"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Eldar Mahmudov Namiq Abbasovun qardaşını niyə oğurladıb?

07 Dekabr 2016 - 09:06
in XƏBƏR LENTİ
FacebookVatsap
 Eldar Mahmudov Namiq Abbasovun qardaşını niyə oğurladıb?

Sabiq nazirləri düşmən edən səbəblər: N.Abbasov MTN-də birinci müavin olanda, E.Mahmudov hələ tələbə idi…

Bunu da oxuyun

Fransa miqrant böhranı fonunda İspaniya ilə sərhəddə təhlükəsizliyi gücləndirir

CENTCOM İranın Hörmüz boğazının bağlanması ilə bağlı bəyanatlarını təkzib edib

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

 
Keçmiş milli təhlükəsizlik naziri Namiq Abbasovun qardaşı Rafael Abbasov ləğv edilmiş MTN-in keçmiş rəhbərliyinin formalaşdırdığı mütəşəkkil cinayətkar qruplaşma tərəfindən oğurlanıb və aylarla məruz qaldığı işgəncə nəticəsində ölüb. Bu sensasion məlumatı hazırda Avropada mühacirətdə olan keçmiş MTN zabiti Ramin Nağıyev contact.az saytına açıqlamasında deyib. 
Ramin Nağıyevin bildirdiyinə görə, 2004-2010-cu illər ərzində Azərbaycanda çoxlu sayda biznesmen, imkanlı adamlar, hüquq-mühafizə orqanlarının əməkdaşları, dövlət məmurları MTN rəhbərliyinə yaxın qruplaşma tərəfindən oğurlanıb. Onların azadlığa buraxılması üçün böyük məbləğdə pul tələb ediblər. Konkret məbləğ alınandan sonra oğurlananlar buraxılıb. Keçmiş MTN zabiti deyib ki, oğurlanan şəxslərdən bir çoxu məruz qaldıqları işgəncələr nəticəsində şikəst geri qaytarılıblar.
“Oğurlananlardan 20-yə yaxınının adları o dövrün mətbuatında dərc edilib. Onların arasında keçmiş milli təhlükəsizlik naziri Namiq Abbasovun qardaşı Rafael Abbasov da var idi. Lakin bu barədə indiyədək heç kim danışmayıb. Oğurlanandan sonra 6 ay ərzində Rafaeli zirzəmidə saxlayıb işgəncə veriblər. Nəticədə onun ayağında qanqrena yaranıb. Azad olunandan sonra göstərilən tibbi müdaxiləyə və aşağı ətraflarının kəsilməsinə baxmayaraq Rafael Abbasov bir müddət sonra vəfat etdi”-Ramin Nağıyev bildirib.
Image result for Eldar Mahmudov Namiq Abbasov
Keçmiş MTN zabiti deyib ki, oğurlananların bir qismi indiyədək qorxularından başlarına gələnləri danışmağa cəsarət etmir. O cümlədən bir vaxtların qüdrətli milli təhlükəsizlik naziri Namiq Abbasov da qorxusundan susur…
Virtualaz.org saytı isə iddia edir ki, Rafael Abbasov 2000-ci illərin ortalarında tikinti biznesi ilə məşğul olub, Bakının Yasamal rayonunda, “Qanlıgöl”ün ətrafında çoxsaylı yeni yaşayış binaları inşa edib. “Onun oğurlanması və aldığı işgəncələr nəticəsində ayaqlarının kəsilməsi, daha sonra vəfat etməsi barədə indiyədək heç vaxt mətbuatda yazılmamışdı. Bu faktı açıqlayan Ramin Nağıyev özü Namiq Abbasova yaxın kadr hesab edilirdi” deyə, xəbərdə bildirilir.  Qeyd edək  ki, uzun illərdir  Fransada siyasi mühacir həyatı yaşayan MTN-in keçmiş zabiti bundan əvvəl də  qalmaqallı iddiaları ilə yadda qalıb.
Namiq Abbasov 1977-ci ildən təhlükəsizlik orqanlarında fəaliyyətə başlayıb. 1979-cu ildə SSRİ DTK-nın Ali Məktəbini bitirib şöbə rəisinin müavini, şöbə rəisi, Azərbaycan SSR DTK sədrinin müavini kimi vəzifələrdə işləyib. 1992-ci ildə Azərbaycan milli təhlükəsizlik nazirinin müavini təyin edilib. Daha sonra nazirin birinci müavini vəzifəsinə irəli çəkilib. Heydər Əliyev 1995-ci ildə N.Abbasovu Nəriman İmranovun yerinə nazir təyin edib. N.Abbasov 1995-ci ilin mart ayından 2004-cü ilin iyul ayınadək  milli təhlükəsizlik naziri vəzifəsində işləyib, general-polkovnik hərbi rütbəsinə qədər yüksəlib.
Image result for Eldar Mahmudov Namiq Abbasov
Nazir postundan azad ediləndən sonra o, 2004-cü ilin 16 dekabr tarixindən 2012-ci il oktyabrın 31-nə kimi Azərbaycanın Özbəkistandakı  səfiri postunda çalışıb. Səfir vəzifəsini tərk edəndən sonra təqaüdə çıxıb. 
***
N.Abbasovla Eldar Mahmudovun münasibətləri haqda birmənalı danışmaq  mümkün deyil. Çünki  onların ranqları çox fərqli olub. N.Abbasov  qüdrətli və nüfuzlu  bir quruma birinci müavin təyin ediləndə (1992)  E.Mahmudov  DİN-in  Narkotiklərlə Mübarizə İdarəsində rəis müavini işləyirdi, Bakı Dövlət Universitetində isə qiyabi hüquq təhsili alırdı. Üstəlik, N.Abbasov  vəzifəsindən çıxarılsa da, o yenə dövlət görəvlisi, diplomat  idi.
R.Nağıyev hadisənin konkret hansı ildə baş verdiyini dəqiqləşdirmədiyi  üçün N.Abbasova bu qəzəbin səbəblərini  axtarmaq da çətinləşir. Mümkündür ki, N.Abbasovun qardaşı necəsə MTN-in toruna düşüb və belə görünür ki, onu xilas etmək hətta N.Abbasov kimi bir nüfuzlu şəxsin imkanı xaricində olub.
Image result for MTN
N.Abbasov MTN-də baş verən hadisələr  üzə çıxdıqdan sonra bu məsələyə  çox ehtiyatlı münasibəti ilə yadda qalıb.  “Milli Təhlükəsizlik Nazirliyində baş verən bu hadisələrlə bağlı çıxış etməyim məsləhət deyil. Məhz ona görə ki, mən MTN-dən getdim, o, (Eldar Mahmudov-red.) gəldi. Sonra bu qədər hadisələr oldu. Mənim danışmağım oradan getdiyim üçün incimiş adamın çıxışı kimi anlaşılacaq. Bu barədə danışmağı lazım bilmirəm. Müsbət də nəsə deyə bilmərəm. Bu barədə mən yox, kənar adamlar danışsa, doğru olar. Hadisələr sovuşana, tamam sakitləşənə qədər qəti surətdə çıxış etməyəcəm. Bax o zaman nəsə bir rəy bildirə bilərəm” deyə, o bildirib.
 
