Elon Musk Twitter-ə yeni rəhbər təyin etdi

106

Twitter-in baş direktoru Elon Musk şirkət üçün yeni baş direktoru işə götürdüyünü açıqlayıb. Musk bildirib ki, yeni icraçı direktor 6 həftə sonra işə başlayacaq.
Elchi.az xəbər verir ki, Musk Twitter hesabında etdiyi paylaşımda, “Twitter üçün yeni CEO işə götürdüyümü elan etməkdən çox həyəcanlıyam, təxminən 6 həftə sonra başlayacaq” ifadəsini işlətdib.
Yeni CEO-dan sonra şirkətdəki rolunun nə olacağını qeyd edən Musk, rolunun məhsullara, proqram təminatına və xidmətlərə nəzarət edən İdarə Heyətinin sədri və Baş Texnologiya Direktoru (CTO) olacağını bildirdi.
Maskın paylaşımından yeni CEO-nun qadın olacağı anlaşılsa da, ad verilməyib.

Şayəstə Hüseynova