"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Eldar Mahmudovun qatı açılmayan cinayət dosyeləri

14 Oktyabr 2016 - 10:29
in XƏBƏR LENTİ
FacebookVatsap
Eldar Mahmudovun qatı açılmayan cinayət dosyeləri

Elmar Hüseynovun qətli yenə də açılmadı, “MTN çetesi”nin şərləyib həbs etdirdiyi şəxslər də həbsdə qaldı…

Bunu da oxuyun

Prezident: Azərbaycan-Əlcəzair münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib

Sabah 22 dərəcə isti olacaq

Ötən il oktyabrın 17-də Eldar Mahmudov milli təhlükəsizlik naziri vəzifəsindən çıxarılandan və komandasının üzvləri həbs ediləndən sonra MTN-in (artıq ləğv edilib) apardığı bir çox qondarma cinayət işlərinin yenidən araşdırılacağına ümidlər yaranmışdı:
 
“Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətli işi,  “Qara Kəmər” əməliyyatı, “Səidin dəstəsi”nin işi, Azərbaycan Beynəlxalq Universitetinin (ABU) prorektoru Mahir Abdullayevin oğurlanması məsələsi, gənc memar-dizayner Muxtar Vəliyevin, “Samir Sanıyevin dəstəsi”nin üzvü kimi tutulan Nəriman Abbasoğlunun və digər çoxsaylı qondarma cinayət işlərinin təkrar istintaq ediləcəyi gözlənilirdi. Artıq bu ümidlər puç olmaq üzrədir.
“Qara kəmər” əməliyyatında Azərbaycanda adamları oğurlayan, sifarişlə qətllər törədən Hacı Məmmədovun dəstəsi ifşa olunmuşdu. Eldar Mahmudovun milli təhlükəsizlik naziri postunda ilk və uğurlu əməliyyatı məhkəməyə göndəriləndən sonra bir çox uyğunsuzluqlar üzə çıxdı. Məhkəmənin sonuna qədər də həmin uyğunsuzluqlara aydınlıq gətirilmədi. 
Image result for hacı Məmmədov
Dəstə başçısı Hacı Məmmədovun bir-birinə zidd ifadələri üzrə araşdırmalar aparılmadı, qiymət verilmədi. Məhkəməsindən sonra ömürlük həbs cəzası almış Hacı Məmmədovun özünü E.Mahmudov vəzifədən qovulana qədər heç bir qanuni əsas olmadan MTN təcridxanasında saxladılar. E.Mahmudov vəzifədən qovulandan sonra Hacı Məmmədov vəkili vasitəsilə bəyan etdi ki, onu illərlə MTN-də təzyiq altında saxlayıblar, vaxtilə birbaşa rəisi olmuş DİN-in Baş Cinayət Axtarış İdarəsinin rəisi, bu işə görə ömürlük məhkum olunan Zakir Nəsirovun əleyhinə yalan ifadələr verməyə məcbur ediblər. H.Məmmədov özünə vəkil tutub yenidən məhkəməyə müraciət etdi, işinin yenidən araşdırılmasını istədi. Amma ona gözlənilənlərin əksinə olaraq “yox” dedilər…
“Qara kəmər” əməliyyatından 8 gün əvvəl, 2005-ci il martın 2-də, yaşadığı binanın blokunda “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov qətlə yetirilmişdi. 2005-ci ildən bu yana cinayət işinin cildləri arxivlərdə toz qatının altında itib-batmaqdadır. Halbuki Elmar Hüseynovun qətlində birbaşa iştirak etmiş icraçıların, killer dəstəsi üzvlərinin adları, yaşadıqları ünvanlara qədər bəllidir. Killer dəstəsində Gürcüstan vətəndaşları – Tahir Xubanov, Teymuraz Əliyev, Serqo Davrişov, Nuqzar Bolkvadze və Arçil Kasiya olublar. 
 
Image result for Elmar Hüseynov
Eldar Mahmudovun nazirliyi dövründə bu şəxslərin həbs edilmələri üçün hər hansı bir addım atılmayıb. Gürcüstan hüquq-mühafizə orqanları dəfələrlə bu şəxsləri Azərbaycana ekstradisiya edə biləcəklərini bəyan etsələr də, zəruri sənədlər təqdim edilmədiyindən həmin şəxslər istintaqdan kənarda saxlanılıblar. Eldar Mahmudovun nazirliyinin ilk ilində başlanmış cinayət işlərində saxtakarlıqlara yol verilməsi halları sonrakı 10 il müddətində daha aşkar şəkildə davam etdirilib. MTN generallarına uzanan cinayətlərin açıq-aşkar araşdırlmaması da adi hala çevrilmişdi. Məsələ ondadır ki, Elmar Hüseynovun qətlində hazırda həbsdə olan MTN generalı Akif Çovdarovun iştirakına dair iddialar var. İllərdir bu barədə danışılıb. O, həbs olunanda Elmar Hüseynovun qətlinin açılacağına ümid edilirdi. Lakin bu məsələnin üzərindən də sükutla keçilir…
Image result for Mahir Abdullayev
ABU prorektoru Mahir Abdullayevin itkin düşməsi-oğurlanması işi də bu qəbildən olan işlərdəndir. Eldar Mahmudov qovulanda MTN generallarının adı qarışan bu cinayət işinin də yenidən araşdırılacağı ümidləri vardı. M.Abdullayevin qardaşı, hazırda Fransada mühacir həyatı yaşayan Elşad Abdullayev illərdir ki, yorulmadan bu cinayətin araşdırılmasını tələb edir.
O, MTN generallarının, müxtəlif ranqlı vəzifə daşıyıcılarının, onların sözçülərinin ona qardaşının oğurlanması ilə bağlı pul tələbləri dilə gətirilən videoları da yayıb. Amma Mahir Abdullayevin oğurlanması bu günə qədər araşdırılmamış qalıb.
 
