"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home Cebhe-banner

Elçin Mirzəbəyli: “Belə təsəvvür yaranır ki, İran farsların və ermənilərin dövlətidir”

25 Avqust 2022 - 22:30
in Cebhe-banner, MANŞET, MÖVQE
FacebookVatsap

“Hər il paytaxt Tehran da daxil olmaqla İranın bir sıra şəhərlərində erməni məktəblərinin ənənəvi sərgisi keçirilib. Sərgidə erməni dilində, müxtəlif dövrləri əhatə edən dərsliklər nümayiş etdirilir. Bundan başqa, Tehrandakı erməni məktəblərində istifadə olunan əşyalar, çap maşınları, məktəbli geyimləri də ziyarətçilərin diqqətinə təqdim olunur”.

Bunu da oxuyun

Prezident: Azərbaycan-Əlcəzair münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib

“Türk dövlətlərinə açılım və sıx iqtisadi inteqrasiya lazımdır”-Qüdrət Həsənquliyev

Elchi.az xəbər verir ki, bu barədə BAXCP sədrinin müavini, siyasi şərhçi Elçin Mirzəbəyli Feysbuk hesabında qeyd edib.

E.Mirzəbəyli bildirib ki, rəsmi məlumatlara görə, hazırda İranda 60-80 min arası erməni yaşayır:

“Buna baxmayaraq, təkcə Tehran şəhərində ermənilərin təsis etdiyi 53 məktəb fəaliyyət göstərir. Onlardan 20-də yalnız ermənilər və əsasən öz dillərində təhsil alırlar. Bundan başqa, paytaxt Tehranda ermənilər üçün nəzərdə tutulan çoxsaylı uşaq baxçaları da fəaliyyət göstərir…
Şübhəsiz ki, mənim, o cümlədən sizin əksəriyyətiniz üçün Tehranda fəaliyyət göstərən erməni məktəbləri və İran ermənilərinin həyat tərzi heç bir əhəmiyyət kəsb eləmir. Amma nəzərinizə çatdırım ki, burnunu bütün ölkələrin daxili işinə soxub, həmin ölkələrdə yaşayan etnik qruplarla bağlı ağlasığmaz nağıllar uyduran, özünü az qala kiçik xalqların hamisi kimi təqdim edən İran rejimi öz sərhədləri daxilində yalnız və yalnız 60-80 minlik etnik erməninin milli-mədəni hüquqlarını tanıyır.
Qeyd edim ki, İran Dövlət Mədəniyyət Şurasının 2010-cu ildə keçiridiyi sorğuya görə, ölkə əhaləsinin 47,55%-i özünü fars, 31,13%-i türk (22,45% Azərbaycan türkləri, 8,68% digər türk əsillilər), 7,78% -i kürd, 7,25%-i lor, 2,51%-i bəluc, 2,40%-i isə ərəb dilli hesab edir. Xatırladım ki, bu İran Dövlət Mədəniyyət Şurasının keçirdiyi son sorğudir və sorğu da, çox güman ki, məqsədyönlü şəkildə milli mənsubiyyət yox, ana dili amili üzərindən gerçəkləşdirilib. Çünki İranda yaşayan əhalinin əhəmiyyətli hissəsi gündəlik həyatda öz ana dillərindən istifadə etmir, fars dilində təhsil alır və bu dildə danışırlar. Bu baxımdan, gerçək rəqəmlərlə Mədəniyyət Şurasının BMT-yə təqdim etdiyi göstəricilər arasındakı fərqin kifayət qədər böyük olduğunun, zənnimcə əlavə sübuta ehtiyacı yoxdur. Müxtəlif hesabatlarda İran İslam Respublıkası adlanan ölkədə, öz tarixi torpaqlarında 35-40 milyon civarında türkün yaşadığı bildirilir. Amma yenə də İran Dövlət Mədəniyyət Şurasının BMT-yə təqdim etdiyi statistik göstəricilərindən çıxış edərək, bu ölkənin öz gözündə tiri görməyib, başqalarının gözündə tük axtaran başbilənlərinə, həmçinin sosial şəbəkələrdəki başyaran və saçyolanlarına sadə bir sual ünvanlamaq istəyirəm:
Necə olur ki, İran əhaləsinin, rəsmi statistikaya görə, 31,13, – 7,78, – 7,25, – 2,51 və 2,40%-ni təşkil edən xalq və etnik qrupların öz ana dillərində məktəbləri yoxdur, amma sayı 0,001%-dən də az olan ermənilərin hər şeyi var – erməni dilində uşaq baxçaları və məktəbləri, mədəniyyət mərkəzləri və s.
Əlahəzrət FAKT konkret göstərici və müqayisəli, əsaslandırılmış arqument tələb edir. Bu da havaya üfürdüyünüz ideoloji nağıllar deyil ki, Həzrət Abbasa and içib canını qurtarasan. Yaxud hansısa ehkamın arxasında gizlənib həqiqəti dilə gətirənləri susdurasan…
Əziz həmvətənlər, bilirsiniz bunların ermənilərdən başqa digər xalqlara öz ana dillərində təhsil almaq hüququ verməməklərinin qarşılığında dilə gətirməyə utanmadıqları arqument nədir? Deyirlər ki, bəs türklər, ərəblər və digərləri müsəlmandırlar, ermənilər isə yox… Arqumentinizə erməni donuzu kəssinlər… Müsəlmandırlar, o zaman qoy ərəb dilində təhsil alsınlar. Yaxud, əgər sən özünü “İslam Respublikası” elan etmisənsə, o zaman ilk növbədə öz ümmətinin hüquqlarını tanı! Əks təqdirdə belə təsəvvür yaranır ki, İran İslam Respublikası farsların və ermənilərin dövlətidir. Bunu mən demirəm, İranın mövcud rejiminin təkcə dil üzərindən yürütdüyü siyasət belə düşünməyə əsas verir…”.

