"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Elşən İsgəndərov: Bu günədək idarəmizin qaynar xəttinə xarici turistlər tərəfindən şikayət daxil olmayıb

04 Dekabr 2017 - 11:44
in CƏMİYYƏT
FacebookVatsap

Bunu da oxuyun

Tiranada Qafqaz Albaniyasının tarixinə dair kitabın təqdimatı keçirilib

“Təlimatçı hazırlıq kursu”nun buraxılış mərasimi keçirilib

Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə dini və dövlətlərarası əlaqələri müzakirə edib

Elşən İsgəndərov: Bu günədək idarəmizin qaynar xəttinə xarici turistlər tərəfindən şikayət daxil olmayıb
Paytaxtımızın əsrarəngiz məkanlarından sayılan və şəhərimizin görkəminə əlavə gözəllik qatan Bakı bulvarı nəyinki yerli sakinlərin, həm də ölkəmizə gələn qonaqların sevimli istirahət yeri kimi tanınır. Prezident İlham Əliyevin göstərişi ilə son illər həyata keçirilən layihələr nəticəsində ölkəmizdə vüsət alan abadlıq-quruculuq işləri bu məkandan da yan ötməyib. Günü-gündən gəncləşən Bakı bulvarı öz estetik gözəlliyi ilə göz oxşamaqla yanaşı, eyni zamanda əhalinin rahatlığının təminatçısı statusunu qazanıb. Bu gün qürurla deyə bilərik ki, Milli Parkımız dünyanın ən gözəl parkları sırasında qərarlaşır. Bütün görülən işlərin nəticəsi olaraq Bakı bulvarı mədəni-kütləvi istirahət yeri kimi bura üz tutan insanların rahatlığına xidmət göstərir. Bu məkanda görülən işlər, tətbiq ediləcək yeniliklər və Yeni il öncəsi nəzərdə tutulan sürprizlərdən xəbərdar olmaq üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Elşən İsgəndərovla həmsöhbət olduq. AZƏRTAC müsahibəni təqdim edir:
-Elşən müəllim, növbəti il üçün Dənizkənarı Milli Parkda hansı yeniliklər nəzərdə tutulur?
-Bildiyiniz kimi, Dənizkənarı Milli Park Azərbaycanın əvəzsiz incisi olmaqla yanaşı, onun tarixi və müasir simasını təşkil edən xüsusi təbii kompleksdir. Bu gün Bakı Bulvarı müasir görkəmi, təbii landşaftı və özünəməxsus memarlıq üslubu ilə seçilir.
Şəhər sakinlərinin, eləcə də paytaxtımıza gələn qonaqların asudə vaxtlarının səmərəli təşkili üçün qısa vaxt ərzində burada ən müasir infrastruktur yaradılıb, müasir tələblərə cavab verən müxtəlif xidmət və iaşə müəssisələri istifadəyə verilib.
2018-ci ildə də Dənizkənarı Milli Parkda paytaxtın inkişaf strategiyasına, müasir memarlıq tələblərinə uyğun şəkildə yenidənqurma, əhalinin mənəvi-estetik tələbatının ödənilməsini təmin etmək məqsədilə abadlıq-quruculuq işləri yenə də davam etdiriləcək. Bu baxımdan ərazinin spesifik təbii landşaftına uyğun olaraq yaşıllıq zolaqları genişləndirilir və yeni yaşıllıq kompozisiyaları hazırlanır. Onu da xüsusilə qeyd etmək istərdim ki, Dənizkənarı Milli Parkda mövcud olan biomüxtəliflik xüsusi aqrotexniki qulluq və qayğı tələb edir, çünki bütün ərazi dəniz yaxınlığında yerləşdiyindən aqressiv mikroiqlimə malikdir.