Mahmudov getdi, adını “Səidin dəstəsi” qoyub həbs etdirdiyi 10 günahsız gənci də azad etmədilər
 
Image result for MTN əməliyyat
“MTN çetesi”nin 2007-ci il, yanvarın 13-də imza atdığı cinayətlərdən biri də “Səidin dəstəsi” adı ilə ictimaiyyətə təqdim olunan cinayət işi oldu. Həmin gün  MTN-in Antiterror Mərkəzi 10 gənci restoranda, əyləncə mərkəzində, çayxanada, bəzilərini də öz evlərində həbs etmişdi. MTN-in təcridxanasına aparılan Səid Dadaşbəyli, Emil Mehbalıyev, Fərid Ağayev, Mikayıl İdrisov, Cahangir Kərimov, Samir Qocayev, Rəşad Əliyev, Ceyhun Əliyev, Bəybala Quliyev və Rasim Kərimova dəhşətli işgəncələr verib onları Cinayət Məcəlləsinin 278-ci və digər maddələri ilə ittiham etdilər. Gənclərə qarşı dövlətə xəyanət, hakimiyyəti zorakı yolla ələ keçirmə, qanunsuz silah-sursat və narkotik maddə saxlama ilə bağlı şahidsiz, sübutsuz, əsassız olaraq işgəncə verdilər. Gənclərdən toyuna bir ay qalan Emin Məmmədov işgəncələrlə MTN təcridxanasında öldürüldü. Sağ qalan gənclər əsassız ittihamlarla məhkəmə qarşısına çıxarıldılar və 12-14 il müddətinə azadlıqdan məhrum olundular.
 
Ötən illər ərzində gənclərin bir çoxunun valideynləri stressdən, üzləşdikləri ədalətsizliklərin sonucu olaraq tapdıqları xəstəliklərdən dünyalarını dəyişdilər. MTN-də təmizləmələr başladılandan və qurum ləğv ediləndən sonra bu cinayət işinin də araşdırlacağı böyük ümidlə gözlənilirdi. Amma olmadı…
Hazırda Qobustan Qapalı Həbsxanasında cəza çəkən  “Üns” teatrının redaktoru Nəriman Abbasoğlu da “MTN çetesi”nin qurbanlarındandır. Ondan texniki işlərinə nəzarət etdiyi teatrın daxili şəbəkəsinə giriş üçün izn verməsi istənilib. MTN-çilər “yox” cavabını alandan sonra N.Abbasoğlu həbsə alınıb. Bu, onun ailəsinin dağılmasına, anasının ağır yataq xəstəsinə çevirilməsinə, 2 azyaşlı övladının psixoloji durumlarının pozulmasına,  özünün şikəst olunaraq 10 il müddətinə azadlıqdan məhrum edilməsinə səbəb olub. 2015-ci il oktyabrın 17-də Eldar Mahmudov vəzifədən çıxarılandan sonra N.Abbasoğlu prezidentə ünvanladığı müraciətində şərlənərək həbs edildiyini bildirərək, işinin yenidən araşdırılmasını xahiş edib. Lakin bu işi də istintaq təkrarən araşdırmaqdan vaz keçib…
Image result for Nəriman Abbasoğlu
Ötən ilin oktyabrında N.Abbasoğlunun ümidlərini bölüşənlərdən biri də MTN çetesinin qanunsuz olaraq həbsə yolladığı gənc memar-dizayner Muxtar Vəliyev idi. Babası və atası da memar olan Muxtar Vəliyev 25 yaşından bir çox dövlət əhəmiyyətli layihələrə qol qoyub. Şirkət yaradıb, Avropada təhsil almış, inşaat və memarlıq sahəsində xüsusi təkmilləşmə kursları keçmiş gənc memarları şirkətə cəlb edib. Sumqayıtdakı Heydər Əliyev Muzeyinin, Tarix muzeyinin, Dənizkənarı Parkın, MTN-in yerli şöbəsinin inzibati binasının rekonstruksiya və dizayn layihələrini gerçəkləşdirib. Habelə Heydər Əliyev Fondunun xətti ilə həyata keçirilən Bakı Rəssamlar İttifaqının və onlarla belə binaların layihəsini hazırlayıb. Sahibi olduğu şirkətin layihələri beynəlxalq sərgilərdə uğurlar qazanıb.
Şirkətin işlərini genişləndirdikcə, sifarişlər, uğurlar artdıqca, keçmiş MTN-in işçilərinin də diqqətini cəlb etməyə başlayıb və qondarma ittihamla üz-üzə qalıb. 2009-cu il dekabrın 5-də onun ofisinə basqın edən MTN-çilər oranın altını-üstünə çeviriblər. Bir neçə gün sonra isə Müxtar Vəliyev və daha 11 işçisi həbs edilib. 1 il 3 aylıq dəhşətli işgəncələr M.Vəliyev və digərlərinin dələduzluq ittihamı ilə müxtəlif müddətlərə azadlıqdan məhrum edilmələri ilə sona çatıb…
3 gün sonra Eldar Mahmudovun vəzifədən qovulmasının 1 ili tamamlanır. Artıq Mahmudov “vurulan” günlərdə yaranan illüziya pərdəsi aradan qalxmaqdadır. Yerdə qalan isə onun çetesinin törətdiklərinə görə tam olaraq cavab verməyəcəyini yəqin edən acı gerçəklikdir. 
Previous Post