Şayəstə

Previous Post

Elçin Mirzəbəyli: “Belə təsəvvür yaranır ki, İran farsların və ermənilərin dövlətidir”

Next Post

Azərbaycan inteqrasiya proseslərini diqqətlə izləyir – Mişustin

Bənzər yazılar

Prezident: Azərbaycan-Əlcəzair münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

Prezident: Azərbaycan-Əlcəzair münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

01 Noyabr 2026 - 12:41

Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Elchi.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti...

İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib

İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib

01 Noyabr 2026 - 12:39

Azərbaycan Prezidenti İlham Əliyev əlcəzairli həmkarı Abdelmacid Tebbuna bu ölkənin 1 Noyabr – İnqilab Günü münasibətilə təbrik məktubu ünvanlayıb. Elchi.az...

“Türk dövlətlərinə açılım və sıx iqtisadi inteqrasiya lazımdır”-Qüdrət Həsənquliyev

“Türk dövlətlərinə açılım və sıx iqtisadi inteqrasiya lazımdır”-Qüdrət Həsənquliyev

31 Oktyabr 2026 - 10:32

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə açıqlama verib. Elchi.az açıqlamanı təqdim edir: -...

Tramp: İranla müharibə çox tezliklə bitəcək

Tramp: İranla müharibə çox tezliklə bitəcək

30 Oktyabr 2026 - 16:28

ABŞ Prezidenti Donald Tramp İranla müharibənin, onun hansı yolla yekunlaşmasından asılı olmayaraq, yaxın vaxtlarda başa çatacağı barədə fikrini bildirib. Elchi.az...

Next Post
Azərbaycan inteqrasiya proseslərini diqqətlə izləyir – Mişustin

Azərbaycan inteqrasiya proseslərini diqqətlə izləyir - Mişustin

Azərbaycan inteqrasiya proseslərini diqqətlə izləyir – Mişustin

Azərbaycan inteqrasiya proseslərini diqqətlə izləyir - Mişustin

Son xəbərlər

Prezident: Azərbaycan-Əlcəzair münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

Prezident: Azərbaycan-Əlcəzair münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

01 Noyabr 2026 - 12:41
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib

İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib

01 Noyabr 2026 - 12:39
Sabah 22 dərəcə isti olacaq

Sabah 22 dərəcə isti olacaq

01 Noyabr 2026 - 12:36
Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

31 Oktyabr 2026 - 19:06
Zelenski Türkiyəyə səfər edib

Zelenski Türkiyəyə səfər edib

31 Oktyabr 2026 - 18:44
Abbas Əraqçi: Müharibənin olacağını istisna etmirəm

Abbas Əraqçi: Müharibənin olacağını istisna etmirəm

31 Oktyabr 2026 - 18:15
Bəhreyn və İordaniya hərbi əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib

Bəhreyn və İordaniya hərbi əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib

31 Oktyabr 2026 - 18:11
Xarici işlər naziri Polşa Konstitusiya Məhkəməsi ətrafında baş verənləri dəstəklədi

Xarici işlər naziri Polşa Konstitusiya Məhkəməsi ətrafında baş verənləri dəstəklədi

31 Oktyabr 2026 - 18:00
Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq

Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq

31 Oktyabr 2026 - 17:52
Arsen Venger: Hamı Bakıda keçirilən turnirin yenidən təşkil olunmasını istəyir

Arsen Venger: Hamı Bakıda keçirilən turnirin yenidən təşkil olunmasını istəyir

31 Oktyabr 2026 - 17:37
Polşa Prezident Şurası təcili iclas keçirəcək

Polşa Prezident Şurası təcili iclas keçirəcək

31 Oktyabr 2026 - 17:13
XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

31 Oktyabr 2026 - 17:00
Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq

Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq

31 Oktyabr 2026 - 16:59
İnfantino: Bu, FIFA-nın 120 illik tarixində ən yaxşı işimizdir

İnfantino: Bu, FIFA-nın 120 illik tarixində ən yaxşı işimizdir

31 Oktyabr 2026 - 16:45
Rusiya Ukraynada 280 min insanı işıqsız qoydu

Rusiya Ukraynada 280 min insanı işıqsız qoydu

31 Oktyabr 2026 - 16:17
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.