Deyim ki, Bulvarın Ağ Şəhər və Yeni Bulvar ərazisində müxtəlif qurğulardan ibarət idman meydançaları istifadəyə verilib. Hazırda paytaxt sakinlərinin istək və müraciətlərini nəzərə alaraq Yeni Bulvar ərazisində idman meydançasının genişləndirilməsi davam etdirilir. Xüsusi olaraq qeyd etmək istərdim ki, yaxın gələcəkdə sağlamlıq imkanları məhdud insanlar üçün də yeni idman qurğularının və pandusların quraşdırılması nəzərdə tutulur. Ümumiyyətlə, Bakı bulvarının tarixinin öyrənilməsi, dövlət bayrağının təbliğ olunması ilə bağlı yeni layihələrin həyata keçirilməsi də 2018-ci ilin tədbirlər planında xüsusi yer tutur.
-Hər il Bulvar ərazisində uşaqlar üçün müxtəlif aksiyalar təşkil olunur. Bəs növbəti ildə uşaqları hansı yeniliklər gözləyir?
– Bildiyiniz kimi, Milli Parkda bütün yaş hədlərində olan əhalinin tələblərinə uyğun şərait yaradılıb. Dənizkənarı Bulvar İdarəsi tərəfindən vətəndaşların və xarici qonaqların rahatlığının və istirahətinin yüksək səviyyədə təşkil olunması məqsədilə tərəfimizdən bütün zəruri tədbirlər həyata keçirilir. Bakı bulvarına gələnlər arasında uşaqlar və gənclərin çoxluğunu nəzərə alaraq onların əyləncəsi tərəfimizdən diqqətdə saxlanılır. Hər il uşaqlar və yeniyetmələr üçün bayram günlərində xeyriyyə aksiyaları təşkil olunur və bu dəfə də – Yeni il öncəsi uşaqların sevincinə səbəb olacaq layihələrimiz davam etdiriləcək.
– Son illər Dənizkənarı Milli Parka çoxsaylı ziyarətçi axını müşayiət olunur. Bununla bağlı tərəfinizdən hansı işlər həyata keçirilir?
-Bu gün Bakı bulvarı yerli sakinlərin və xarici turistlərin sevimli gəzinti və istirahət yerinə çevrilib. Paytaxtın tarixi və müasir simasını təşkil edən və xüsusi təbii kompleks sayılan Dənizkənarı Milli Park təkcə estetik baxımdan deyil, həm də mədəni-kütləvi istirahət yeri kimi əhalinin rahatlığına xidmət edir.
Dənizkənarı bulvara Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1998-ci il 29 dekabr tarixli müvafiq Fərmanı ilə Milli Park statusunun verilməsi bu məkanın həyatında yeni səhifə açaraq bulvar tədricən öz görkəmini dəyişməklə dünyanın ən gözəl parkları sırasına daxil edilib. Bakının müasir siması və Dənizkənarı Milli Park Prezident İlham Əliyevin ideyası və şəxsi təşəbbüsü ilə müasir görkəmə qovuşub. Hazırda Bakı bulvarı hər iki istiqamətdə – Ağ Şəhər bulvarından Bayıl bulvarına qədər genişləndirilərək uzunluğu 16 kilometrə çatdırılıb. Birinci istiqamət Dövlət Bayrağı Meydanından – Daş Salnamə Muzeyinin qarşısından Bibiheybət istiqamətində genişləndirilərək Bayıl bulvarı, digər istiqaməti isə Dəniz Ticarəti limanından “Bulvar” otelinə kimi uzadılaraq Ağ Şəhər bulvarı adlanır. Deyim ki, görülən bütün işlər yerli və xarici ölkə vətəndaşlarının rahatlığının təminatı, eyni zamanda bu məkana üz tutmaq üçün nəzərdə tutulur.
-Bildiyiniz kimi, Dənizkənarı Milli Parkı çoxlu sayda insan ziyarət edir. Burada insanların təhlükəsizliyi necə təmin olunur?
