"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home KÖŞƏ YAZILARI

”Elçibəyin Azərbaycanı sevdiyi kimi…” – bir həyat hekayəsi

24 Avqust 2016 - 08:58
in KÖŞƏ YAZILARI
FacebookVatsap

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

  ''Elçibəyin Azərbaycanı sevdiyi kimi...'' - bir həyat hekayəsi
 “Burda girdiyiniz hər kasıb daxmanın ən baş divarından O boylanar sizə. İrəliyə doğru zillənmiş müdrik baxışları, gələcək vəd edən nurlu çöhrəsi və sinəsində çarpazlanmış qolları sizi bir ayrı dünyaya aparar. Şəklin altında yazılmış “Biz qalib gələcəyik” yazısı alar, götürər adamı. Buralar təpədən-dırnağa Onu xatırladar. Hər sözdən, hər kəlmədən, hər ocaqdan boylanar Elçibəy…
“Heç kəs öz yerində peyğəmbər ola bilməz” deyimini, bu torpaqda puç edir Elçibəy sevgisi. Bəy öncə elə öz torpağında Bəy olub. Üzünü belə görməyən gənclərdən tutmuş ən yaşlılara kimi hamı hörmətlə danışar Onun haqqında. Burada hər kəsin öz baxışı, öz sevgisi, öz düşüncəsi var Bəy haqda. Tetçerin baxışı, Corc Buşun yanaşması, Turqut Özalın sevgisi çox kiçik qalar burdakı sadə insan yanaşmalarının yanında. İnsanlar Bəyə fərqli baxar, fərqli düşünər. Bütün bildiklərini unudarsan, saf sözlər, sadə insan yanaşmaları alıb götürər səni…”
Dırnaq içində verdiyim iki abzas, bir il öncəki yazımdandır, “Bəy hədiyyə”sindən. Harda qalmışdıq? Sadə insanların Bəyə yanaşmasında. Eləsə davam eləyək.
Danışacağım hadisə bəlkə də bir insan faciəsidi. Ya da, taledi, yazıdı. Hər nədirsə, özünüz qiymət verəcəksiz.
Biz ona “ şayir” deyirdik. Kənd adamları hərf üçün xəsislik eləməz, bir “y” hərfi nəmənədir ki, o hərfə görə iki saiti dalbadal deyəsi olasan. O bizim şayirimiz idi. Özü də, Azərbaycanda yox, Türkiyədə dərc olunmuşdu şerlər kitabı. Hələ də mənə hədiyyə etdiyi nüsxəni saxlayıram.  Özü danışmışdı kitabın hekayətini.
“Biz burdan İstanbula işləməyə getmişdik, müəllim. Türkiyəlilər demiş, “əkmək parası” üçün. Nə bilim ki, həyatım dəyişəcək… İnşaatda işləyirdik. Patronun evi elə düz inşaatın yanındaydı. Ailəsi ilə yaşayırdı o evdə. Bir gün patronun qızını gördüm. Buna heç gördüm demək də düz olmaz. Hicablı idi, kölgə kimi keçib getdi yanımdan. Bir də onda ayıldım ki, palçıq vedrəsi əlimdə, getdiyi yollara baxa-baxa qalmışam. Sabahısı yenə belə oldu. Vurulmuşdum. Hərçənd ilk dəfəydi ki, aşiq olurdum, amma hiss edirdim ki, möhkəm vurulmuşam. Bu hər gün beləcə davam etdi. Bir də ayıldım ki, ürəyimdə danışıram onunla.  Şirin sözlər deyirəm. Sonra bu sözlər təkrarlanmağa başladı. Ürəyimlə beynimin arasında ilk şerlər yaranmağa başlamışdı…”
Türkiyə kimi bir yerdə, fəhləlik edən bir adamın, mühafizəkar bir ailənin qızına, hələ bu qız sənin patronunun qızıdırsa, yaxınlaşmağı söz deməyi mümkünmü? Qətiyyən. Bizim şair eşq atəşi ilə yollar axtarmağa başlayır. Və sonunda tapır. Şerlər yazıb, kitab çap etdirəcəkdi. O kitabdan birini sevdiyi qıza hədiyyə edəcəkdi…
 “Deməsi asan idi, məllim. Amma sən gör fəhləlik edən, bütün günü ağır işlərlə məşğul olan adam üçün şer yazıb kitab çap etdirmək nə boyda yükdür. Şerlər onsuz da beynimdə hazır idi. Axşam işimi bitirib gələn kimi, kağız-qələm götürür, səliqəylə kağıza köçürürdüm. Bəzən yemək , yuyunmaq belə yadımdan çıxırdı. Onda ayılırdım ki, acından əllərim əsir, iş paltarındayam, amma yazıram. Digər tərəfdən, biz ora kənddəki ailəmizə kömək eləmək, pul qazanıb evə göndərmək üçün getmişdik. Kitab çapına da yaxşıca pul lazım idi axı…”
Məşəqqət düz dörd il çəkir. Hər gün sevdiyi qızın arxasınca zillənən baxışlar, sonra da ürəyi əsə-əsə, geri qayıtmasını gözləmək. İşləmək, pul toplamaq, nəşriyyat axtarıb aramaq, ac qalmaq, susuz qalmaq…
 “Çıxış yolunu gecələr qaravul işləməkdə tapmışdım. Çox ağır idi, amma inan ki, yorulduğumu hiss etmirdim. Bəzən iş yoldaşlarım deyirdi ki, çox yorğunsan, get bir az dincəl. Amma mən özümdə yorğunluq görmürdüm. Beynimdə şerlərim idi, sevdiyim qız idi, bir də çap edib ona verəcəyim kitabımın xəyalı idi.”
Dörd ilin sonunda lazım olan pul toplanır, şerlər hazırdır, nəşriyyat da danışılıb. Ta nə qaldı ki?
 “Neçə gecə həyəcandan yata bilmədim, məllim… Kitabın əlimə gəlib çıxacağı tarix bəlli idi. Bir an belə dayanmyacaqdım, özümə söz vermişdim, kitabı alan kimi  ilk nüsxəsini qıza hədiyyə edəcəkdim.  Nəşriyyatdan zəng gələndə sevindiyimdən telefonun düyməsini sıxa bilmirdim…”
Kitablar hazır idi, həm də düz min nüsxə. Nəşriyyat bundan az nüsxəyə razılaşmamışdı. Halbuki şairə cəmi bircə nüsxə bəs edirdi. Bu kitabın bircə missiyası vardı…
 “Əlimdə kitab, quş kimi uçdum iş yerimə. Sevdiyim bir azdan gələcəkdi. Yolun kənarında dayanıb, gözləməyə başladım. Bir azdan uzaqda görsəndi. Hər gün gözlərimlə bu nöqtəyə qədər yola salıb, bu nöqtədə qarşılayırdım onu. Amma indi içim içimə sığmırdı. Yanıma gəlib çatana qədər keçən zaman aylar illər qədər idi. Çatdı, yaxınlaşdım kitabı uzatdım. Qız təəccüblü gözləriylə mənə baxdı
   – Bu nə?
 – Kitab, hanımfendi, kitab.  Şiirler kitabım. Ben yazdım həpsini. Okumanızı istərim.
Dilim quruyurdu, məllim. Nəfəsim çıxmırdı. Deyirdim, bəlkə indicə boğulub öləcəyəm…”
Qızın cavabı həqiqətən də öldürücü olur. Şair deyir ki, “İstanbul özü boyda dağ oldu, üstümə uçdu. Heç vaxt o uçqunun altından çıxa bilməyəcəyəm. Mənim həyatım, əslində orda bitib, qalanını nə yaşasam, qənimətdi…”
Sevdiyi qız, şairə bircə cümlə ilə cavab verir:
   “ – Tamam da, sağ olun. Amma benim okuma –yazmam yok ki…”
Təsəvvür edirsiz? Edə bilirsiz? Mən ha çalışıram alınmır… Və bundan artığına da şərh verəsi deyiləm.
Bura qədər sakitcə danışan şair ayağa qalxıb bir siqaret yandırdı. Tüstüsünü acgözlüklə ciyərlərinə çəkdi, sandım ki o tüstünü ciyərlərində saxlamaq istəyir, qaytarmayacaq. Gözlərini uzaqlara zillədi və məni heyrətə salacaq son sözləri deyib, aralandı.
 “MƏN O QIZI, ELÇİBƏYİN AZƏRBAYCANI SEVDİYİ KİMİ SEVİRDİM , MÜƏLLİM. Bunu başqa heç nəylə müqayisə edə bilmərəm. Nəticə də elə oxşar oldu. Bəyin xalq, vətən sevgisi o qədər böyük idi ki, bəzən düşünürəm ki, bu xalqın o sevgini dərk eləməsi üçün “ okuma- yazması” kifayət  dərəcədə deyildi. Belə də ki, neyləmək olar? Rəhmətliyin bir kitabı vardı ye, yadında məllim? Adı nə idi? Həəə…BU MƏNİM TALEYİMDİR!!!
Nədən danışırdıq? Sadə insanların Elçibəy yanaşmasından… Ruhun şad olsun, Bəy! Səndən sonra biz “okuma –yazma“ öyrəndik…
Çingiz Özgür
 
