"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İQTİSADİYYAT

Elman Rüstəmov manatın taleyi haqda

18 Noyabr 2015 - 15:18
in İQTİSADİYYAT
FacebookVatsap

“Xatırlayırsınızsa, təxminən 10 il əvvəl manatın kursu ancaq yüksəlirdi. O qədər yüksəlmişdi ki, əhalinin dollara marağı itmişdi.

Bunu da oxuyun

Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək

Əhalinin yanacaq xərcləri bu il 4%-dən çox artıb

Bakıda Azərbaycan və Türkiyənin energetika nazirlərinin görüşü olub

Mərkəzi Bank isə valyuta bazarına fəal intervensiya həyata keçirərək çalışırdı ki, milli valyutanın kursu hansısa ağlaban həddi aşıb keçməsin. Əhali pullarını manatla saxlayırdı, dolları və digər valyutaları az qala yaddan çıxarmışdı. Ölkədə dedollarizasiya prosesi gedirdi”.

Bu sözləri Mərkəzi Bankın sədri Elman Rüstəmov virtualaz.org və haqqin.az saytlarının əməkdaşı ilə söhbətində deyib.

Mərkəzi Bank rəhbəri bildirib ki, fevral devalvasiyasından sonra əks proses – dollarlaşma başladı. Manata maraq azaldı, həm fiziki, həm də hüquqi şəxslər öz vəsaitlərini əsasən dollara çevirdilər.

Nəticədə isə dövriyyədən əhəmiyyətli miqdarda manat kütləsi çıxır və Mərkəzi Bankın anbarlarına yığılır.

E.Rüstəmov deyir ki, anbarlarda saxlanılan əsginasların qiyməti yalnız onun çapına sərf olunmuş vəsaitlə – qəpiyin hansısa hissəsi ilə ölçülür. Hərçənd ki, bu pullar dövriyyədə olsa iqtisadiyyata özünün nominal dəyəri həcmində fayda verə bilərdi. Bu isə milyardlarla manat deməkdir.

Elman Rüstəmovun sözlərinə görə, son bir ildə dollarla saxlanılan əmanətlərin və yığımların həcmi hər ay artır. Əgər ötən ilin yekunlarına görə dollarla olan əmanətlərin və yığımların həcmi 6 faiz artmışdısa, təkcə bu ilin 9 ayında həmin pul kütləsinin az qala yarısı dövriyyədən çıxıb və anbarlarda öz saatını gözləməkdədir. Ölkədə əmanətlərin dollarlaşması səviyyəsi isə 75 faizi keçib.

Mərkəzi Bank rəhbəri manat kütləsinin iqtisadiyyatın tələbatını tam ödədiyini deyib. O, ÜDM-in artdığı bir vaxtda manat kütləsinin niyə azaldığı haqda suallara cavab olaraq bildirib ki, Mərkəzi Bankın statistikasında ÜDM-in real artımından yox, nominal artımından bəhs edilmişdi. Çünki bu cür statistikalarda ÜDM-in nominal dəyəri əsas götürülür.

E.Rüstəmov dövriyyədəki pul kütləsinin azalmasının səbəblərini izah edərək deyib ki, azərbaycanlılar həmişə sanballı miqdarda nağd pul saxlamağı xoşlayıblar. Yəni insanlar bank sektoruna və kredit kartlarına o qədər də etibar etmirlər.

“Təsəvvür etmək çətindir ki, hansısa amerikalı cibində 10-20 dollardan artıq nağd pul saxlayar. Xırda kupyurlar ona çaypulu verməyə lazımdır, bütün qalan ödənişlərini isə bank kartı ilə həyata keçirir. Ona görə də pullar həmişə dövriyyədədir. Azərbaycanda isə yaxşı qazancı olan istənilən şəxsin cibində yəqin ki, azı bir neçə yüz manat tapmaq olar. Üstəlik daha bir neçə min dolları da hər ehtimala qarşı evində saxlayır”– baş bankir deyir.

