"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Eldar Mahmudov yenidən vəzifə iddiasına düşüb

05 Mart 2018 - 09:07
in XƏBƏR LENTİ
FacebookVatsap

Sabiq nazirin “çete”sinə daxil olanlar məhbəsdən azadlığa çıxmağa başlayıb; Vüsal Ələkbərovun təhdid xarakterli açıqlamaları onun cəzasının 12 ildən 5 ilə endirilməsinə səbəb olub…

Milli Təhlükəsizlik Nazirliyini şəxsi cəza aparatına çevirmiş Eldar Mahmudov bu vəzifədən azad ediləndən və “MTN çetesi”nə qarşı məlum əməliyyatlar başlayandan sonra ölkədə xeyli insan rahat nəfəs almağa başlamışdı. Bunadək isə bəzi nazirlər, komitə sədrləri, icra başçıları, iş adamları, hüquq-mühafizə orqanlarında vəzifə tutanlar, yolu bircə dəfə Eldar Mahmudovun rəhbərlik etdiyi nazirliyə düşənlər daim qorxu altında olublar. 2015-ci ilin oktyabrında MTN-dəki qəfil əməliyyat, daha sonra adıçəkilən nazirliyin ümumiyyətlə ləğvi vəziyyəti dəyişdi, cəmiyyətdə, əsasən də qorxu altında yaşayanlarda ümid yarandı.

Bunu da oxuyun

Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb

Bakıda yolun hərəkət hissəsindən keçməyə çalışan piyadanı minik avtomobili vurub

“Euronews”da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub

MTN-dəki əməliyyatdan az sonra Baş Prokurorluğun yaydığı rəsmi məlumatdan aydın oldu ki, “MTN işi” üzrə 20-dən çox MTN-çi həbs olunub, 57 nəfər zərərçəkən müəyyən edilib. Amma sonrakı dönəmdə “MTN çetesi”ndən zərər çəkənlərin ümidləri də tam doğrulmadı…

Ötən 30 ay ərzində zərərçəkənlərdən hər hansı birinin iş üzrə aparılan istintaq və məhkəmədən razılıq etdiyini eşidən olmayıb. Zərərçəkənlərə dəymiş ziyanı da ödəyən olmayıb. Eldar Mahmudov, onun müavini olmuş Hilal Əsədov, MTN-in İstintaq Baş İdarəsinin rəisi olmuş Mövlam Şıxəliyev azadlıqdadırlar, “MTN işi” üzrə istintaqa çağırılsalar da, faktiki statusları bilinmir. İstintaqa təqsirləndirilən şəxs və ya şahid qismində çağırıldıqları belə sirr kimi ictimaiyyətdən gizli saxlanılır. Artıq “MTN işi” ilə bağlı inandırıcı olmayan proqnozlar da doğurulmaqdadır. Hələ iş üzrə istintaq yenicə başlayan günlərdə belə fikirlər dolaşırdı ki, bir müddət sonra həbs edilən MTN-çilər azad ediləcək. Hətta bu iddia da vardı ki, Eldar Mahmudovun özünə yeni vəzifə də verilə bilər. Qeyd edilirdi ki, Eldar Mahmudovu himayə edən güclər buna nail olmağa çalışacaq.

Hələlik bu planın ilkin mərhələsinə şahidlik edirik.  Ləğv olunmuş MTN-in İstintaq Baş İdarəsinin rəis müavini Vüsal Ələkbərovun cəzası 12 ildən birdən-birə 5 ilə endirilib. Azərbaycan məhkəmələrində ötən illər ərzində belə bir qərar olmayıb. Bakı Apelyasiya Məhkəməsinin hakimi Qədim Babayev hesab edib ki, Vüsal Ələkbərova qarşı birinci instansiya məhkəməsində olduqca sərt cəza verilib.

Vüsal Ələkbərov ile ilgili görsel sonucu

Vüsal Ələkbərov

 

Hakim Vüsal Ələkbərov barədə belə bir yumşaq qərar verərkən nə düşünüb?