– Dənizkənarı Milli Parkın ərazisi xüsusi mühafizə olunan dövlət əhəmiyyətli təbiət ərazilərinə aid olunur. Dənizkənarı Bulvar İdarəsinin əsasnaməsinə uyğun olaraq ərazidə mühafizə xidməti fəaliyyət göstərir. Parkın bütün ərazisində 24 saat ərzində Dənizkənarı Bulvar İdarəsinin mühafizə xidmətinin əməkdaşları tərəfindən xidmət aparılır. Qeyd etmək istərdim ki, Dənizkənarı Milli Park ərazisində intihara cəhd halları baş verərkən idarəmizin mühafizə xidmətinin əməkdaşları tərəfindən dəfələrlə bu şəxslərə yardım göstərilərək onların həyatı xilas edilib. Ərazidə bu tipli hadisələr baş verdikdə tərəfimizdən Fövqəladə Hallar Nazirliyinin müvafiq strukturlarının əməkdaşları ilə təcili və təxirəsalınmaz tədbirlər görülür. Bütövlükdə isə Dənizkənarı Milli Parkda ictimai asayişin qorunmasına və insanların təhlükəsizliyinin təmin olunmasına Daxili İşlər Nazirliyinin müvafiq xidmət strukturları nəzarət edir. Bundan əlavə, Bulvarın ərazisində müşahidə kameraları quraşdırılıb ki, bu da əraziyə fasiləsiz nəzarət etməyə imkan yaradır.
-Bulvarda müasir tələblərə cavab verən müxtəlif xidmət və iaşə müəssisələri fəaliyyət göstərir. Onların qiymətlərinə siz tərəfdən necə nəzarət olunur?
-Dənizkənarı Milli Parkın ərazisində həm dövlət, həm də özəl sektora məxsus müxtəlif növ müəssisələr fəaliyyət göstərir. Dənizkənarı Bulvar İdarəsi öz səlahiyyətləri çərçivəsində burada fəaliyyət göstərən iaşə müəssisələrində menyuların müxtəlif dillərdə tərtib olunmasına və qiymətlərin əvvəlcədən bəyan edilməsini tövsiyə edir. Bununla yanaşı, idarədə fasiləsiz olaraq qaynar xətt fəaliyyət göstərir. Bulvardakı xidmətlərdən narazı qalan şəxslər həmin qaynar xəttə müraciət edə bilərlər. Onu da deyim ki, qiymətlərin süni artırılması ilə bağlı qaynar xəttə olunan şikayətlər əvvəlki illərə nisbətən azalıb və gələcəkdə də bu məsələlər səlahiyyətlərimiz çərçivəsində diqqətdə saxlanacaq.
-Dənizkənarı Milli Parkda abadlıq, dizayn, insanların təhlükəsizliyi, əyləncə avadanlıqlarının quraşdırılması işi hansı beynəlxalq təcrübələrə əsaslanır?
– Bulvar ərazisində sadalanan istiqamətdə görülən işlər dünyanın inkişaf etmiş dövlətlərinin beynəlxalq təcrübəsinə əsaslanır. Bulvara xaricdən gətirilmiş bitkilərə Türkiyə, Almaniya, Hollandiya, İtaliya, Niderland və digər ölkələrin təcrübələrinə və öz iqlim xüsusiyyətlərinə əsaslanaraq aqrotexniki qulluq həyata keçirilir. Bildirim ki, ərazidə yerləşən attraksion və qurğuların keyfiyyətinə və iş prinsipinə nəzarət Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları tərəfindən həyata keçirilir.
Eləcə də əyləncə avadanlıqlarının, karusellərin, attraksionların quraşdırılması və istismarı zamanı Niderland, Fransa, Almaniya, İsraildən olan mütəxəssislərin təcrübəsindən istifadə edilir. Gələcəkdə də Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətində beynəlxalq əməkdaşlıq çərçivəsində təcrübə mübadiləsi beynəlxalq təcrübəyə əsasən həyata keçiriləcək.
-Dənizkənarı Milli Parkın ərazisində quraşdırılan internet sistemləri necə işləyir? İstirahət edənlər sistemdən rahat şəkildə istifadə edə bilirmi?
