Əlcəzairin Milli Xalq Assambleyası (parlamenti) Fransanın Əlcəzair ərazisini bir əsrdən çox müddətə müstəmləkə etməsini dövlət cinayəti kimi tanıyan qanun layihəsini təsdiqləyib.
Elchi.az xəbər verir ki, bu barədə “Ənnahar” qəzeti yazıb.
Əlcəzair parlamentinin üzvləri təklif olunan qanun layihəsinin lehinə yekdilliklə səs veriblər.
Sənəd Fransanı “Əlcəzairdəki müstəmləkə keçmişinə və Əlcəzair xalqına səbəb olduğu faciələrə görə qanuni olaraq məsuliyyət daşıyır”.
Milli Xalq Assambleyasının təsdiq etdiyi qanun layihəsində Fransanın müstəmləkəçiliyi dövlət cinayəti adlandırılır və həmçinin Parisdən rəsmi üzr istəməsi tələb olunur.
Fransız müstəmləkəçilərinin cinayətləri arasında, xüsusilə, məhkəməsiz edamlar, işgəncə və zorlamalar, həmçinin Əlcəzair ərazisində həyata keçirilən nüvə sınaqları və ölkənin təbii sərvətlərinin talan edilməsi var.
Ennaharın qeyd etdiyi kimi, parlamentdə səsvermə qanun layihəsini partiya fikir ayrılıqlarını aşan birləşdirici milli tələb hesab edən istisnasız olaraq bütün siyasi blokların razılığı ilə keçirilib.
Qəzet əlavə edir ki, bu qanun layihəsi ümumƏlcəzair milli konsensusu əsasında təsdiqlənib.
Yeganə





