E.Rüstəmovun bildirdiyinə görə, azərbaycanlılar hazırda 50 və 100 manatlıq kupyurları da kütləvi şəkildə yığıb saxlayırlar. Bu kupyurların sayı dövriyyədə ilin əvvəlindən iki dəfə azalıb. Ölkə miqyasında isə bu, milyardlarla manat deməkdir. Həmin pullar banklarda saxlanılmayıb, dövriyyədən çıxarılıb və nəticədə Mərkəzi Bankın hesabladığı pul kütləsinə daxil deyil.

“Əhalinin əksər hissəsi öz pullarını banklarda yox, evdə, yastığın altında saxlamağa üstünlük verir. İnsanlar dollar almağa milyardlarla manat xərcləyir və sonra valyutanı yastığın altına qoyurlar. Bu dollar kütləsi iqtisadiyyata heç cür xidmət etmir, eynilə Mərkəzi Bankın anbarlarına yığılan manat kütləsi kimi”– deyə E.Rüstəmov vəziyyəti izah edir.

Mərkəzi Bank rəhbəri ölkədə dollarlaşmanı azaltmaq üçün tədbirlər görüldüyünü bildirib. Məsələn, daşınmaz əmlakın alqı-satqısı əvvəl dollarla aparılırdısa, indi manata keçirilib.

Hərçənd ki, bəzən tərəflərin vergidən qaçmaq üçün öz aralarında xəlvəti sövdələşmə etməsi istisna deyil. Həmçinin avtomobil bazarında dedollarizasiyanı azaltmağa imkanlar var.

Etibarnamə ilə maşın idarə edənlərə qarşı tələblər sərtləşir və nəticədə qeyri-leqal avtomobil bazarı leqallaşır. Monetar və fiskal nəzarət gücləndirilir, kölgə iqtisadiyyatına qarşı mübarizə aparılır. Və bütün bu tədbirlər öz nəticəsini verməkdədir.

Həmçinin iqtisadiyyatın pul kütləsinə olan tələbatı ödənilir. Mərkəzi Bank bir sıra iri layihələri dolayısı yolla maliyyələşdirməklə monetar siyasətini genişləndirir. Bu isə likvidliyin artmasına imkan yaradır.

“Biz ilin sonuna qədər Beynəlxalq Banka 3 milyard manatın ayrılmasını başa çatdıracağıq. Bu vəsaitin 2 milyard manatı artıq banka daxil olub. SOCAR-a ölkənin qazlaşdırılmasını başa çatdırmaq üçün 0,5 milyard manat ayrılıb. Biz bankların rezerv normalarını da aşağı salmışıq, bu da pul kütləsinin artmasına təsir edəcək”– deyə Elman Rüstəmov bildirib.

Previous Post

Elman Rüstəmov manatın taleyi haqda

Next Post

Akif Çovdarovun kriminal həyatı…

Bənzər yazılar

Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək

Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək

11 Sentyabr 2026 - 17:37

Azərbaycanda 2027–2029-cu illərdə ölkə və regionlar üzrə rəqabətin inkişaf səviyyəsini göstərən “rəqabət xəritəsi” hazırlanacaq, bir sıra məhsul və xidmət bazarlarında...

ABŞ-də benzin bahalaşdı

Əhalinin yanacaq xərcləri bu il 4%-dən çox artıb

11 Sentyabr 2026 - 16:51

Bu ilin yanvar-avqust yarısında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə avtomobil benzini və dizel yanacağına 2 701,1mln. manat xərclənib....

Bakıda Azərbaycan və Türkiyənin energetika nazirlərinin görüşü olub

Bakıda Azərbaycan və Türkiyənin energetika nazirlərinin görüşü olub

11 Sentyabr 2026 - 12:29

Bakıda Azərbaycan-Türkiyə V Enerji Forumu çərçivəsində energetika naziri Pərviz Şahbazovla Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar arasında ikitərəfli...