-Bakı bulvarının 200 ha yaxın bütün ərazisində “Pulsuz Wi-Fi” şəbəkəsi quraşdırılıb. Cari il martın 19-da Dənizkənarı Milli Park ərazisi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə “İctimai internet” şəbəkəsinin əhatə dairəsinə daxil edilib. Həmin tarixdən etibarən, paytaxt sakinləri və şəhərimizin qonaqları Dənizkənarı Milli Park və Dövlət Bayrağı Meydanı ərazilərində rahat şəkildə pulsuz internetdən istifadə edə bilirlər. Mayın 10-dan isə Ağ Şəhər zonası şəbəkənin əhatə dairəsinə daxil edilib.
-Milli Park xarici turistlərin ən çox ziyarət etdikləri məkandır. Xarici vətəndaşlar burada onlara göstərilən xidmətdən razı qalırlarmı?
-Bildiyiniz kimi, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 1 sentyabr tarixli müvafiq Sərəncamına əsasən, Azərbaycan Respublikasının Turizm Şurası yaradılıb. Bu Şurada Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi də təmsil olunur. Dənizkənarı Bulvar İdarəsi turizm sahəsinin Azərbaycan iqtisadiyyatının inkişafında əsas prioritet sahələrdən biri olduğunu nəzərə alaraq, bu istiqamətdə ölkədə həyata keçirilən dövlət siyasəti və proqramlarında iştirak edir, turizmin inkişafı və təkmilləşdirilməsi istiqamətində fəaliyyətini davam etdirir. Qeyd etmək istərdim ki, Bulvar ərazisində xarici turistlərin sayı ildən-ilə artır və şübhəsiz ki, gələn turistlərin əksəriyyəti bulvar ərazisində olan xidmətlərdən istifadə edirlər. Paytaxtımızı ziyarət edən qonaqların şəhərimiz ilə tanışlığı ilk növbədə Bakı bulvarından başlayır. Bu gün Bulvar paytaxtımızda keçirilən mədəni-kütləvi, beynəlxalq tədbirlərin və idman yarışlarının mərkəzinə çevrilib. Bunun bariz nümunəsi kimi, 2012-ci ildə “Avroviziya” mahnı müsabiqəsinin, 2015-ci ildə birinci Avropa Oyunlarının, 2016-ci ildə 42-ci Ümumdünya Şahmat Olimpiadasının, 2017-ci il IV İslam Həmrəyliyi Oyunlarının və “Formula -1” yarışlarının bu ərazidə keçirilməsini misal göstərmək olar. Artıq iki ildir ki, Heydər Əliyev Fondu tərəfindən keçirilən Bakı Marafonu Dövlət Bayrağı Meydanından start götürür və Dənizkənarı Milli Park Marafonun əsas istiqamətini təşkil edir. Eyni zamanda, hər il dövlət səviyyəsində qeyd olunan Novruz şənlikləri və digər əlamətdar günlər ənənəyə uyğun olaraq Dənizkənarı Milli Parkın ərazisində yüksək səviyyədə təşkil olunur. Bu gün biz xarici turistlərin və şəhərimizin qonaqlarının Bakı bulvarının gözəlliyinə heyran olduğunu və Dənizkənarı Milli Parkımızın onlarda böyük təəssüratlar yaratdığının şahidi oluruq. Çox sevindirici haldır ki, bu günə qədər Dənizkənarı Bulvar İdarəsinin qaynar xəttinə xarici turistlər tərəfindən şikayət daxil olmayıb. Onu da qeyd etmək istərdik ki, idarəmiz əməkdaşların xarici dil qabiliyyətlərinə xüsusi diqqət yetirir, onların treninq və xarici dil kurslarında iştirakını təmin edir. Görülən bütün bu işlər, Bakı bulvarını ziyarət edən turistlərin istirahətinin yüksək səviyyədə təşkili üçün daha da geniş imkanlar yaradır və gələcəkdə bu istiqamətdə layihələr tərəfimizdən həyata keçiriləcək.
-Maraqlı müsahibə üçün çox sağ olun.







