"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Eldar Mahmudovun həbs ediləcək?

03 Oktyabr 2016 - 09:25
in MANŞET
FacebookVatsap

Bunu da oxuyun

Prezidentin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçıların qəbuluna dair video paylaşılıb

Sabah Bakıda və bir neçə rayonda işıq kəsiləcək

İranda “Boeing 737” texniki nasazlıq səbəbindən məcburi eniş edib

 

Eldar Mahmudovun həbs ediləcəyi anonsu - niyə 1 il sonra?  MTN generalları mühakimədə…; Hilal Əsədovun istintaqa çağırılması və baş prokurorun açıqlamasının MTN şefi üçün “şifrələri”; sabiq nazir indi 11 ay əvvəlkindən də müdafiəsizdir və ictimai rəy onun həbsinə köklənib…

Oktyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyində (MTN) nazir Eldar Mahmudovun işdən uzaqlaşdırılması ilə başlamış antikorrupsiya əməliyyatının 1 ili tamam olur. E.Mahmudovun işdən uzaqlaşdırılmasından sonra bu mühüm dövlət strukturunda baş vermiş ağır cinayət faktları üzə çıxdı və bir neçə general da daxil olmaqla, qanunsuz əməllərə yol vermiş zabitlər  həbs olundular.
 
MTN araşdırması tezliklə digər dövlət strukturlarında da, xüsusilə Rabitə və İnformasiya Texnologiyalar Nazirliyində  “zəlzələ” yaratdı. Nəticədə bu nazirlikdə də yüksək vəzifə tutan böyük bir dəstə həbsə alındı, nazir Əli Abbasov işini itirdi. Sabiq nazirin qudası, Beynəlxalq Bankın İdarə Heyətinin sədri olmuş Cahangir Hacıyev də bu istefadan bir neçə ay sonra qandallandı. Hazırda həm ləğv olunmuş MTN, həm də “rabitə çetesi” adlandırılan iş üzrə məhkəmə prosesi başlayıb. Məhz bu ərəfədə də ötən 11 ayda Əli Abbasovdan fərqli olaraq mediaya bir dəfə də olsun danışmayan Eldar Mahmudovun başı üzərində “qara buludlar” sıxlaşıb.
 
Ötən aylarda E.Mahmudovun niyə həbs edilməməsi barədə mediada onlarla məqalələr yazılıb, ən müxtəlif versiyalar səslənib. Ən ciddi ehtimallar bundan ibarətdir ki, E.Mahmudovun həbsi məhz məhkəmə proseslərində üzə çıxan faktlardan sonra mümkün ola bilər. İddialara görə, E.Mahmudovun dərhal həbsi sabiq nazirin özünü müdafiə üçün təsir imkanı olan mərkəzləri, eləcə də medianı iqtidarın üzərinə yönləndirə bilərdi. Sirr deyil ki, bu müddətdə sabiq nazirin təsir imkanı olan mərkəzlər zərərsizləşdirildi, MTN çətiri altına toplanmış media strukturları isə ifşa olundu.
Image result for Eldar Mahmudov
 
E.Mahmudov indi 11 ay əvvəlkindən də müdafiəsizdir. Nazir vəzifəsindən çıxarılanda ictimai rəydə əvvəl müəyyən müsbət imici olsa da, indi onu çətin ki, kimsə xoş təəssüratla xatırlasın. Bu səbəbdən də E.Mahmudov üçün yolun sonu görünür.
***
Bu ərəfədə  E.Mahmudovun sonrakı taleyinə təsir edə biləcək iki mühüm hadisə də baş verib. Ötən həftəsonu belə bir xəbər yayılıb ki, E.Mahmudovun ən yaxın adamı, uzun illər müavini olmuş general Hillal Əsədov istintaqa çağırılıb. “Azadlıq” radiosunun əldə etdiyi məlumata görə, istintaqa çağırılan general  E.Mahmudov başda olmaqla, “MTN çetesi”nin “8-ci kilometr bazarı”nı zor və şantaj yolu ilə necə ələ keçirmələri işi üzrə dindirilib.
H.Əsədov ifadəsində bildirib ki, ümumiyyətlə, bu məsələ ilə əlaqədar onda olan məlumatları gündə bir neçə dəfə nazirinə məruzə edib. Məlum olub ki, ələ keçirilən bazarda böyük pay sahibi E.Mahmudov olub. H.Əsədovun həyat yoldaşı, qayınatası da bu məsələ ilə əlaqədar prokurorluqda dindirilib.
Image result for Hilal Əsədov
H.Əsədov MTN işi üzrə zərərçəkənlərin ən çox adını hallandırdıqları generallardan biridir. O işdən çıxarılandan sonra ilk dəfədir ki, istintaqa çağırılır və göründüyü kimi, təkcə bazarla bağlı barəsində ciddi ittihamlar var. H.Əsədovun məsuliyyəti sabiq nazirinin üzərinə atmaq cəhdi də MTN işi üzrə mediaya açıqlanan ilk faktdır. Yəni həbs edilən generalların istintaq ifadələrində sabiq nazirlərinin “çörəyini itirmədikləri” iddia olunur. H.Əsədov isə E.Mahmudovu da açıq işarə edir və gedəcəyi yerə onu da “dartır”.
 “Hilal Əsədovun istintaqa çağırılması sabiq komandanlığın həbs ehtimalından xəbər verir”. Bunu moderator.az saytına açıqlamasında keçmiş polis rəisi, tanınmış hüquqşünas Mahmud Hacıyev bildirib. Ekspertin sözlərinə görə, bu yenilik ciddi mətləblərdən xəbər verir: “Bu vaxta qədər ”MTN işi” ilə bağlı həbs olunanlar yalnız icraçılardan ibarət idi. Akif Çovdarovun özü də icraçılardan biri idi. Lakin Hilal Əsədovun istintaqa çağırılması göstərir ki, yaxın gələcəkdə keçmiş MTN komandanlığı arasında da həbslərə şahid ola bilərik. Əvvəlki dövrə nisbətən indi bu ehtimal daha inandırıcı görünür”.
 