MTN ləğv edildikdən sonra isə N.Abbasov yenə də qısa danışmışdı: “Milli Təhlükəsizlik Nazirliyinin (MTN) ləğv edilməsi dövlət başçısının qərarıdır. Bu qərara hörmətlə yanaşıram. Bu sahədə yeni addımlar atılır. Hələ yol gedilir. Bir ilə, iki ilə, üç ilə bilinəcək ki, hər şey yerində olubmu?! Ona görə də zamanı gözləmək lazımdır. Başqa rəy bildirməyə lüzum görmürəm”.
N.Abbasovun hazırda harada olduğuna gəlincə,  məlumtlara görə, səfir vəzifəsini tərk edəndən sonra o, əsasən Bakıdakı bağ evində qalır.
Previous Post

Eldar Mahmudov Namiq Abbasovun qardaşını niyə oğurladıb?

Next Post

Azərbaycan dollardan imtina edə bilməz, çünki…

Bənzər yazılar

Fransa miqrant böhranı fonunda İspaniya ilə sərhəddə təhlükəsizliyi gücləndirir

Fransa miqrant böhranı fonunda İspaniya ilə sərhəddə təhlükəsizliyi gücləndirir

31 İyul 2026 - 21:53

Fransa Prezidenti Emmanuel Makron Seutaya miqrantların genişmiqyaslı axını fonunda İspaniya ilə sərhəddə təyyarələr və pilotsuz uçuş aparatları yerləşdirmək barədə göstəriş...