Ola bilsin ki, Qədim Babayev tərəzinin bir gözünə Vüsal Ələkbərovun əməllərini yığıb. Tərəzinin əks tərəfi cəmi 6 sahibkardan 5 milyondan bir qədər artıq rüşvət alma əməlinin ağırlığı altında yerə dəyib.

Bəlkə o düşünüb ki, Eldar Mahmudov, Hilal Əsədov, elə Vüsal Ələkbərovun birbaşa rəhbəri, MTN-in İstintaq Baş İdarəsinin rəisi Mövlam Şıxəliyev azadlıqda gəzdiyi bir vaxtda Vüsal Ələkbərov niyə 12 il həbsdə qalmalıdır? 5 sahibkarın 5 milyonunu alıbsa, hər var-yoxdan çıxarılan 1 milyona görə 1 il kifayət deyil?

Fakt odur ki, türmə qapıları törətdikləri cinayətlərin ağırlığına baxmayaraq “mahmudovçu”ların üzünə açılmış kimi görünməkdədir.

Həbs ile ilgili görsel sonucu

İstintaq Vüsal Ələkbərovun sahibkarlar Nizami Kazımovdan 2 milyon, Hüseyn Səfərovdan 2 milyon, Elşən Mədətovdan 250 min, Mehrac Qurbanovdan 200 min, Namil Rzayevdən 500 min dollar, Müsənnif Salahovdan isə 600 min manat məbləğində rüşvət almasını rəsmən sübut edib. Vüsal Ələkbərov isə azadlığın 1 addımlığındadır. Onu yaxın zamanlarda səssiz-səmirsiz, sakitcə azad edəcəklər. Əfvə də sala bilərlər, amnistiyaya da düşə bilər. Səbəbi də çox sadədir. Onun mənsub olduğu çete ayaqdadır, zəif durumdan çıxıb. Vüsal Ələkbərov isə həbsə düşəndən sonra məhkəmələrində təmsil olunduğu çetenin rəhbərliyinə açıq tektslə mesajlar yollayırdı.

Məsələn, ötən ilin sonlarında Bakı Hərbi Məhkəməsində  Vüsal Ələkbərova prosesdə son söz deməsi təklif olunmuşdu. O da hakimə demişdi ki, son söz demək üçün ona 2 həftə vaxt lazımdır. Fikrini də belə əsaslandırmışdı.

Sitat: “Mən bəzi sensasion faktlar açıqlayacağam. Söhbət mütəşəkkil cinayətkar dəstədən gedirsə, o zaman bu dəstənin başçıları hardadır? Mənimlə burada kimlər qolu qandallı oturmalıdır, bunu onlar yaxşı bilirlər. Mən həmin mütəşəkkil dəstənin üzvlərinin hamısının adlarını və əməllərini bir-bir açıqlayacağam. Mən nə etmişəmsə, tapşırıq alaraq etmişəm, mənim rəisim olub. Burada mən yox, onlar niyə oturmayıb?”