Eldar Mahmudovun qatı açılmayan cinayət dosyeləri

Next Post

Qərbin Suriyanı hədəf seçməsinin sirri – Əsəd açıqladı

Bənzər yazılar

Prezident: Azərbaycan-Əlcəzair münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

Prezident: Azərbaycan-Əlcəzair münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

01 Noyabr 2026 - 12:41

Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Elchi.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti...

İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib

İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib

01 Noyabr 2026 - 12:39

Azərbaycan Prezidenti İlham Əliyev əlcəzairli həmkarı Abdelmacid Tebbuna bu ölkənin 1 Noyabr – İnqilab Günü münasibətilə təbrik məktubu ünvanlayıb. Elchi.az...

Sabah 22 dərəcə isti olacaq

Sabah 22 dərəcə isti olacaq

01 Noyabr 2026 - 12:36

Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şəhərətrafı...

ABŞ Ukraynaya 500 ədəd “Patriot” raketi satacaq

ABŞ Ukraynaya 500 ədəd “Patriot” raketi satacaq

30 Oktyabr 2026 - 23:33

ABŞ hakimiyyəti Ukraynaya "Patriot PAC-3" zenit-raket kompleksi üçün 500 ədəd PAC-3 raketinin və müvafiq avadanlıqların 2,1 milyard dollara satışını təsdiqləyib....

Next Post

Qərbin Suriyanı hədəf seçməsinin sirri – Əsəd açıqladı

Qərbin Suriyanı hədəf seçməsinin sirri – Əsəd açıqladı

Son xəbərlər

Prezident: Azərbaycan-Əlcəzair münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

Prezident: Azərbaycan-Əlcəzair münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

01 Noyabr 2026 - 12:41
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib

İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib

01 Noyabr 2026 - 12:39
Sabah 22 dərəcə isti olacaq

Sabah 22 dərəcə isti olacaq

01 Noyabr 2026 - 12:36
Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

31 Oktyabr 2026 - 19:06
Zelenski Türkiyəyə səfər edib

Zelenski Türkiyəyə səfər edib

31 Oktyabr 2026 - 18:44
Abbas Əraqçi: Müharibənin olacağını istisna etmirəm

Abbas Əraqçi: Müharibənin olacağını istisna etmirəm

31 Oktyabr 2026 - 18:15
Bəhreyn və İordaniya hərbi əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib

Bəhreyn və İordaniya hərbi əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib

31 Oktyabr 2026 - 18:11
Xarici işlər naziri Polşa Konstitusiya Məhkəməsi ətrafında baş verənləri dəstəklədi

Xarici işlər naziri Polşa Konstitusiya Məhkəməsi ətrafında baş verənləri dəstəklədi

31 Oktyabr 2026 - 18:00
Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq

Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq

31 Oktyabr 2026 - 17:52
Arsen Venger: Hamı Bakıda keçirilən turnirin yenidən təşkil olunmasını istəyir

Arsen Venger: Hamı Bakıda keçirilən turnirin yenidən təşkil olunmasını istəyir

31 Oktyabr 2026 - 17:37
Polşa Prezident Şurası təcili iclas keçirəcək

Polşa Prezident Şurası təcili iclas keçirəcək

31 Oktyabr 2026 - 17:13
XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

31 Oktyabr 2026 - 17:00
Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq

Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq

31 Oktyabr 2026 - 16:59
İnfantino: Bu, FIFA-nın 120 illik tarixində ən yaxşı işimizdir

İnfantino: Bu, FIFA-nın 120 illik tarixində ən yaxşı işimizdir

31 Oktyabr 2026 - 16:45
Rusiya Ukraynada 280 min insanı işıqsız qoydu

Rusiya Ukraynada 280 min insanı işıqsız qoydu

31 Oktyabr 2026 - 16:17
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.