CENTCOM İranın Hörmüz boğazının bağlanması ilə bağlı bəyanatlarını təkzib edib

CENTCOM İranın Hörmüz boğazının bağlanması ilə bağlı bəyanatlarını təkzib edib

31 İyul 2026 - 20:55

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İran hakimiyyətinin Hörmüz boğazının bağlanması ilə bağlı növbəti bəyanatını təkzib edərək, beynəlxalq dəniz yolunun...

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

31 İyul 2026 - 20:53

Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın olub. Bu barədə Elchi.az -  Fövqəladə Hallar Nazirliyindən məlumat verilib....

Azərbaycan xüsusi təyinatlıları “Zülfüqar-2026” təlimini uğurla tamamladı

Azərbaycan xüsusi təyinatlıları “Zülfüqar-2026” təlimini uğurla tamamladı

31 İyul 2026 - 19:08

İordaniyada Azərbaycan, Pakistan, Türkiyə və bu ölkənin xüsusi təyinatlı bölmələrinin iştirakı ilə keçirilən "Zülfüqar - 2026" birgə taktiki təlimi başa...

Next Post

Azərbaycan dollardan imtina edə bilməz, çünki...

Azərbaycan dollardan imtina edə bilməz, çünki...

Son xəbərlər

Azərbaycan dili və əlifbası günüdür

Azərbaycan dili və əlifbası günüdür

01 Avqust 2026 - 00:00
“Odissey”in kitab satışları 1400 faiz artdı

“Odissey”in kitab satışları 1400 faiz artdı

31 İyul 2026 - 22:39
Dünya Kubokunun ən dəyərli heyətləri hansılardır?

Dünya Kubokunun ən dəyərli heyətləri hansılardır?

31 İyul 2026 - 22:32
Rekord – Təyyarə 24 saat 24 dəqiqə havada qaldı

Rekord – Təyyarə 24 saat 24 dəqiqə havada qaldı

31 İyul 2026 - 22:28
Paytaxtın bir çox küçə və yollarında hərəkət məhdudlaşdırılacaq

Paytaxtın bir çox küçə və yollarında hərəkət məhdudlaşdırılacaq

31 İyul 2026 - 22:24
Fransa miqrant böhranı fonunda İspaniya ilə sərhəddə təhlükəsizliyi gücləndirir

Fransa miqrant böhranı fonunda İspaniya ilə sərhəddə təhlükəsizliyi gücləndirir

31 İyul 2026 - 21:53
Şuşada təcili tibbi yardım bölməsi istifadəyə verilib

Şuşada təcili tibbi yardım bölməsi istifadəyə verilib

31 İyul 2026 - 21:49
Ukrayna Prezidenti Türkiyə ilə Azad ticarət barədə sazişin ratifikasiyası haqqında qanunu imzalayıb

Ukrayna Prezidenti Türkiyə ilə Azad ticarət barədə sazişin ratifikasiyası haqqında qanunu imzalayıb

31 İyul 2026 - 21:46
Tramp İspaniyada baş verənləri fəlakət və işğal adlandırıb

Tramp İspaniyada baş verənləri fəlakət və işğal adlandırıb

31 İyul 2026 - 21:40
Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri başa çatıb

Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri başa çatıb

31 İyul 2026 - 21:04
Sabah 39 dərəcə isti olacaq

Sabah 39 dərəcə isti olacaq

31 İyul 2026 - 21:02
Bakıda və bölgələrdə son bir həftədə yaşıllıqlara 227 min manatdan çox ziyan vurulub

Bakıda və bölgələrdə son bir həftədə yaşıllıqlara 227 min manatdan çox ziyan vurulub

31 İyul 2026 - 20:58
CENTCOM İranın Hörmüz boğazının bağlanması ilə bağlı bəyanatlarını təkzib edib

CENTCOM İranın Hörmüz boğazının bağlanması ilə bağlı bəyanatlarını təkzib edib

31 İyul 2026 - 20:55
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

31 İyul 2026 - 20:53
Milli Məclisin sədri Pan-Afrika Parlamentinin prezidenti Fatih Boutbiq ilə görüşüb

Milli Məclisin sədri Pan-Afrika Parlamentinin prezidenti Fatih Boutbiq ilə görüşüb

31 İyul 2026 - 19:29
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.