Image result for Zakir Qaralov
 
Oktyabrın 1-də E.Mahmudovun həbs ehtimalı barədə daha bir sensasion açıqlama verilib. Baş prokuror Zakir Qaralov jurnalistlərin “Eldar Mahmudov niyə həbs edilmir”  sualına cavab verib: “Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları haqqında Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində bu gün də istintaq davam edir. Bütövlükdə istintaq 280 epizod üzrə aparılır. Artıq bilirsiniz ki, həmin cinayət işlərindən biri məhkəməyə göndərilib, digərləri üzrə istintaq davam edir. İstintaqın sonunda kimin həbs olunub-olunmayacağı bəlli olacaq. Prokurorluq orqanlarının ümdə vəzifələrindən biri də vətəndaşlarımızın ərizə və şikayətlərinin baxılmasıdır. Müraciətlər araşdırılır, müvafiq tədbirlər də görülür. Kimin məsuliyyəti varsa, o, məsuliyyətdən kənarda qalmayacaq”.
Bu, yanılmırıqsa, E.Mahmudovun işdən çıxarılmasından sonra onun barəsində ən yüksək səviyyədə verilmiş ilk açıqlamadır. Z.Qaralov  professional hüquqçu kimi verdiyi açıqlamada mümkün qədər istintaq sirrinin qorumağa çalışıb. Amma zənnimizcə, baş prokuror  E.Mahmudovun taleyi ilə bağlı iki mühüm ipucu verib.
Image result for Akif Çovdarov
Birincisi, məhkəmə işləri ilə bağlıdır. Məlumdur ki, hazırda Sabunçu Rayon Məhkəməsində Akif Çovdarovun və digər MTN əməkdaşlarının mühakiməsi başlayıb. Bir çoxları iddia edir ki, bu məhkəmədə E.Mahmudovu heç bir təhlükə gözləmir, çünki məhkəməsi keçirilənlərin sabiq naziri ələvermə ehtimalı yoxdur və sair. Amma belə aydın olur ki, E.Mahmudovun bu məhkəmədə “sudan quru çıxması” heç nəyi dəyişməyəcək. Çünki baş prokuror 280 epizoddan danışır və iş üzrə istintaqın davam etdiyini, yeni məhkəmənin olacağını da anons edir.
İkinci mühüm məqam E.Mahmudovun məsuliyyətdən kənarda qala bilməyəcəyinə aydın verilmiş işarədir.“İstintaqın sonunda kimin həbs olunub-olunmayacağı bəlli olacaq”, ifadəsindən sonra “kimin məsuliyyəti varsa, o, məsuliyyətdən kənarda qalmayacaq”, – deyə baş prokuror bildirib. Burada sualda məhz E.Mahmudovun adı olduğu üçün konkretləşməyə ehtiyac var: “…Eldar Mahmudov məsuliyyətdən kənarda qalmayacaq”.
Belə görünür ki, E.Mahmudov arxayınlaşdığı və məsuliyyətdən yaxasını kənara çəkə biləcəyi barədə iddialar əsaslı deyil. E.Mahmudov 1 il əvvəlki şokun daha betərini yaşaya bilər. Həm də bu günlərdə…
“YM”
Previous Post

Eldar Mahmudovun həbs ediləcək?