Miq.Az
Previous Post

Elşən İsgəndərov: Bu günədək idarəmizin qaynar xəttinə xarici turistlər tərəfindən şikayət daxil olmayıb

Next Post

Bakıda səfirliyin avtomobili qəzaya düşdü

Bənzər yazılar

Tiranada Qafqaz Albaniyasının tarixinə dair kitabın təqdimatı keçirilib

Tiranada Qafqaz Albaniyasının tarixinə dair kitabın təqdimatı keçirilib

06 Oktyabr 2026 - 23:27

Tiranada tarixçi və Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynovun "Qafqaz Albaniyasının qısa tarixi" adlı kitabının təqdimatı keçirilib. Elchi.az xəbər verir...

“Təlimatçı hazırlıq kursu”nun buraxılış mərasimi keçirilib

“Təlimatçı hazırlıq kursu”nun buraxılış mərasimi keçirilib

06 Oktyabr 2026 - 21:08

Milli Müdafiə Universitetində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Müdafiə Nazirliyinin Hərbi Məsləhətçi Təlim Qrupu (BMATT) tərəfindən keçirilən "Təlimatçı...

Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə dini və dövlətlərarası əlaqələri müzakirə edib

Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə dini və dövlətlərarası əlaqələri müzakirə edib

06 Oktyabr 2026 - 20:39

Dünya və ənənəvi din liderlərinin Qurultay Katibliyinin XXIV sessiyasında iştirak etmək üçün Qazaxıstanda səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri...

Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb

Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb

06 Oktyabr 2026 - 20:37

Elm və təhsil naziri Emin Əmrullayev Rəqəmsal Əməkdaşlıq Təşkilatının (DCO) Baş katibi xanım Dima Əl-Yahyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə...

Next Post

Bakıda səfirliyin avtomobili qəzaya düşdü

Bakıda səfirliyin avtomobili qəzaya düşdü

Son xəbərlər

Ronaldu Portuqaliya millisində karyerasını başa vurmayacağını açıqlayıb

Ronaldu Portuqaliya millisində karyerasını başa vurmayacağını açıqlayıb

06 Oktyabr 2026 - 23:41
Pentaqon Ukrayna üçün “Patriot” avadanlıqları almağı planlaşdırır

Pentaqon Ukrayna üçün “Patriot” avadanlıqları almağı planlaşdırır

06 Oktyabr 2026 - 23:38
Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib

Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib

06 Oktyabr 2026 - 23:31
Makron təcili Nazirlər Kabinetinin iclasını keçirəcək

Makron təcili Nazirlər Kabinetinin iclasını keçirəcək

06 Oktyabr 2026 - 23:29
Tiranada Qafqaz Albaniyasının tarixinə dair kitabın təqdimatı keçirilib

Tiranada Qafqaz Albaniyasının tarixinə dair kitabın təqdimatı keçirilib

06 Oktyabr 2026 - 23:27
Avropa İttifaqı sabah Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləyə bilər

Avropa İttifaqı sabah Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləyə bilər

06 Oktyabr 2026 - 23:09
FIBA Çempionlar Liqası: “Sabah” Litva klubuna uduzub

FIBA Çempionlar Liqası: “Sabah” Litva klubuna uduzub

06 Oktyabr 2026 - 23:08
“Təlimatçı hazırlıq kursu”nun buraxılış mərasimi keçirilib

“Təlimatçı hazırlıq kursu”nun buraxılış mərasimi keçirilib

06 Oktyabr 2026 - 21:08
Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək

Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək

06 Oktyabr 2026 - 21:07
EIA: Bu il Azərbaycanda neft hasilatı sutkada 550 min barel təşkil edəcək

EIA: Bu il Azərbaycanda neft hasilatı sutkada 550 min barel təşkil edəcək

06 Oktyabr 2026 - 20:51
Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə dini və dövlətlərarası əlaqələri müzakirə edib

Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə dini və dövlətlərarası əlaqələri müzakirə edib

06 Oktyabr 2026 - 20:39
Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb

Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb

06 Oktyabr 2026 - 20:37
İndoneziyada yük maşını aşıb, ölənlər var

İndoneziyada yük maşını aşıb, ölənlər var

06 Oktyabr 2026 - 20:35
Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix açıqlanıb

Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix açıqlanıb

06 Oktyabr 2026 - 19:29
Azərbaycanla Birləşmiş Krallıq arasında investisiya əlaqələri müzakirə edildi

Azərbaycanla Birləşmiş Krallıq arasında investisiya əlaqələri müzakirə edildi

06 Oktyabr 2026 - 19:20
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.