalistlər...

Son xəbərlər

Almaniyada Merzə qarşı üsyan qorxusu yaranıb

Almaniyada Merzə qarşı üsyan qorxusu yaranıb

13 Sentyabr 2026 - 12:51
Sabah Bakıda 31, rayonlarda 33 dərəcə isti olacaq

Sabah Bakıda 31, rayonlarda 33 dərəcə isti olacaq

13 Sentyabr 2026 - 12:35
“Starlink”in fəaliyyətdə olan peyklərinin sayı 11,1 mini ötüb

“Starlink”in fəaliyyətdə olan peyklərinin sayı 11,1 mini ötüb

13 Sentyabr 2026 - 11:00
Diqqət! Bakıda bu yollar bağlıdır

Diqqət! Bakıda bu yollar bağlıdır

13 Sentyabr 2026 - 10:21
Müəllimlərin sertifikatlaşdırılmasında növbəti mərhələ BAŞLAYIR

Müəllimlərin sertifikatlaşdırılmasında növbəti mərhələ BAŞLAYIR

13 Sentyabr 2026 - 10:00
“Sabah” və “Qarabağ” Çempionlar Liqasında tarixə düşdülər

“Sabah” və “Qarabağ” Çempionlar Liqasında tarixə düşdülər

12 Sentyabr 2026 - 18:31
Hikmət Hacıyev: Kəlbəcər Azərbaycanın və dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir – FOTO

Hikmət Hacıyev: Kəlbəcər Azərbaycanın və dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir – FOTO

12 Sentyabr 2026 - 17:55
Tramp: “İranla razılaşmaya can atmıram”

ABŞ Prezidenti: İrlandiyanın birləşməsini çox istəyirəm

12 Sentyabr 2026 - 17:23
“Barselona”nın 19 yaşlı futbolçusu Premyer Liqaya keçə bilər

“Barselona”nın 19 yaşlı futbolçusu Premyer Liqaya keçə bilər

12 Sentyabr 2026 - 16:54
Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

12 Sentyabr 2026 - 16:18
Xarici diplomatlar “İstisu” mineral su zavoduna baş çəkiblər

Xarici diplomatlar “İstisu” mineral su zavoduna baş çəkiblər

12 Sentyabr 2026 - 16:00
Fransada qatarın relsdən çıxması nəticəsində 44 nəfər yaralanıb

Fransada qatarın relsdən çıxması nəticəsində 44 nəfər yaralanıb

12 Sentyabr 2026 - 15:49
İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb

İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb

12 Sentyabr 2026 - 15:25
Sabahdan 5 məktəbə I sinfə sərbəst qəbul başlayır

Birinci sinfə elektron qəbul yenidən aktivləşir

12 Sentyabr 2026 - 14:32
Peskov: Rusiya ABŞ-nin sülh səylərinin nəticə verəcəyinə ümid edir

Peskov: Rusiya ABŞ-nin sülh səylərinin nəticə verəcəyinə ümid edir

12 Sentyabr 2026 - 13:58
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.