Next Post

Heydər Babayev bankını necə itirdi – imperiyanın çöküşü

Bənzər yazılar

Prezidentin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçıların qəbuluna dair video paylaşılıb

Prezidentin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçıların qəbuluna dair video paylaşılıb

15 Sentyabr 2026 - 23:52

Azərbaycan Prezidenti İlham Əliyevin sosial media hesablarında Bakıda keçirilən beynəlxalq konfransların iştirakçıların qəbul etməsinə dair video paylaşılıb. Elchi.az paylaşımı təqdim...

Sabah Bakıda və bir neçə rayonda işıq kəsiləcək

Sabah Bakıda və bir neçə rayonda işıq kəsiləcək

15 Sentyabr 2026 - 23:37

Sentyabrın 16-da paytaxt ərazisində Yasamal rayonunun, eləcə də bir sıra regionların elektrik şəbəkələrində təmir işləri aparılacaq. Elchi.az  xəbər verir ki,...

İranda “Boeing 737” texniki nasazlıq səbəbindən məcburi eniş edib

İranda “Boeing 737” texniki nasazlıq səbəbindən məcburi eniş edib

15 Sentyabr 2026 - 21:57

İranın Sepahan aviaşirkətinə məxsus Boeing 737 sərnişin təyyarəsi şassi ilə bağlı yaranan problem və mühərrikin ehtimal olunan zədələnməsi səbəbindən Məşhəd...

İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır

İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır

15 Sentyabr 2026 - 20:10

Avropa Parlamenti rüşvətxorlar yuvasıdır. Elchi.az  xəbər verir ki, bu sözləri dövlət başçısı sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek...

Next Post

Heydər Babayev bankını necə itirdi - imperiyanın çöküşü

Heydər Babayev bankını necə itirdi - imperiyanın çöküşü

Son xəbərlər

İranda dövlət qurumlarında xarici messencerlərdən istifadəyə qoyulan qadağa ləğv edilib

İranda dövlət qurumlarında xarici messencerlərdən istifadəyə qoyulan qadağa ləğv edilib

15 Sentyabr 2026 - 23:55
Prezidentin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçıların qəbuluna dair video paylaşılıb

Prezidentin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçıların qəbuluna dair video paylaşılıb

15 Sentyabr 2026 - 23:52
Sabah Bakıda və bir neçə rayonda işıq kəsiləcək

Sabah Bakıda və bir neçə rayonda işıq kəsiləcək

15 Sentyabr 2026 - 23:37
Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 1400-ə yaxınlaşıb

Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 1400-ə yaxınlaşıb

15 Sentyabr 2026 - 21:59
İranda “Boeing 737” texniki nasazlıq səbəbindən məcburi eniş edib

İranda “Boeing 737” texniki nasazlıq səbəbindən məcburi eniş edib

15 Sentyabr 2026 - 21:57
Fransa polisləri iş şəraitinə görə etiraz edirlər

Fransa polisləri iş şəraitinə görə etiraz edirlər

15 Sentyabr 2026 - 21:55
Tramp ABŞ Ali Məhkəməsini sərt tənqid edib

Tramp ABŞ Ali Məhkəməsini sərt tənqid edib

15 Sentyabr 2026 - 21:53
ABŞ ordusu SEPAH-ın iki katerini məhv edib

ABŞ ordusu SEPAH-ın iki katerini məhv edib

15 Sentyabr 2026 - 20:36
İsveçrə–Azərbaycan Biznes Forumu keçirilib

İsveçrə–Azərbaycan Biznes Forumu keçirilib

15 Sentyabr 2026 - 20:17
Sabah rayonlarda leysan yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Sabah rayonlarda leysan yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

15 Sentyabr 2026 - 20:11
İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır

İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır

15 Sentyabr 2026 - 20:10
Allahşükür Paşazadə Prezident İlham Əliyevə təşəkkür edib

Allahşükür Paşazadə Prezident İlham Əliyevə təşəkkür edib

15 Sentyabr 2026 - 20:07
Ronaldo çıxış etdiyi klubu ala bilər

Ronaldo çıxış etdiyi klubu ala bilər

15 Sentyabr 2026 - 19:28
Qarabağın dirçəlişini və aparılan quruculuq işlərinierməni revanşist qüvvələr həzm edə bilmirlər

Qarabağın dirçəlişini və aparılan quruculuq işlərinierməni revanşist qüvvələr həzm edə bilmirlər

15 Sentyabr 2026 - 19:20
Mikayıl Cabbarov İsveçrədə: 10-cu iclas keçirildi

Mikayıl Cabbarov İsveçrədə: 10-cu iclas keçirildi

15 Sentyabr 2026 - 19:12
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.