"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SEÇMƏ XƏBƏRLƏR

Elçibəyin dostunun gizlədiyi sirr…

05 İyul 2017 - 07:41
in SEÇMƏ XƏBƏRLƏR
FacebookVatsap

“Əleyhdarlarım danışırdılar ki, elə ağıl öyrədəndirsə, doktorluq müdafiəsini eləsin”

Bunu da oxuyun

Rusiya Ermənistanla NƏ edəcəyini bilmir, Azərbaycanla isə…

Audiovizual Şura: Proqramların bağlanması, aparıcının efirdən uzaqlaşdırılması bizim səlahiyyətimizdə deyil

İlham Əliyev: Biz artıq uzun müddətdir ki, dəhlizlərin yaradılmasının təşəbbüskarıyıq

Türkiyədə yaşayan və çalışan politoloq Toğrul İsmayıl əməkdaşımızla söhbətində maraqlı bir məlumat verib. O deyib ki, atası, tanınmış alim, mərhum Əbülfəz Elçibəyin ən yaxın dostu Rafiq bəy İsmayıl 80 yaşının astanasında müdafiə edərək elmlər doktoru olub. Toğrul bəy zarafatyana bu yaşda müdafiə edən atasının hətta “Ginnesin Rekordlar Kitabı”na düşə biləcəyini də vurğulayıb. Bizim üçün də yeni olan bu xəbərlə bağlı Rafiq bəylə danışmaq istədik.

– Rafiq bəy, doktorluğu hansı mövzu üzrə müdafiə etdiniz?

– Mənim tədqiqatım, ümumiyyətlə, ərəb ölkələrinin orta əsrlər dövrünə aiddir və Misir tarixi ilə bağlıdır. Müdafiə etdiyim mövzuda Abbasilər dönəmində Misirin sosial-iqtisadi və siyasi durumu toplanır. Burada əsasən Misirdə türk döyüşçülərin siyasi, hərbi həyata gəlməsi, ölkənin idarə olunmasında başlıca qüvvəyə çevrilməsi və məhz türklərin sayəsində Misirin Abbasilər xilafətinin tabeliyindən çıxıb müstəqil bir dövlətə çevrilməsi məsələlərini tədqiq etmişəm, səbəb, nəticələrini və s. araşdırmışam. Həmçinin türklərin Misir tarixindəki rolunu qismən də olsa, aydınlaşdırmağa cəhd göstərmişəm.

– Sizin doktorluğa gedən yolunuz, apardığınız araşdırmalar neçə il davam etdi?

– (Gülür) Mənim namizədlik müdafiəm 1971-ci ildə olub. O zaman vaxtından da bir il tez işimi qurtardım və müdafiə etdim. Sonrakı dövrdə müəyyən səbəblər oldu ki, müdafiəm gecikdi. Əsas günah da mənim özümdəydi. Moskvada qərar çıxartdılar ki, dissertasiya rusca yazılmalıdır. Bunu yazmaq, tərcümə etmək və s. kimi məsələlər psixoloji cəhətdən mənim işimə yaramadı, ona görə bir qədər gecikdim. Sonra müdafiə etmək istədim, başımız inqilaba qarışdı. Bizi yıxandan sonra isə mənim rəhbərim rəhmətlik Ziya müəllim idi. Ziya Bünyadov hər zaman təkidlə deyirdi ki, “Rafiq, müdafiə elə!” Mən də bu gün-sabah deyirdim. Ancaq Ziya müəllimin başına o hadisə gələndən sonra baş verənlər məni çox ruhdan saldı. Bundan sonra bir müddət də elmi işdən aralandım. Sonra ümumiyyətlə, vaz keçdim, dedim, əşi, müdafiə etmirəm, onsuz da doktor oldun, ya namizəd oldun, nə fərqi var?

Картинки по запросу Rafiq İsmayıl

– Bəs yenidən, özü də bu yaşda müdafiə qərarı verməyinizə təkan verən nə oldu?

– Mən müsahibələr verirdim. Bu zaman əleyhdarlarım danışırdılar ki, elə ağıl öyrədəndirsə, doktorluq müdafiəsini eləsin. Mən də dedim müdafiə edərəm. Ona görə də girişdim bu işə, tez bir müddətdə elmi işimi hazırladım.

– Nə qədər çəkdi?

– Çoxdan işləyirdim, bəzi məqalələrim var idi. Onların hamısını toparladım, 4 ilə hazırladım.

– Yəqin ki, xarici ölkələrdə də məqalələriniz çap olunub.

– Hə, Türkiyədə, Özbəkistanda, Ukraynada məqalələrim çap olunub, məruzələrlə çıxış eləmişəm. Türkiyədə dəfələrlə beynəlxalq xarakterli konfranslara qatılıb çıxışlar etmişəm.