Aydın idi ki, Vüsal Ələkbərov Eldar Mahmudovu və MTN-nin İstintaq Baş İdarəsinin rəisi, general Mövlam Şıxəliyevi nəzərdə tutur. Mətbuatı onlar da izləyirlər və Vüsal Ələkbərovun çıxışlarından özləri üçün nəticə çıxarıblar. Vüsal Ələkbərov ağzını açıb gözünü yumsa idi, ortaya xeyli kompromat çıxa bilərdi. Elə nüansları ortaya qoyardı ki, mənsub olduğu çete içəridən çox möhkəm çalxalanardı. Görünən odur ki, məhkəmədən düşünmək üçün istədiyi 2 həftə vaxt ona da, keçmiş rəhbərlərinə də kifayət edib.  Odur ki, Vüsal Ələkbərovun cəzasının 12 ildən 5 ilə endirilməsi elə də təəccüblü deyil. Kompromatlarla ayaqda qala bilən Eldar Mahmudov işçisinin əlində ona qarşı nələrin olduğunu da təxmin edə bilib. “MTN işi”nin ilk günlərində aydın olmuşdu ki, Eldar Mahmudovun çetesi ölkə rəhbərliyində, mühüm vəzifələrdə olan şəxsləri, onların yaxlınlarını öz məqsədləri üçün dinləyiblər. Bu dinləmə zamanı əldə etdikləri məlumatları kompromat kimi saxladıqları haqda dəqiq bilgi yoxdur. Ancaq ilk günlər MTN rəhbərliyində aparılan həbslərin davamının olmamasını, bu qədər ağır, dövləti cinayət faktları aşkarlandığı halda cəmi 21 nəfərin həbsə alınmasını bu materiallarla bağlayanlar da var. Elə Eldar Mahmudovun özünün həbs olunmaması, ev dustağına çevrilməsi də bu faktorla izah edilir. Məsələn, deputat Zahid Oruc açıqlamalarından birində buna açıq işarə vurub: “Eldar Mahmudovun ətrafındakı keçmişdən gələn qüvvələr hansısa formada ona məlumat sızdırmaqla məşğuldurlar. Kimsə özünün təhlükəsizliyini təmin etmək üçün hardasa şifrəli məlumatlar yerləşdirib və bu vasitə ilə özünü qoruyur. Müxtəlif nazirliklər, orqanlar, dövlətin elitasını özünü müdafiəyə vadar edərkən belə metod əsas iş prinsipi olub. Düşünüblər ki, adamlar hamısı özlərini qorumaqla məşğul olacaq və Eldar Mahmudovun mənəvi, hüquqi, siyasi hakimiyyəti onlar üzərində bərqərar olacaq. Ehtimal edirəm ki, keçmiş MTN şefinin ətrafında olanların və özünün məşğul olduğu cinayətlərin aşkarlanmaması üçün belə bir yol seçilib…”

Özünü sığortalamaq, uzunmüddətli həbslərdən qorunmaq üçün belə materialların yalnız Mahmudovda deyil, MTN-nin sabiq rəhbərliyində təmsil olunan, məlum çeteyə üzv bir çox şəxsdə olduğu da istisna edilmir.  “MTN işi”nin qızğın çağlarında “Azpolitika.info”nun elektron poçtuna “MTN-in serverindən oğurlanmış 250 gb informasiyanın içindən” qeydi ilə səs yazıları göndərilmişdi. Həmin səs yazılarında, ölkənin bir sıra tanınmış şəxsləri, iri məmur və nazirlərinin ünvanına çox ağır ifadələr, söyüşlər işlədildiyi bildirlirdi. Bununla keçmiş MTN rəhbərliyində təmsil olunan şəxslər əllərində hər kəs barədə kompromat olduğunu nümayiş etdirirdilər. Təsadüfi deyil ki, Eldar Mahmudova xərac verən məmurların bir çoxu bu faktları danmaq yolunu tutublar. Onlar Eldar Mahmudov və dəstəsindən bu gün də ehtiyat edirlər. Bunun üçün ciddi səbəbləri də var. Bilirlər ki, Eldar Mahmudovda onlar barəsində kompromatlar var. Məmurlar da həmin kompromatların şəbəkə tərəfindən hansısa formada mediaya ötürülə biləcəyindən ehtiyat edirlər. Eldar Mahmudovun həbsdə olmamasının da, onun çetesinə daxil olanların cəzalarının minimuma endirilməsinin səbəbi də bununla əlaqələndirilir.

Previous Post

Eldar Mahmudov yenidən vəzifə iddiasına düşüb

Next Post

Rusun “fantastik silahları”, erməninin şantajı, Bakının avantajı

Bənzər yazılar

Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb

Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb

13 Noyabr 2026 - 22:34

Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb. Elchi.az xəbər verir ki, bu barədə Türkiyənin Prezident Administrasiyası məlumat yayıb. "Türkiyə Respublikası...