Previous Post

”Elçibəyin Azərbaycanı sevdiyi kimi…” – bir həyat hekayəsi

Next Post

Viza rejimini sadələşdirməklə bağlı çətin seçim: turizm, yoxsa təhlükəsizlik?

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

Next Post

Viza rejimini sadələşdirməklə bağlı çətin seçim: turizm, yoxsa təhlükəsizlik?

Viza rejimini sadələşdirməklə bağlı çətin seçim: turizm, yoxsa təhlükəsizlik?

Son xəbərlər

Geomaqnit qasırğası olacaq

Geomaqnit qasırğası olacaq

04 İyun 2026 - 10:58
ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

04 İyun 2026 - 10:51
NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

04 İyun 2026 - 10:43
İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

04 İyun 2026 - 10:36
Humanoid robot bazarında investisiya yarışı qızışır

Humanoid robot bazarında investisiya yarışı qızışır

04 İyun 2026 - 10:29
2026 Dünya Kuboku heyətləri: Statistik təhlil: Ən yaşlı, ən gənc və ən Yaxşı liqalar

2026 Dünya Kuboku heyətləri: Statistik təhlil: Ən yaşlı, ən gənc və ən Yaxşı liqalar

04 İyun 2026 - 10:17
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda, arpa və gübrə göndəriləcək

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda, arpa və gübrə göndəriləcək

04 İyun 2026 - 10:08
İsrail Qəzzada əməliyyatların ikinci mərhələsinə başlayıb

Doktoranturaya xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanlarının tarixləri müəyyənləşib

04 İyun 2026 - 10:00
“Brent” nefti 7%-dən çox bahalaşdı

Azərbaycan nefti bahalaşıb

04 İyun 2026 - 09:45
“Çelsi”nin ikinci ən çox qol vuran futbolçusu vəfat edib

“Çelsi”nin ikinci ən çox qol vuran futbolçusu vəfat edib

04 İyun 2026 - 09:33
Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

04 İyun 2026 - 09:26
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti artıb

04 İyun 2026 - 09:14
SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11
ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.