Dünyanın ən varlı adamı Elon Mask cümə günü Twitter-i satın almaq üçün müqavilə imzalamağı planlaşdırdığını açıqladı.
Elchi.az xəbər verir ki, Elon Mask bu barədə onu satın alma üçün maliyyələşdirən bankların rəsmiləri ilə videokonfransda bildirib.
Bloomberg xəbər agentliyi, satınalma üçün təxminən 13 milyard dollar maliyyə təmin edən bankların kredit müqaviləsini yekunlaşdırmağa hazırlaşdığını bildirdi.
Bu xəbərdən sonra Twitter səhmləri 53,18 dollara qədər bahalaşaraq Maskın 54,20 dollarlıq alış qiymətinə yaxınlaşıb.
Mask aprel ayında Twitter-ə bir səhm üçün 54,20 dollar qiymət verdi ki, bu da cəmi 44 milyard dollarlıq satış deməkdir.
Mask iyul ayında platformadakı bot hesablarının Twitter-in iddia etdiyindən daha çox olması ilə bağlı narahatlıqları əsas gətirərək, satınalma müqaviləsini ləğv etdiyini açıqlamışdı.
Şirkətin bazar dəyəri 6 faiz azaldı, Twitter həm ittihamları rədd etdi, həm də satış müqaviləsini tamamlamaq üçün Maskı məhkəməyə verdi.
Tərəflər daha sonra razılığa gəliblər.
Şayəstə