-Elmi rəhbəriniz kim oldu?

– Dediyim kimi, rəhmətlik Ziya müəllim idi. Sonrakı dövrdə də rəsmən Ziya müəllim qalmışdı. Amma mən müdafiə edəndə rəhmətə getdiyi üçün akademik Nailə Vəlixanlını elmi məsləhətçi kimi yazdım.

– Və bu il müdafiə etdiniz, eləmi?

– Yox, üç il öncə.

– Bəs niyə indiyə qədər ictimailəşdirməyə ehtiyac görməmisiniz? Toğrul bəy sözarası deməsə, biz də bilməyəcəkdik.

– Özüm əhəmiyyət verməmişəm. Dost-tanış bilir, vəssalam. Mən heç zaman belə məsələləri yazmıram, özümü doktor, ya professor kimi təqdim eləmirəm.

– Neçə yaşınızda oldu?

– 75 yaşımda. İndi artıq 78 yaşım var. O zaman yenə də müəyyən maneçiliklər oldu. O məqalə elədi, bu belədir. Hər nə dedilər, elədim. 3-4 il də vaxtım buna getdi. Bütün sözləri kəsiləndən sonra aparıb verdim. Ancaq yenə də təqdimat yazmırdılar. Nəhayət, təqdimat da oldu. Elə bir təcrübə yoxdur ki, müdafiə etmək üçün rektor icazə versin, amma hər şey mərkəzləşdirilib.

Картинки по запросу Rafiq İsmayıl

– Əsas odur ki, nəticə əldə etdiniz…

– Hə, uzun sözün qısası, dedilər, bizdə mütəxəssis yoxdur, bunu xarici rəyə göndərməliyik. Dedim, a kişi, bizim kafedrada 3 mütəxəssis var, Nərgiz xanım və Sani müəllim.

– Siz hazırda Bakı Dövlət Universitetinin professorusunuz, eləmi?

– Bəli, BDU-da işləyirəm. Elmlər doktoruyam. Professor yeri veriblər, mən də ərizəmi təqdim etmişəm. Ona da icazə veriblər ki, professor seçilim. Bu da Elmi Şurada, ya da sentyabrda olacaq. Hər halda, professor kimiyəm (gülür).

– Toğrul İsmayıl etiraf edir ki, atam bu yaşında bizdən çox çalışır, işləyir, çap olunur. Maşallah olsun!

– Hə, kitablar, məqalələr yazıram, xarici ölkələrdə çap olunuram. Bugünlərdə bir kitabım çıxdı, “Abbasilərin ictimai-siyasi və hərbi həyatında türklər” adlı. Başqa bir kitabım da çıxacaq, ərəb ölkələrinin çağdaş tarixi ilə bağlıdır, 1900-cü illərdən başlayaraq bu günə qədər. Bu kitab iki hissədən ibarətdir, bir kitab çıxıb, ikincisi də çapdadır.

– Dostunuz rəhmətlik Əbülfəz Elçibəy müdafiə ilə bağlı sizə nə deyirdi? Heç Əbülfəz bəy də doktorluğu müdafiə etmədi…

– Elədir. Söhbətlərimiz olurdu. Rəhmətlik Ziya müəllim çox təkid edirdi. Amma Əbülfəz bəy də deyirdi “müdafiə elə, boşluqdur”. Deyirdim, nə fərqi var e, doktor, ya namizəd oldun, hər ikisi eynidir. Amma sonrakı illərdə inada düşdüm, doktorluğu müdafiə elədim…

Картинки по запросу Elçibəy

– Arzumuz budur ki, 80 illik yubileyiniz sizə layiq şəkildə qeyd olunsun.

– İnşallah!

Elşad PAŞASOY

Картинки по запросу Elçibəy

Previous Post

Elçibəyin dostunun gizlədiyi sirr…

Next Post

Azərbaycanlı biznesmen kişi və qadını qul kimi işlədirmiş…

Bənzər yazılar

Rusiya Ermənistanla NƏ edəcəyini bilmir, Azərbaycanla isə…

Rusiya Ermənistanla NƏ edəcəyini bilmir, Azərbaycanla isə…

07 Aprel 2026 - 22:09

Ermənistan parlamentinin sədri Alen Simonyanın Rusiyaya ünvanlı dünənki şantaj-xəbərdarlığı şimal qonşuda maraqlı reaksiyalar doğurub. Erməni spiker demişdi ki, əgər Moskva...

Audiovizual Şura: Proqramların bağlanması, aparıcının efirdən uzaqlaşdırılması bizim səlahiyyətimizdə deyil

Audiovizual Şura: Proqramların bağlanması, aparıcının efirdən uzaqlaşdırılması bizim səlahiyyətimizdə deyil

25 Fevral 2026 - 20:17

Audiovizual Şura "Tarixin bir günü", "Elgizlə izlə" və s. televiziya proqramlarının aparıcıları və ora dəvət olunan qonaqların tənqid olunması ilə...