Bakıda 60 küçədə təmir işləri yekunlaşdırılıb, 15-də işlər davam edir

Bakıda 60 küçədə təmir işləri yekunlaşdırılıb, 15-də işlər davam edir

11 Sentyabr 2026 - 12:04

Bakıda 110 küçə və prospekti əhatə edən genişmiqyaslı təmir proqramına tədris ili başa çatan kimi start verilib. AAYDA-dan Elchi.az-a verilən...

Next Post

Akif Çovdarovun kriminal həyatı...

Akif Çovdarovun kriminal həyatı...

Son xəbərlər

Ərdoğan: “Terrorsuz Türkiyə” prosesi ilə bağlı tarixi addım atdıq

Ərdoğan: “Terrorsuz Türkiyə” prosesi ilə bağlı tarixi addım atdıq

11 Sentyabr 2026 - 21:42
Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan 3 Azərbaycan vətəndaşının həbs müddəti uzadılıb

Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan 3 Azərbaycan vətəndaşının həbs müddəti uzadılıb

11 Sentyabr 2026 - 21:39
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb

Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb

11 Sentyabr 2026 - 21:37
Pezeşkian: ABŞ İran xalqının təslim olmasını istəyir

Pezeşkian: ABŞ İran xalqının təslim olmasını istəyir

11 Sentyabr 2026 - 21:33
Səfirlik: ABŞ-ın qlobal terrorizmə qarşı birgə mübarizəsinə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq

Səfirlik: ABŞ-ın qlobal terrorizmə qarşı birgə mübarizəsinə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq

11 Sentyabr 2026 - 19:25
Xarici diplomatlar Qarabağ Universitetində olublar

Xarici diplomatlar Qarabağ Universitetində olublar

11 Sentyabr 2026 - 19:17
Dunay çayında rekord quraqlıq: suyun səviyyəsi tarixi minimuma düşüb

Dunay çayında rekord quraqlıq: suyun səviyyəsi tarixi minimuma düşüb

11 Sentyabr 2026 - 19:08
Almaniyada qatardan düşməkdən imtina edən qadın polisi dişləyib

Almaniyada qatardan düşməkdən imtina edən qadın polisi dişləyib

11 Sentyabr 2026 - 18:54
Premyer Liqa: “Neftçi” səfərdə “İmişli”yə qalib gəldi

Premyer Liqa: “Neftçi” səfərdə “İmişli”yə qalib gəldi

11 Sentyabr 2026 - 18:40
Lukaşenko: “30 il oğurluq etməmişəm, bundan sonra da etməyəcəyəm”

Lukaşenko: “30 il oğurluq etməmişəm, bundan sonra da etməyəcəyəm”

11 Sentyabr 2026 - 18:29
Norveç şahzadəsi Astrid Mod İngeborq vəfat edib

Norveç şahzadəsi Astrid Mod İngeborq vəfat edib

11 Sentyabr 2026 - 18:20
Sentyabrın 14-də Omanda Hörmüzlə bağlı kritik görüş keçiriləcək

Sentyabrın 14-də Omanda Hörmüzlə bağlı kritik görüş keçiriləcək

11 Sentyabr 2026 - 18:14
Bakı, Sumqayıt və Abşeronda ağaclar kəsildi: Dəyən zərər…

Ağacların qanunsuz kəsilməsinə görə yaşıllıqlara 43 mindən çox məbləğdə ziyan dəyib

11 Sentyabr 2026 - 18:03
FHN-in qurumları arasında səmti müəyyənetmə üzrə çempionata yekun vurulub

FHN-in qurumları arasında səmti müəyyənetmə üzrə çempionata yekun vurulub

11 Sentyabr 2026 - 17:50
Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək

Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək

11 Sentyabr 2026 - 17:37
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.