Bakıda yolun hərəkət hissəsindən keçməyə çalışan piyadanı minik avtomobili vurub

Bakıda yolun hərəkət hissəsindən keçməyə çalışan piyadanı minik avtomobili vurub

13 Noyabr 2026 - 21:31

Yeraltı piyada keçidi bir neçə metr yaxınlığında idi, lakin onun yalnış seçim etməsi faciə ilə nəticələnib. Daxili İşlər Nazirliyi Nəqliyyatı...

“Euronews”da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub

“Euronews”da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub

13 Noyabr 2026 - 21:27

Avropa İttifaqı (Aİ) ilə energetika əməkdaşlığının genişləndirilməsi, Böyük Britaniya ilə Strateji Tərəfdaşlıq, Ukrayna ilə münasibətlər və Ermənistanla dialoqun davam etdirilməsi...

Biləsuvarda motosiklet yük maşınına çırpılıb, ölən var

Biləsuvarda motosiklet yük maşınına çırpılıb, ölən var

13 Noyabr 2026 - 20:12

Biləsuvar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Elchi.az -ın məlumatına görə, hadisə köhnə Bakı-Astara magistralının rayonun Xırmandalı kəndindən keçən...

Next Post
Rusun “fantastik silahları”, erməninin şantajı, Bakının avantajı

Rusun “fantastik silahları”, erməninin şantajı, Bakının avantajı

Rusun “fantastik silahları”, erməninin şantajı, Bakının avantajı

Rusun “fantastik silahları”, erməninin şantajı, Bakının avantajı

Son xəbərlər

Azərbaycanda dənli və dənli paxlalı bitkilərin 4 illik istehsal proqnozları müəyyənləşib

Azərbaycanda dənli və dənli paxlalı bitkilərin 4 illik istehsal proqnozları müəyyənləşib

14 Noyabr 2026 - 13:00
Mark Karni: Kanada heç vaxt NATO-nun digər üzvlərini tək qoymayacaq

Mark Karni: Kanada heç vaxt NATO-nun digər üzvlərini tək qoymayacaq

14 Noyabr 2026 - 12:42
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir

14 Noyabr 2026 - 12:15
Hazırda 55-dək yeni peşə və kvalifikasiya standartı hazırlanır, 80-dən çox standart yenilənir

Hazırda 55-dək yeni peşə və kvalifikasiya standartı hazırlanır, 80-dən çox standart yenilənir

14 Noyabr 2026 - 11:59
FHN-in Bakı Regional Mərkəzi mülki müdafiə tədbirləri keçirib

FHN-in Bakı Regional Mərkəzi mülki müdafiə tədbirləri keçirib

14 Noyabr 2026 - 11:48
MN: Hərbi hissələrdə gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

MN: Hərbi hissələrdə gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

14 Noyabr 2026 - 11:35
FHN gözlənilən qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib

FHN gözlənilən qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib

14 Noyabr 2026 - 11:17
Qazaxıstan XİN: AQEM-in fəaliyyətinin gücləndirilməsinə dəstək verməyə hazırıq

Qazaxıstan XİN: AQEM-in fəaliyyətinin gücləndirilməsinə dəstək verməyə hazırıq

14 Noyabr 2026 - 10:50
“Real Madrid” və “Barselona” 18 yaşlı müdafiəçini transfer etmək istəyir

“Real Madrid” və “Barselona” 18 yaşlı müdafiəçini transfer etmək istəyir

14 Noyabr 2026 - 10:32
Bəzi yerlərdə külək güclənib – FAKTİKİ HAVA

Bəzi yerlərdə külək güclənib – FAKTİKİ HAVA

14 Noyabr 2026 - 10:15
Əmtəə bazarlarında qızılın qiyməti artıb

Əmtəə bazarlarında qızılın qiyməti artıb

14 Noyabr 2026 - 10:00
Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb

14 Noyabr 2026 - 09:45
Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

14 Noyabr 2026 - 09:30
Peru sahillərində zəlzələ baş verib

Peru sahillərində zəlzələ baş verib

13 Noyabr 2026 - 22:35
Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb

Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb

13 Noyabr 2026 - 22:34
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.