Prezident İlham Əliyev Münxendə Azərbaycan telekanallarına müsahibə verib

İlham Əliyev: Biz artıq uzun müddətdir ki, dəhlizlərin yaradılmasının təşəbbüskarıyıq

13 Fevral 2026 - 23:40

"Biz artıq uzun müddətdir ki, dəhlizlərin yaradılmasının təşəbbüskarıyıq – enerji dəhlizlərindən başlayaraq, nəqliyyat dəhlizləri ilə davam edərək, hazırda isə artıq...

CAREC Azərbaycanın iştirakı ilə ticarət və investisiyaların sadələşdirilməsi üzrə danışıqlara başlayır

CAREC Azərbaycanın iştirakı ilə ticarət və investisiyaların sadələşdirilməsi üzrə danışıqlara başlayır

09 Fevral 2026 - 23:17

Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramı 2026-cı ilin əvvəlində Azərbaycan da daxil olmaqla, region ölkələrinin dövlət sərhədlərindən malların, xidmətlərin...

Next Post

Azərbaycanlı biznesmen kişi və qadını qul kimi işlədirmiş...

Azərbaycanlı biznesmen kişi və qadını qul kimi işlədirmiş...

Son xəbərlər

Səudiyyə Ərəbistanının cənubunda husilərin atdığı üç ballistik raket vurulub

Səudiyyə Ərəbistanının cənubunda husilərin atdığı üç ballistik raket vurulub

02 Oktyabr 2026 - 22:57
Kubanıçbek Ömüralıyev: Bu gün TDT-nin beynəlxalq mövcudluğu daha nəzərəçarpandır

Kubanıçbek Ömüralıyev: Bu gün TDT-nin beynəlxalq mövcudluğu daha nəzərəçarpandır

02 Oktyabr 2026 - 22:55
Türkiyədə silahlı insident olub, iki nəfər ölüb

Türkiyədə silahlı insident olub, iki nəfər ölüb

02 Oktyabr 2026 - 22:51
Kanada uzun illərdən sonra Beynəlxalq Buzüstü Hokkey Federasiyasının Şurasında yer almayacaq

Kanada uzun illərdən sonra Beynəlxalq Buzüstü Hokkey Federasiyasının Şurasında yer almayacaq

02 Oktyabr 2026 - 22:18
“Dawn”: Hindistan sərhədçilərinin açdığı atəş nəticəsində 2 pakistanlı ölüb

“Dawn”: Hindistan sərhədçilərinin açdığı atəş nəticəsində 2 pakistanlı ölüb

02 Oktyabr 2026 - 22:16
Birləşmiş “Paramount” və “Warner Bros. Discovery” şirkəti “Skydance” adlanacaq

Birləşmiş “Paramount” və “Warner Bros. Discovery” şirkəti “Skydance” adlanacaq

02 Oktyabr 2026 - 21:59
BEA: Dünyada dizel yanacağının qiymətinin kəskin artması inflyasiya təzyiqini gücləndirəcək

BEA: Dünyada dizel yanacağının qiymətinin kəskin artması inflyasiya təzyiqini gücləndirəcək

02 Oktyabr 2026 - 21:55
“Reuters”: Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək

“Reuters”: Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək

02 Oktyabr 2026 - 21:16
ABŞ HƏMAS-ın maliyyə şəbəkəsinə qarşı sanksiyalar tətbiq edib

ABŞ HƏMAS-ın maliyyə şəbəkəsinə qarşı sanksiyalar tətbiq edib

02 Oktyabr 2026 - 21:12
Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

02 Oktyabr 2026 - 20:41
Ferran Torres İspaniya millisinin düşərgəsini tərk edib

Ferran Torres İspaniya millisinin düşərgəsini tərk edib

02 Oktyabr 2026 - 20:37
Konqoda 6 yeni Ebolaya yoluxma halı qeydə alınıb

Konqoda 6 yeni Ebolaya yoluxma halı qeydə alınıb

02 Oktyabr 2026 - 20:35
DTX süni intellektlə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq yayıb

DTX süni intellektlə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq yayıb

02 Oktyabr 2026 - 20:33
AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib

AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib

02 Oktyabr 2026 - 20:14
Meksika prezidentliyə namizədlərin ikili vətəndaşlığa malik olmasını qadağan etmək niyyətindədir

Meksika prezidentliyə namizədlərin ikili vətəndaşlığa malik olmasını qadağan etmək niyyətindədir

02 Oktyabr 2026 - 20:12
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.