Dekabrın 27-də Elektron Hökumətin İnkişafı Mərkəzində kütləvi-informasiya vasitələrinin nümayəndələri üçün mediatur təşkil edilib.
Elchi.az xəbər verir ki, jurnalistlərə Elektron Hökumətin İnkişafı Mərkəzində ölkəmizdə aparılan elektronlaşma siyasətinin əsaslarından olan elektron hökumət sahəsində dövlət siyasəti və tənzimləmələri barədə məlumat verilib.
Onlar “İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi , eləcə də www.digital.gov.azportalının fəaliyyəti ilə ətraflı tanış olublar.
Sonra media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.